”Gələcəyə Körpü” Gənclər İctimai Birliyi



Yüklə 12,05 Kb.
tarix07.07.2018
ölçüsü12,05 Kb.
#55917

”Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

Bridge to the Future Youth Union


M.A.Abbaszadə küç., 73. AZ- 2000, Gəncə, Azərbaycan.

Tel/fax:+(99422)59-07-15 E-mail: office@bf-az.org; Web: www.bf-az.org

12.11.2007 Gəncə, Azərbaycan

PRESS-RELİZ




Gəncə şəhərində fəaliyyət göstərən mətbuat işçiləri Media hüququ mövzusunda təlimləndirildilər!!!

10 Noyabr 2007-ci il tarixində Gəncə şəhərində fəaliyyət göstərən “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi, Gəncə şəhərində fəaliyyət göstərən QHT-lərin mətbuat işçilərinin, jurnalistlərin, eləcə də jurnalistika kurslarının tələbələrinin iştirakı ilə “Media Hüququ” mövzusunda təlim keçirmişdir. Təlim Gəncə şəhərində fəaliyyət göstərən Gəncə Media Mərkəzində təşkil edilmişdir.


Təlimin keçirilməsində əsas məqsəd Gəncə şəhərində fəaliyyət göstərən mətbuat işçilərinin “Media Hüququ” mövzusunda bilik və bacarıqlarının artırılmasından ibarət idi.
Təlimin səmərəli keçirilməsi məqsədilə qeyri formal təhsil növü və interaktiv üsullardan istifadə edildi. Təlim müddəti, jurnalistlərin hüquq və məsuliyyəti, İnsan Hüquqları Avropa Məhkəməsi nədir və onun əhəmiyyəti, Şərəf və ləyaqətin, işgüzar nüfuzun alçaldılmasına görə cinayət və mülki hüquqi məsuliyyət barədə ətraflı məlumat çatdırıldı. Təlimin daha da effektif olması üçün KİV haqqında Qanun və Məlumat Azadlığı haqqında Qanun paylama (dərslik) materialları şəklində hər bir iştirakçıya təqdim edildi.
Növbəti təlimin Qazax şəhərində fəaliyyət göstərən mətbuat işçiləri üçün keçirilməsi nəzərdə tutulub. Təlim ABŞ Səfirliyinin Demokratiya Komitəsinin Kiçik Qrantlar Proqramı çərçivəsində maliyyələşdirilən və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən icra edilən “Demokratiyaya Gedən Yol Mətbuatdan Keçir” adlı layihəsi çərçivəsində həyata keçirildi.

“Gələcəyə Körpü“ Gənclər İctimai Birliyinin



Ictimai Əlaqələr şöbəsi
Yüklə 12,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin