”Gələcəyə Körpü” Gənclər İctimai Birliyi
Əttarlar küç, 118. AZ- 2000, Gəncə, Azərbaycan.
Tel.: +(99422) 57-05-08 Tel/fax: +(99412) 56-50-97
E-mail: office@bf-az.org; Web: www.bf-az.org
01.03.2007 Gəncə,Azərbaycan
PRESS - RELEASE
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi “hər kəs bərabər olduğu halda-niyə hər kəs fərqlidir“qərbdən-şərqə Avtobus turu layihəsinə start verdi
01 Mart 2007-ci il tarixdən etibarən “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi (bundan sonra Birlik) “Hər Kəs Fərqli – Hər Kəs Bərabər” Avropa kampaniyası çərçivəsində “Hər Kəs Bərabərdirsə - Niyə Hər Kəs Fərqlidir” Qərbdən Şərqə Avtobus turu adlı layihəsini açıq elan edir.
Layihənin əsas məqsədi cəmiyətdən təcrid olunmuş gəncləri sosial-sferada fəal iştiraka cəlb etmək və Avropa kampaniyasına dair milli və beynəlxalq səviyyədə reallaşdırılmış layihələr zamanı əldə olunmuş təcrübə mübadiləsi etməkdir.
Kampaniyanın şuarlarını özündə əks etdirəcək avtobus turuna 19 Aprel 2007-ci il tarixdə Gəncə şəhərində start veriləcək. Tur Gəncə şəhəri daxil olmaqla Yevlax, Mingəçevir, Şəki şəhərlərini əhatə etməklə 23 Aprel 2007-ci il tarixdə Bakı şəhərində media nümayyəndələrinin iştirakı ilə təşkil olunacaq mətbuat konfransı ilə başa çatacaq.
Layihə 2 (iki) əsas komponentdən: qərbdən(Gəncədən) şərqə(Bakıya) doğru avtobusla səyahət və yerli icma, xüsusilə, cəmiyyətdən təcrid olunmuş əlverişsiz mühitdə yaşayan gənclərin cəlb olunduğu maarifləndirici görüşlərdən ibarətdir.
Layihə çərçivəsində, üzərində loqo və kampaniyaya qoşulmaq şüarları əks etdirən olan avtobusla Azərbaycanın 4(dörd) şəhər və rayonlarından keçiləcək.Hər şəhərdə 1(bir)gün qalmaq planlaşdırılır ki, bu müddət ərzində gənclər kampaniya haqqında məlumatlanacaq və “Hər kəs fərqli-Hər kəs bərabər”kampaniyasının Azərbaycandakı fəaliyyətini müzakirə edəcəklər.Eyni zamanda gənclər kampaniya çərçivəsində Azərbaycanda eləcə də digər Avropa ölkələrində iştirak etdikləri layihələrin icrası zamanı əldə etdikləri təcrübələrilə bölüşəcəklər.Bu məqsədlə Kampaniya mövzuları ətrafında dəyirmi masalar da təşkil olunacaq.
Kampaniyanın yekun günü Avropa Şurasının ofisində- Bakıda gerçəkləşəcək .Bağlanış mərasimi əvvəlcədən dəvət olunmuş media nümayəndələrinin də iştirak etdiyi Mətbuat Konfransı ilə yekunlaşacaq. Layihə haqqında əlavə məlumatı və ərizə formasını əldə etmək üçün Birliyin İctimai Əlaqələr Şöbəsi ilə əlaqə saxlaya bilərsiniz.
“Gələcəyə Körpü“ Gənclər İctimai Birliyinin
Ictimai Əlaqələr şöbəsi
Əlaqələndirici şəxs: Emil Hüseynov
hhemile@yahoo.com
Dostları ilə paylaş: |