137
olar ki, zülalların molekul strukturunun formalaşmasında dissosiasiyaya uğraya
bilən kimyəvi qrupların elektrostatik xassələrinin də müəyyən dərəcədə rolu
vardır. Bunlara lizinin peptid rabitəsində iştirak etməyən amin qrupu, asparagin
və qlutamin turşularının ikinci karboksil radikalları, argininin quanidin qrupu,
histidinin
imidazol qrupu, tirozinin
–
OH və sisteinin
–
SH radikalları aiddir.
Amin, quanidin və imidazol qrupları özlərinə hidrogen ionu birləşdirməklə
qələvi, karboksil qrupları və tirozinin
–
OH
qrupu isə H
+
ionlarını dissosiasiya
etməklə turşu xassəsinə malik olur. Belə əks-işarəli qrupların elektrostatik
cazibəsi nəticəsində zülal molekullarında ion rabitələri əmələ gəlir.
Aminturşuların bir-birinin yaxınlığında yerləşən qeyri-polyar qrupları da
molekuldaxili cazibə qüvvələri (Van-der-Vaals qüvvələri) hesabına
bir-birinə
yaxınlaşa bilir; alaninin metil qrupu ilə valin, leysin,
izoleysin, fenilalanin və
triptofan belə cazibə qüvvələri sayəsində bir-birinə yaxınlaşır.
4.6.2. ZÜLAL MOLEKULUNDA AMİNTURŞULARIN ARDICILLIĞI VƏ
ONUN TƏYİNİ
Zülal molekulları bir-birilə müxtəlif nisbətdə və müxtəlif ardıcıllıqla birləş-
miş aminturşu qalıqlarından ibarətdir. Onların fərdi
xüsusiyyətləri aminturşu
qalıqlarının düzülüşündən asılıdır. Polipeptid zəncirində aminturşu qalıqlarının
hansı ardıcıllıqla yerləşdiyinin təyin edilməsi böyük çətinliklərlə əlaqədardır.
Bu çətinliklərin nədən ibarət olduğunu aydınlaşdırmaq üçün tərkibinə 3
aminturşu qalığı daxil olan tripeptidin molekulunda həmin qalıqların yerləşmə
ardıcıllığının mümkün olan variantlarını nəzərdən keçirək (misal olaraq, qlisin,
alanin və serini müvafiq surətdə A, B və C hərfləri ilə işarə edək). Beləliklə, 3
aminturşu qalığından əmələ gələn tripeptidin 6 izomeri olduğu aydınlaşır:
Dostları ilə paylaş: