GƏnc həmkarlar iTTİfaqi lideri MƏKTƏBİ” GƏnc iŞÇİLƏR ÜÇÜn kompleks proqram haqqinda layiHƏ

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 336.2 Kb.
səhifə1/4
tarix17.01.2017
ölçüsü336.2 Kb.
  1   2   3   4
AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASI

GƏNC HƏMKARLAR İTTİFAQI LİDERİ MƏKTƏBİ” -



GƏNC İŞÇİLƏR ÜÇÜN KOMPLEKS PROQRAM HAQQINDA

LAYİHƏ




AHİK

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
İcraiyyə Komitəsinin
QƏRARI



2015-ci il Bakı şəhəri, № ______

Gənc həmkarlar ittifaqı lideri məktəbi” -



gənc işçilər üçün kompleks proqram haqqında
Həmkarlar ittifaqına üzvlüyün motivasiyasının yüksəldilməsi, həmkarlar ittifaqı təşkilatlarında gənclərin iş fəaliyyətinin canlandırılması, istedadlı gənclərin üzə çıxarılması və maraqlarının müdafiə edilməsi məqsədilə AHİK–in İcraiyyə Komitəsi qərara alır:

  1. AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin təqdim etdiyi “Gənc həmkarlar ittifaqı lideri məktəbi (GHİLM)” - gənc işçilər üçün kompleks proqram (2015-2016-cı illər) qəbul edilsin.

  2. Aşağıdakı sənədlər təsdiq edilsin:

    1. “Gənc həmkarlar ittifaqı lideri məktəbi” - gənc işçilər üçün kompleks proqram (1 saylı əlavə);

    2. 2015-ci il üçün proqramın Təşkilat Komitəsinin tərkibi (2 saylı əlavə);

    3. 2015-ci il üçün proqramın həyata keçirilməsi planı (3 saylı əlavə);

    4. Kompleks proqramın ümumi tədris seminarının keçirilməsi üçün xərclər cədvəli (4 saylı əlavə).

  3. AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinə (N.Hüseynov) tapşırılsın ki, 30 mart 2015-ci ilə qədər proqramın həyata keçirilməsi üçün lazım olan sənədləri işləyib hazırlasın.

  4. AHİK-in üzv təşkilatlarına tövsiyə edilsin ki, proqram üzrə tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün təşkilatçılıq işləri aparılsın və onun həyata keçirilməsi ilə əlaqədar xərclər cədvəli tərtib edilsin.

  5. “Gənc həmkarlar ittifaqı lideri məktəbi” - gənc işçilər üçün kompleks proqram AHİK-in internet saytında yerləşdirilsin (N.Ağamirov).

  6. “Ülfət” qəzeti redaksiyasına (B.Rzayev) tapşırılsın ki, proqram üzrə informasiyalar, keçirilən tədbirlər müntəzəm olaraq işıqlandırılsın.

  7. Bu qərarın icrasına nəzarət AHİK sədrinin I müavini İ.Əliyevə həvalə edilsin.



AHİK-in sədri S.Mehbalıyev
AHİK sədrinin birinci müavini İ.Əliyev
Təqdim etdilər:

AHİK-in zəhmətkeşlərin mədəni-məişət

problemləri üzrə analitik tədqiqat

şöbəsinin müdiri N.Hüseynov

Şöbənin mütəxəssisi X.Bağırova
Razılaşdırılmışdır:

AHİK-in Katibi – Maliyyə

şöbəsinin müdiri Q.Qəribov

AHİK-in İcraiyyə Komitəsinin

“____”__________2015-ci il tarixli

(pr. №___ b.__) qərarına

Əlavə № 1
Gənc həmkarlar ittifaqı lideri məktəbi” -

gənc işçilər üçün kompleks proqram


Proqramın yayım sahəsi

AHİK-in üzv və tabeliyində olan təşkilatlar

Proqramı işləyib hazırlayanlar

AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsi, AHİK-in təşkilat işləri və məlumat şöbəsi

Proqramın məqsədi

29 yaşa qədər olan gənc işçilər arasında həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın yüksəldilməsi. Motivasiya tədbirlərinin köməyi ilə işləyən gəncləri aktiv həmkarlar ittifaqı fəaliyyətinə cəlb etməklə, AHİK-in və onun üzv təşkilatlarının kadr potensialının inkişaf etdirilməsi.

Gənc işçilərə həmkarlar ittifaqına üzvlüyün dərk edilməsinin təşəkkülü



Proqramın həyata keçirilməsi

2016-cı il

Proqramın məqsədli auditoriyası

Gənclər arasında həmkarlar ittifaqı fəalları:

- 29 yaşa qədər ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri;

- 29 yaşa qədər həmkarlar ittifaqı təşkilatlarının seçkili orqanlarının üzvləri;

- AHİK, sahə komitələri, ilk həmkarlar ittifaqı təşkilatlarında Gənclər Şuralarının sədrləri, üzvləri;

- müəssisə həmkarlar ittifaqı təşkilatlarının 29 yaşa qədər sədrləri, həmkarlar ittifaqı təşkilatçıları;

- AHİK-in üzv təşkilatlarında rəhbər vəzifələrə seçilmək üçün kadr ehtiyatları tərkibinə daxil olan 29 yaşa qədər gənc işçilər.



Əsas vəzifələr və gözlənilən nəticələr

Vəzifə 1. 29 yaşa qədər gənc işçilər arasında həmkarlar ittifaqına üzvlüyün şüurlu dərk edilməsinin motivasiyası.

Gözlənilən təsir: həmkarlar ittifaqına üzvlüyün populyarlığı və motivasiyası. Həmkarlar ittifaqı üzvlərinin stabil artımı.

Vəzifə 2. Gənclərin ilk həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə cəlb edilməsi.

Gözlənilən təsir: ilk həmkarlar ittifaqı təşkilatları sədrlərinın say miqdarının artımı.

Vəzifə 3. Gənclərin həmkarlar ittifaqlarının seçkili orqanları fəaliyyətinə cəlb edilməsi.

Gözlənilən təsir: həmkarlar ittifaqlarının seçkili orqanlarının, həmkarlar ittifaqı təşkilatlarının tərkibində, rəhbər vəzifələrə seçilmək üçün kadr ehtiyatları tərkibində 29 yaşa qədər gənclərin sayının artırılması.

Vəzifə 4. AHİK və ona üzv olan təşkilatların Gənclər Şuralarının fəaliyyətinin canlandırılması.

Gözlənilən təsir: fəal həmkarlar ittifaqı işinə yönəldilmiş ilk həmkarlar ittifaqı təşkilatlarının, Gənclər Şuralarının yaradılması.

Vəzifə 5. Həmkarlar ittifaqı üzvlərinin AHİK-in fəaliyyəti barədə, o cümlədən gənclərlə iş üzrə məlumatlandırılmasının yüksəldilməsi.

Gözlənilən təsir: AHİK-in fəaliyyətinin imicini və nüfuzunu qaldırmaq, həmkarlar ittifaqının obrazını gənclərə istiqamətləndirilmiş mütərəqqi bir təşkilat kimi formalaşdırmaq.

Vəzifə 6. Həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi hüquqlarının və mənafelərinin müdafiə edilməsində həmkarlar ittifaqlarının əhəmiyyətinin artırılması

Gözlənilən təsir: həmkarlar ittifaqı birliyinin möhkəmləndirilməsi, həmkarlar ittifaqı orqanlarının fəaliyyətinin yüksəldilməsi.



Proqramın həyata keçirilməsinin idarə olunması

Proqramın ideologiyasının, məqsəd və vəzifələrinin formalaşması, Proqramdakı dəyişikliklərin müzakirəsi və təsdiqi – AHİK-in İcraiyyə Komitəsi.

Proqramın operativ idarə olunması və həyata keçirilməsinə nəzarət edilməsi – Proqramın Təşkilat Komitəsi.

Proqramın sahələr üzrə ərazi komponentlərinin operativ idarə olunması və həyata keçirilməsinə nəzarət edilməsi – Sahə HİRK orqanları.

Proqramın icrasına nəzarət AHİK-in toplu statistik hesabatları, Sahə Həmkarlar İttifaqları rəhbər orqanları və Gənclər Şuralarının hesabatları, kütləvi informasiya vasitələrində çap edilmiş nəşrlərin miqdarı, ictimai rəy monitorinqləri əsasında, həmkarlar ittifaqlarının sıravi üzvlərinin rəyləri nəzərə alınmaqla həyata keçirilir.



Proqramın kuratorları və əsas icraçılar


AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsi;

AHİK-in təşkilat işləri və məlumat şöbəsi;

AHİK-in zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbə;

AHİK-in əməyin mühafizəsi şöbəsi;

AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi;

AHİK-in maliyyə şöbəsi;

AHİK-in üzv təşkilatlarının Rəyasət Heyətləri.

AHİK-in və üzv təşkilatların Gənclər Şurası.



Proqramın ümumi təsəvvürü

Hazır Proqram 3 mərhələdən ibarətdir:

- birinci (qiyabi) mərhələ - nominasiyalar üzrə müsabiqə;

- ikinci mərhələ - sahələr üzrə həmkarlar ittifaqları gənclərinin forumları;

- üçüncü mərhələ - ümumi tədris seminarı.



Birinci mərhələ- Müsabiqələr

Birinci mərhələ AHİK-in üzv təşkilatları səviyyəsində təşkil edilir, ümummotivasiya edicidir, aşağıda qeyd edilmiş mexanizmlərin köməkliyi ilə həmkarlar ittifaqlarının prioritet fəaliyyət istiqamətləri əsasında proqram iştirakçılarının seçilməsinə imkan yaradır:

Müsabiqənin “İnformasiya işi” nominasiyasında layihələrin həyata keçirilməsinin aşağıdakı istiqamətləri müəyyən edilir:

İnformasiya məhsulu” – Azərbaycan həmkarlar ittifaqlarının informasiya məhsulunun yaradılması və onun sayəsində həmkarlar ittifaqı üzvlərinin hər birinə müntəzəm olaraq təşkilatın nailiyyətləri haqqında məlumatların çatdırılması, müxtəlif tədbirlər, güzəştlər və zəmanətlər barədə bilgilərin verilməsinin mümkünlüyi;

İnformasiya mənbəyi” – aktiv və müntəzəm informasiya mənbəyini yaratmaq və onun sayəsində həmkarlar ittifaqı üzvlərini təşkilatın fəaliyyəti haqqında məlumatlandırmaq, sistematik olaraq müxtəlif aksiyaları, tədbirləri, layihələri, nailiyyətləri barədə istənilən formada bilgilər vermək;

İnformasiya sistemi” – həmkarlar ittifaqı üzvlərinin hər birinə informasiyanın vaxtı-vaxtında və müntəzəm şəkildə çatdırılması məqsədilə həmkarlar ittifaqlarının informasiya işinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi.



Müsabiqənin “Sosial təşəbbüslər” nominasiyasında layihələrin həyata keçirilməsinin aşağıdakı istiqamətləri müəyyən edilmişdir:

- “Ailə” - həmkarlar ittifaqı üzvləri və onların ailə üzvləri üçün yaradıcılıq, intellektual, idman bacarıqlarının reallaşdırılmasına yönəldilmiş layihələrin və təkliflərin hazırlanması.

Maraq üzrə klubların və ünsiyyət üçün digər yerlərin yaradılmasına, inkişafına və qorunmasına yönəldilmiş təşəbbüslərin müdafiə edilməsi, bir neçə nəsillər arasında ənənəvi ailə dəyərlərinin və onların daxili əlaqələrinin təbliğ edilməsi.



- “İnkişaf” - gənc həmkarlar ittifaqı üzvlərinin mənəvi, yaradıcı və təşkilatçılıq potensiallarının aşkar edilməsi və üzə çıxarılmasına yönəldilmiş layihələrin və təkliflərin hazırlanması.

- “Qüvvə” – gənclər arasında həmkarlar ittifaqına üzvlüyün motivasiyasına, gənclərin ictimai əhəmiyyətli təşəbbüslərinin stimullaşdırılmasına və müdafiə edilməsinə, ictimai işlərə maraqlarının inkişafına yönəldilmiş layihələrin və təkliflərin hazırlanması.

Müsabiqənin “Müəssisənin iqtisadiyyatına mənim töhfəm” nominasiyasında müəssisənin xərclərinin azaldılmasına və gəlirinin çoxaldılmasına (işçi personalının əmək haqqının azaldılması hesabına yox) yönəldilmiş layihələrin və təkliflərin işlənib hazırlanması.

Müsabiqənin “AHİK-də ictimai reklam” nominasiyasında (ictimai plakat, ictimai video çarx, foto şəkil) iştirakçıların seçməsi üçün mövzuların siyahısı müəyyən edilmişdir:

- “Sağlamlıq”- sağlam həyat tərzi.

- “Həmkarlar ittifaqında laqeydlik ola bilməz”.

- “Həmkarlar ittifaqının gözəlliyi” - həmkarlar ittifaqında qadınlar.

- “Hamı birlikdə” -həmkarlar ittifaqına üzvlüyün motivasiyası.

- “Həmkarlar ittifaqının işi”- həmkarlar ittifaqında işin təbliği.

- “Heç kim unudulmur, heç nə yaddan çıxmır” – Böyük Vətən Müharibəsi iştirakçılarına, əmək veteranlarına kömək və diqqət edilməsi haqqında.

Müsabiqənin “Əməyin mühafizəsi” nominasiyasında konkret müəssisədə konkret ixtisas üzrə əməyin mühafizəsi şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş layihələrin və təkliflərin hazırlanması.

Müsabiqələr, onların keçirilmə qaydasını, iştirakçılardan nə tələb olunduğunu, qaliblərin seçim kriteriyalarını (meyarlarını) müəyyən edən standart əsasnamələr üzrə keçirilir.

Keçirilmə müddəti: 2-3 ay.

Müsabiqələrin əsasnamələri AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin AHİK-in Gənclər Şurası ilə birlikdə təqdim etdiyi tövsiyə və nümunəvi əsasnamələr üzrə işlənib hazırlanır.

Mərhələnin maliyyələşdirilməsi Sahə HİRK-ləri vəsaiti hesabına həyata keçirilir.


İkinci mərhələ - Forumlar

Proqramın ikinci mərhələsi Sosial forumlar formasında keçirilir. Burada ümumi həmkarlar ittifaqı testini keçmiş, işləri birinci mərhələdə müsabiqənin təşkilat komitəsi tərəfindən seçilmiş gənclər iştirak edirlər.

Forum çərçivəsində mütləq aşağıdakı tədbirlər keçirilməlidir:

- Sahə HİRK-ləri rəhbərlərinin forum iştirakçıları ilə görüşü;

- Həmkarlar ittifaqı mövzusunda 25 sualdan ibarət ümumi həmkarlar ittifaqı testindən keçmək;

- Layihələrin, təkliflərin sərgisi və qalereyası;

- Həmkarlar ittifaqları haqqında mühazirə;

Birinci mərhələnin nəticələrinin yekunlaşdırılması, qaliblərin təntənəli surətdə təltif edilməsi mərasimlərinin keçirilməsi. Keçirilmə müddəti – 1 gün.

Nəzərdə tutulan auditoriya: hər forumda 30 nəfərə qədər.

Forumun təşkil edilməsi AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin AHİK-in Gənclər Şurası ilə birlikdə forumun keçirilməsi haqqında işləyib hazırladığı tövsiyələr və nümunəvi əsasnamələr üzrə həyata keçirilir.

Mərhələnin maliyyələşdirilməsi sahə HİRK-ləri vəsaiti hesabına həyata keçirilir.



Üçüncü mərhələ - Ümumi tədris seminarı

Həmkarlar ittifaqı fəalları sırasından işləri I və II mərhələlərdən keçən iştirakçılar III mərhələyə dəvət olunurlar.

Proqramın I və II mərhələlərində seçilmiş ən yaxşı işlər Ümumi tədris seminarının keçirilməsinə 1 ay qalmış AHİK-ə təqdim edilir. Hər müsabiqədə qaliblər müsabiqənin Təşkilat Komitəsi tərəfindən təyin edilir.

Hər müsabiqədə qaliblərə (5 nəfər) mükafatlandırma kimi Diplom və sertifikat (razılıq əsasında) təqdim olunur ki, bu da Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında birinci və ya ikinci ali təhsil almaq, yaxud həmkarlar ittifaqları kadrlarının ixtisasartırma və yenidən hazırlanması kursunu keçmək üçün kvota imkanı verir.

Tədris seminarı 3 gün davam edir və bu günlərin hər biri müxtəlif tematik mövzulara həsr olunur.

Təlimin istiqamətləri: həmkarlar ittifaqına üzvlüyün motivasiyası, danışıqların keçirilməsi, liderlik, həmkarlar ittifaqlarında iş və d.

Proqramın hər günü mühazirələrdən, master-klass (ustalıq dərəcəsi) və treninqlərdən ibarətdir.

Nəzərdə tutulan auditoriya – 120 nəfərə qədər.

Seminarın keçirilməsi üçün xərclər: yaşayış, qidalanma, ümumi formanın hazırlanması, tədris proqramı üzrə xərclərin ödənilməsi – AHİK-in və üzv təşkilatların hesabına həyata keçirilir.



Proqramın resurs təminatı


Proqramın maliyyələşdirilməsi kollektiv müqavilələr üzrə daxil olmuş vəsaitlər hesabına həyata keçirilir. Proqramın maliyyələşdirilməsini AHİK və Sahə HİRK-ləri aparır. Proqramın xərclərinə Proqram iştirakçılarının yaşayışı və qidalanması, texnika, bina və otaqların icarəsi, forumların mükafat fondu, Proqramın tədris təminatı – mühazirəçilərin və təlimçilərin əmək haqqı fondu və nəqliyyat xərcləri, qidalanma və yaşayışı daxildir.

Proqramın həyata keçirilməsi üçün zəruri şərtlər

Proqramda tərtib olunanların hamısı eyni dərəcədə mühümdür. Bu mərhələlərdən heç birini ötürmək olmaz. Bütün mərhələlər yüksək səviyyədə yerinə yetirilməlidir.

Tövsiyə edilir:

- iştirakçıların fikrinin az da olsa yayınmaması məqsədilə seminarlar bağlı ərazidə keçirilsin;

- AHİK-in işləyib hazırladığı nümunəvi əsasnamələr rəhbər tutulsun.

Proqramda həmkarlar ittifaqı üzvlərinin iştirakı könüllüdür.

Qarşıda qoyulmuş məqsədlərin müvəffəqiyyətlə həyata keçirilməsi və nailiyyət qazanması üçün Proqram kütləvi informasiya vasitələrində geniş işıqlandırılmalı, Proqramın brendi bütünlükdə (loqotip, musiqi tərtibatı, geyim, suvenir məhsulları və s.) müdafiə və təbliğ edilməlidir. Proqram tanınmalı, orda iştirak etmək – böyük nüfuza malik olmalıdır.

Sahə HİRK-lərin mövcud vəziyyətinə və spesifik xüsusiyyətlərinə istinad edərək, Proqramın texnologiyasında qeyd edilənlərə eksklüziv müəllif metodiki işləmələri tələb olunur.

Bir sıra tədris məşğələlərinə ixtisaslı ekspertlərin (mütəxəssislərin) - böyük təcrübəyə malik olan təlimatçıların cəlb edilməsi tələb olunur.



AHİK-in İcraiyyə Komitəsinin

“____”__________2015-ci il tarixli

(pr. №___ b.__) qərarına

Əlavə № 2

Gənc həmkarlar ittifaqı lideri məktəbi” -



gənc işçilər üçün kompleks proqramın

Təşkilat Komitəsi

(2016-cı il)


  1. Əliyev İlyas Alxas oğlu - AHİK sədrinin I müavini, TK sədri




  1. Cəfərov Həsən Şahhüseyn oğlu - AHİK-in katibi – Aparat rəhbəri,

TK sədrinin müavini


  1. Hüseynov Namiq İskəndər oğlu - Zəhmətkeşlərin mədəni-məişət

problemləri üzrə analitik tədqiqat

şöbəsinin müdiri, TK sədrinin müavini




  1. Tağıyev Çingiz Həsən oğlu - Zəhmətkeşlərin əməyinin və sosial-

iqtisadi mənafelərinin müdafiəsi

üzrə şöbənin müdiri




  1. Ağamirov Nazim İsmayıl oğlu - Mətbuat və ictimaiyyətlə

əlaqələr şöbəsinin müdiri

6. Cəfərov Əli Səfər oğlu - Təşkilat işləri və məlumat

şöbəsinin müdir müavini
7. Məmmədov Fuad Boris oğlu - Beynəlxalq əlaqələr şöbəsinin

müdir müavini


8. Mədətov Əli Seyfulla oğlu - Əməyin mühafizəsi şöbəsinin

müdir müavini

9. Süleymanov Elşən Süleyman oğlu - Maliyyə şöbəsinin müdir müavini

10. Süleymanov Tural Yadulla oğlu - Təşkilat işləri və məlumat şöbəsinin

mütəxəssisi, Gənclər Şurasının sədri
11. Qaraşov Hüseyn Tapdıq oğlu - Azərbaycan Əmək və Sosial münasibətlər

Akademiyasının rektoru

AHİK-in İcraiyyə Komitəsinin

“____”__________2015-ci il tarixli

(pr. №___ b.__) qərarına

Əlavə № 3


Gənc həmkarlar ittifaqı lideri məktəbi” -

gənc işçilər üçün kompleks proqramın

həyata keçirilməsi planı (2016-ci il)


S.S.

№ №


Tədbirlər

İcra müddəti

İcraçılar




1.

GHİLM-in I və II mərhələsinin keçirilməsi üçün nümunəvi sənədlərin adaptasiya edilməsi(uyğunlaşması)

I rüb,

2016-cı il



Sahə HİRK-ləri

2.

Müsabiqə işlərinin toplanmasının təşkili (GHİLM-in I mərhələsi)

II rüb,

2016-cı il



Sahə HİRK-ləri,

AHİK-in Gənclər Şurası üzvləri



3.

Müsabiqələrin nəticələrinin yekunlaşdırılması (GHİLM-in I mərhələsi)

II rüb,

2016-cı il



Sahə HİRK-ləri

4.

Gənclərin sosial forumlarının təşkili və keçirilməsi (GHİLM-in II mərhələsi)

III rüb,

2016-cı il



Sahə HİRK-ləri,

AHİK-in Gənclər Şurası üzvləri



5

Müsabiqə işlərinin AHİK-in Təşkilat Komitəsinə təqdim edilməsi

2016-cı il 20 avqusta qədər

Sahə HİRK-ləri

6.

Ümumi tədris seminarının təşkili və keçirilməsi (GHİLM-in III mərhələsi)

Oktyabr 2016-cı il

AHİK-in Aparatı,

AHİK-in Gənclər Şurası üzvləri



7

Proqramın həyata keçirilməsinin nəticələrinin yekunlaşdırılması

Noyabr 2016-cı il

AHİK-in Aparatı


AHİK-in İcraiyyə Komitəsinin

“____”__________2015-ci il tarixli

(pr. №___ b.__) qərarına

Əlavə № 4


Kompleks proqramın

ümumi tədris seminarının keçirilməsi üçün

təxmini xərclər cədvəli
Ümumi tədris seminarının təşkili və keçirildiyi yer (GHİLM-in III mərhələsi):

Oktyabr 2016-ci il (3 gün), 120 nəfər, Təhsil İşçiləri Azad HİRK-in İstirahət Kompleksi (Nabran q-si).




S.S.

№ №


Tədbirlər

Xərclər

Qeyd




1.

İştirakçıların

yaşayışı və qidalanması



18 000 man.

Seminarın keçirilməsi üçün xərclər: yaşayış, qidalanma, ümumi formanın hazırlanması, tədris proqramı üzrə xərclərin ödənilməsi – AHİK-in və üzv təşkilatların hesabına həyata keçirilir.

2.

Nəqliyyat və rabitə təminatı

1500 man

3.

Nəşriyyat xərcləri ( banner, loqotip, plakat, diplom, döş nişanları, buklet, suvenir və d. yayım materiallarının hazırlanması)

4000 man.

4.

Dəftərxana və təsərrüfat materialları ilə təminat


1500 man.

5

Proqramın tədris təminatı – mühazirəçilərin və təlimçilərin əmək haqqı fondu

1500 man.

6.

Texniki avadanlığın (ekran, proyektor, kompüter, printer, disk və s.) alınması

2000 man




Cəmi:

28 500 manat

AHİK-in İcraiyyə Komitəsinin

“____”__________2015-ci il tarixli

(pr. №___ b.__) qərarı


Gənc həmkarlar ittifaqı lideri məktəbi” - gənc işçilər üçün kompleks proqramın “İnformasiya işi” müsabiqəsinin nümunəvi əsasnaməsi


  1. Ümumi müddəalar.

    1. Bu Əsasnamə “İnformasiya işi” müsabiqəsinin statusunu və keçirilmə qaydalarını təyin edir.

    2. Forumun təşkilatçısı - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (bundan sonra Həmkarlar İttifaqları), (Sahə HİRK-in, d. strukturunun adı) və Gənclər Şurasıdır (GŞ).

    3. Bu Əsasnamə Müsabiqənin keçirilmə qaydasını, iştirakçıların vəzifələrini, qaliblərin seçim meyarlarını (kriteriyaları) müəyyən edir və müsabiqə tədbirləri bitənə qədər fəaliyyət göstərir.




  1. Müsabiqənin məqsəd və vəzifələri

2.1 Müsabiqənin məqsədi: həmkarlar ittifaqlarının bütün sahələr üzrə fəaliyyətini işıqlandırmaq, məlumatları həmkarlar ittifaqı üzvlərinin hər birinə çatdırmaq, onların rifahına yönəldilmiş yeni informasiya resurslarını yaratmaq.

2.2 Müsabiqənin vəzifələri:

- həmkarlar ittifaqı üzvlərinin bütün sahələr üzrə məlumatlandırılması;

- həmkarlar ittifaqına üzvlüyün motivasiyasının yüksəldilməsi;

- gənc işçilər arasında həmkarlar ittifaqı imicinin yüksəldilməsi;

- həmkarlar ittifaqı işində tətbiq etmək üçün verilmiş mövzularla bağlı gənclərin ideyalarının toplanması.


3. Müsabiqənin keçirilmə müddəti

3.1 Müsabiqə 2016-cı il ________ dən ____ ə qədər keçirilir.

3.2 Müsabiqənin nəticələrini Təşkilat Komitəsi Sahə HİRK-in Sosial gənclər Forumu çərçivəsində yekunlaşdırır.
4. Müsabiqənin şərtləri

4.1 Müsabiqənin şərtlərinə müvafiq olaraq bütün sənədləri təqdim etmiş 29 yaşa qədər həmkarlar ittifaqı üzvləri müsabiqədə iştirak edirlər.

4.2 Müsabiqədə iştirak etmək üçün, müsabiqənin məqsəd və vəzifələrinə cavab verən, təşkilatlar tərəfindən tərtib edilmiş bir və ya bir neçə müsabiqə nominasiyaları üzrə informasiya xarakterli material hazırlanmalı və vaxtında Təşkilat komitəsinə təqdim edilməlidir.

4.3 Hər bir müsabiqə işinə tərtib edilmiş nümunə üzrə (əlavə№ 1) ərizə və “Gənc həmkarlar ittifaqı lideri məktəbi” – gənclər üçün proqram iştirakçılarının anketi əlavə olunmalıdır.

4.4 Bir işin kollektiv müəllifləri 2 nəfərdən artıq olmamalıdır.

4.5 Müsabiqədə iştirak etmək pulsuzdur.

4.6 Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:

İnformasiya məhsulu” – Azərbaycan həmkarlar ittifaqlarının informasiya məhsulunun yaradılmasının köməyi ilə həmkarlar ittifaqı üzvlərinin hər birinə müntəzəm olaraq təşkilatın nailiyyətləri haqqında məlumatları çatdırmaq, müxtəlif tədbirləri, güzəştləri və zəmanətləri barədə istənilən formada bilgilər vermək, həmkarlar ittifaqı brendini reklam etmək;

İnformasiya mənbəyi” – aktiv və müntəzəm informasiya mənbəyini yaratmaq və onun sayəsində həmkarlar ittifaqı üzvlərini təşkilatın fəaliyyəti haqqında məlumatlandırmaq, sistematik olaraq müxtəlif aksiyaları, tədbirləri, layihələri, nailiyyətləri barədə istənilən formada bilgilər vermək;

İnformasiya sistemi” – həmkarlar ittifaqı üzvlərinin hər birinə informasiyanın vaxtı-vaxtında və müntəzəm şəkildə çatdırılması məqsədilə həmkarlar ittifaqlarının informasiya işinin təkmilləşdirilməsinə dair təkliflər vermək.

4.7 İşlərə olan texniki tələblər:

- təkliflər Plakat formasında (A0 formatı - 841×1189 мм), prezentasiyalar və izahedici qeydlərlə şərh edilir, sxemlər və rəsmlərdən ibarət ola bilər. İzahedici qeydlərin həcmi A4 formatında (210×297 мм) və 2 səhifədən artıq olmamalıdır;



- izahedici qeydlərin mətni kompüterin Microsoft Office Word proqramında bir faylda yığılmalı, keql 14, sətirlərarası interval - 1,5, şrift Times New Roman olmalıdır;

- təkliflərin həcmi elektron formatda (prezentasiya, izahedici qeyd, illustrasiyalar və s.) 5 MB-ı keçməməlidir;



İzahedici qeyd işin və müəllifin (müəlliflərin) adları göstərilməklə başlamalıdır.

4.8 İşə dair digər tələblər:

- təkliflərdə həqiqətə uyğun gəlməyən məlumatların olmaması (yoxlanmamış məlumatlar);

- təkliflər Azərbaycan Respublikasının qanunvericiliyinə və Müsabiqənin mövzusuna zidd olmamalıdır.

4.9 Başqalarının ideyalarından (bütünlüklə və ya qismən) istifadə etmək qəti qadağandır. Bu şərtə əməl edilməyən hallarda işlər Müsabiqədən kənar edilir.
5. Müsabiqənin təşkili və keçirilməsi qaydası

5.1 Müsabiqə işlərinin ekspert qiymətləndirilməsi, Müsabiqə qaliblərinin təyin edilməsi məqsədilə Sahə HİRK-i Müsabiqənin Təşkilat Komitəsini formalaşdırır.

5.2 Təşkilat Komitəsinin tərkibinə Sahə HİRK-nin və AHİK-in nümayəndələri, Gənclər Şuralarının üzvləri daxildir.

5.3 Müsabiqə işləri Müsabiqənin Təşkilat Komitəsi tərəfindən 2016-cı il ____ na qədər, Bakı ş., ____________________________ (tel.__________________) ünvanında qəbul edilir.

5.4 Bu Əsasnamənin 5.3-cü bəndində göstərilmiş müddətdən . İşlər elektron poçt vasitəsilə qəbul edilmir.



    1. Müsabiqəyə təqdim edilmiş bütün işlər geri qaytarılmır və resenziya edilmir.

6. Müsabiqə qaliblərinin təyin edilməsi və onların mükafatlandırılması



    1. Hər bir müsabiqə işi aşağıdakı kriteriyalar üzrə qiymətləndirilir:

  • işin təqdim edilmiş mövzu ilə uyğunluğu;

  • mövzunun məzmununun açılması və arqumentləşdirilməsi;

  • savadlılıq, professional yanaşma, informasiya metodikası və texnologiyasının effektivliyi;

  • ideyanın yeniliyi, orijinallıq, müsabiqə işinin düşüncə məharəti;

  • dilin dəqiqliyi və anlaşılması, ifadə üslubu.

    1. İşlər Təşkilat Komitəsi (TK) üzvlərinin bal sistemi ilə - hər kriteriya üzrə 1-dən 10 bala qədər qiymətləndirilir. TK qərarını qəbul etdiyi işlərin orta balına əsasən verir və TK sədrinin imzası ilə protokol formasında tərtib edilir.

    2. Göndərilmiş işlər bu Əsasnamənin şərtlərinə müvafiq gəlmirsə, Müsabiqənin TK-si onları ğeri qaytara bilər.

    3. Müsabiqənin nəticələri AHİK-in təşkil etdiyi gənclərin Sosial Forumunda elan ediləcək və AHİK-in rəsmi saytında (yaradılacaq Gənclər Şurası bölməsində) yerləşdiriləcəkdir

    4. Müsabiqənin yekunları üzrə qaliblərə hər nominasiya üzrə I,II və III yerlər təyin ediləcək.

    5. Müsabiqənin bütün iştirakçıları, tutduğu yerlər qeyd edilməklə diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

6.7 Birinci yeri tutmuş işlərin müəllifləri AHİK-in təşkil etdiyi “Gənc həmkarlar ittifaqı lideri məktəbi”nin yekun tədris seminarında iştirak etmək hüququna malikdir.
7. Müsabiqə işlərinin istifadə edilməsi

7.1 Qaliblərin işləri təşkilati, informasiya dəstəyi alır, həmkarlar ittifaqı işində praktiki istifadə üçün tövsiyə olunur və:

- reklamlarda yerləşdirilir;

- AHİK-in keçirdiyi sosial informasiya kampaniyalarında istifadə edilir;

- AHİK-in rəsmi saytında və informasiya səhifələində, ölkə və regional KİV-lərdə (televiziya, dövrü mətbuat, internet şəbəkəsi) yerləşdirilir;

- tədris məqsədilə, həmçinin metodiki və informasiya nəşrlərində istifadə edilir.
8. Digər şərtlər

8.1 İştirakçılar öz işlərini Müsabiqəyə təqdim edirsə, bu o deməkdir ki, onlar bu Əsasnaməyə müvafiq olaraq Müsabiqənin şərtləri ilə tam və sözsüz razıdırlar.

8.2 Əgər üçüncü şəxslərin, o cümlədən təqdim edilmiş işin müəllif sahibləri və birgə hüquqa malik olanlar öz narazılıqlarını, iddialarını və tələblərini irəli sürərlərsə, o zaman iştirakçı məsələni öz adından və öz hesabına həll etməyi üzərinə götürür.

9. Əlaqə informasiyası

9.1 Müsabiqənin keçirilməsinə cavabdeh: soyadı, adı, atasının adı, vəzifəsi, ünvanı, tel/faksı, elektron ünvanı.

9.2 Müsabiqənin kuratoru: AHİK-in təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi, Gənclər Şurasının sədri Süleymanov Tural Yadulla oğlu, telefon: 492 66 93 (əlavə 371); Mobil: +994552813737; Faks: 4927268; E-mail: ahik_atuc@mail.ru

Əlavə № 1


Ərizə №__

(Təşkilat Komitəsi tərəfindən verilir)


İnformasiya işi” Müsabiqəsində iştirak etmək üçün ərizə


Dostları ilə paylaş:
  1   2   3   4
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə