Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə97/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   137
Biokimyanın əsasları I cild

Шякил 
4
.2.
Инсулин
молекулунун структуру
(схем)


145 
Şəkil 4.3. Ribonukleaza. 


146 
əhəmiyyəti vardır. Məsələn, hemoqlobinin tərkibinə daxil olan polipeptid 
zəncirlərində aminturşu qalıqlarının yerləşmə ardıcıllıqlarının öyrənilməsi 
sayəsində, hemoqlobinopatiyalar qrupuna daxil olan xəstəliklər zamanı qan-
yaradıcı sistemdə sintez edilən qeyri-normal hemoqlobinlərin adi hemo-
qlobindən fərqi aydınlaşdırılmışdır. Strukturu öyrənilən bəzi zülal və peptid-
lərin (insulin, vazopressin) kimyəvi sintez yolu ilə alınan preparatlarından 
hazırda dərman vasitəsi kimi istifadə edilir. 
4.6.3. Zülalların quruluşu haqqında müasir təsəvvürlər 
 
Müasir dövrdə zülal molekullarının struktur mütəşəkkilliyinin 4 səviyyəsi 
ayırd edilir. Bunlara birincili, ikincili, üçüncülü və dördüncülü strukturlar deyilir. 
1. Zülalların birincili strukturu.
Zülal molekulunun “birincili strukturu” 
adı altında aminturşu qalıqlarının peptid zəncirlərində (və ya molekula daxil 
olan polipeptid zəncirlərində) yerləşmə ardıcıllığı və disulfid körpücüklərinin 
lokalizasiyası nəzərdə tutulur. Çox vaxt polipeptid zəncirlərinin bir ucunda 
sərbəst amin qrupu (N-terminal hissə), digər ucunda isə karboksil qrupu (C 

terminal hissə) yerləşir. Polipeptid zəncirinin amin qrupu sərbəst olan ucu 
molekulun başlanğıcı hesab edilir. Ribosomlarda zülal molekullarının sintezi 
də məhz N-terminal hissədən başlanır.
Bəzən polipeptid zəncirinin N-terminal hissəsindəki amin qrupu asetilləş-
miş, yəni sirkə turşusu ilə birləşmiş (H
3
C

CO

NH

...) vəziyyətdə olur. Bir sıra 
zülal molekullarında isə (bəzi hormonlar, immunqlobinlərin bəzi formaları) N-
terminal hissədə piroqlutamin turşusu (pirrolidonkarbon turşusu) yerləşir. 
Bunlardan əlavə, bir sıra heyvan, həşərat və mikroorqanizmlərdə formil və 
ya metil qrupu ilə birləşmiş 

-amin qruplarına malik olan zülallar da müşahidə 
edilir.
Polipeptid zəncirlərində sərbəst karboksil qruplarının modifikasiyaya uğ
-
ramış formalarına nisbətən az təsadüf edilir. Bəzi peptid strukturlu hormonların 
sonuncu aminturşu qalıqlarının karboksil qrupları amid törəməsi şəklində olur; 
belə zülallara arı zəhərinin tərkibində də təsadüf edilir. 
Aminturşu qalıqları arasında olan peptid (-CO-NH-) rabitələri və disulfid 
rabitələrinin (-S-S-) bir hissəsi zülalların birincili strukturuna daxildir (şəkil 
4.4). Aminturşu qalıqları peptid rabitələrinin ətrafında (bir-birinə nisbətən) 
trans-
və 
sis-
vəziyyətdə yerləşə bilər. Lakin, polipeptid zəncirində olan 
aminturşu qalıqları çox vaxt bir-birinə nisbətdə 
trans-
vəziyyətdə mövqe tutur. 
Çünki bu forma sis- formaya nisbətən davamlıdır. 


147 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin