GƏnc həmkarlar iTTİfaqi lideri MƏKTƏBİ” GƏnc iŞÇİLƏR ÜÇÜn kompleks proqram haqqinda layiHƏ



Yüklə 336,2 Kb.
səhifə2/4
tarix17.01.2017
ölçüsü336,2 Kb.
#472
1   2   3   4

(2016-cı il)


Müəllif haqqında məlumat

1.

Soyadı, adı, atasının adı (tam bütünlüklə)




2.

Təvəllüdü




3.

Şəxsiyyəti təsdiq edən əsas sənədin nömrəsi, həmin sənədin verilmə tarixi və onu verən orqan haqqında məlumat




4.

Ev ünvanı (indeks, ölkə, şəhər,

küçə, ev, mənzil)






5.

Təhsil aldığı / işlədiyi yerin tam hüquqi adı




6.

Kurs / ixtisası




7.

Həmkarlar ittifaqında vəzifəsi




8.

Ev telefonu (kod, abunəçi №-si)




9.

Mobil telefonu (kod, abunəçi №-si)




10.

E-mail




Müsabiqə işi haqqında məlumat

1.

Müsabiqəyə təqdim edilmiş işin adı




2.

İşin izahı (annotasiya: materialların siyahısı, əsas ideya, yaranma tarixi)




Həmkarlar ittifaqı üzvü (Hİ), Hİ təşkilatçısı, müəssisə / fakültə Hİ təşkilatının sədri, Hİ-nın ştatında olan işçi.


Müsabiqəni şərtləri ilə tanış oldum və razıyam. Bir müəllif kimi, müsabiqəyə təqdim etdiyim işin pulsuz olaraq internet saytında yerləşdirilməsinə, televiziya və radio verilişlərində istifadə edilməsinə, həmçinin d. kütləvi informasiya vasitələrində, o cümlədən qeyri kommersiya məqsədilə Müsabiqəyə həsr edilmiş nəşrlərin çap edilməsinə etiraz etmirəm.

İmza:___________________ Ərizənin verilmə tarixi: “__”____________201_ - ci il



DIQQƏT: ƏRİZƏNİ AYDIN YAZMAQ.

HƏR BİR İŞ ÜÇÜN AYRI ƏRİZƏ TƏLƏB OLUNUR.

MÜSABİQƏ İŞİNİN ÖZÜNDƏ MÜƏLLİFLƏR HAQQINDA MƏLUMAT OLMAMALIDIR.

ELEKTRON DAŞIYICISI İMZALANMALIDIR (MÜƏLLİF, İŞİN ADI, NOMİNASİYA, MÖVZU, TARİX).

BİR DAŞIYICIYA BİR NEÇƏ İŞİ YAZDIRMAQ OLAR.

HƏR BİR ÇARX, FOTOŞƏKİL, AUDİO YAZI VƏ YAXUD PLAKAT AYRICA FAYL İLƏ QEYD EDİLMƏLİDİR, BLOKLAR QƏBUL EDİLMİR.


AHİK-in İcraiyyə Komitəsinin

“____”__________2015-ci il tarixli

(pr. №___ b.__) qərarı


Gənc həmkarlar ittifaqı lideri məktəbi” - gənc işçilər üçün kompleks proqramın

Müəssisənin iqtisadiyyatına mənim töhfəm” müsabiqəsinin nümunəvi əsasnaməsi


1.Ümumi müddəalar.


    1. Bu Əsasnamə konkret müəssisədə hər bir iş yerində işin effektivliyinin yüksəldilməsinə, xərclərin azaldılması üçün mümkün olan vasitələrin axtarılmasına, gəlirin artırılmasına yönəldilmiş tədbirlərin hazırlanması üzrə müsabiqənin statusunu və keçirilmə qaydalarını təyin edir.

    2. Forumun təşkilatçısı - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (bundan sonra Həmkarlar İttifaqları), (Sahə HİRK-in, d. strukturunun adı) və Gənclər Şurasıdır (GŞ).

    3. Bu Əsasnamə Müsabiqənin keçirilmə qaydasını, iştirakçıların vəzifələrini, qaliblərin seçim meyarlarını (kriteriyaları) müəyyən edir və müsabiqə tədbirləri bitənə qədər fəaliyyət göstərir.

2. Müsabiqənin məqsəd və vəzifələri

2.1 Müsabiqənin məqsədi: həmkarlar ittifaqı üzvlərini hər bir iş yerində işin effektivliyinin yüksəldilməsinə, xərclərin azaldılması üçün mümkün olan vasitələrin axtarılmasına, gəlirin artırılmasına yönəldilmiş tədbirlərə cəlb etmək.

2.2. Müsabiqənin vəzifələri:

- maliyyə, maddi və insan resurslarından səmərəli istifadə edilməsi, səmərəsiz itkilərin aradan qaldırılması, vəsaitlərin qorunması proqramı (yanacaq – energetika ehtiyatlarının qənaəti, materiallardan, ehtiyat hissələrindən ikinci dəfə istifadə edilməsi, detalların bərpası və s.) hesabına xərclərin azaldılması üçün tədbirlər görmək;

- iş göstəricilərinin keyfiyyətinin yüksəldilməsi hesabına xərclərin optimizasiyası;

- yeni texnika və texnologiyaların tətbiq edilməsi hesabına əl əməyinin səviyyəsini ardıcıl olaraq ixtisar etmək;

- istifadəsiz əmlakların (tikintilər, avadanlıqlar, materiallar) satışı üzrə tövsiyələr hazırlamaq;

- gəncləri istehsalat və d. məsələlərin həllinə cəlb etmək;

- həmkarlar ittifaqına üzvlüyün motivasiyasını gücləndirmək;

- gənc işçilər arasında həmkarlar ittifaqı imicinin yüksəldilməsi.
3. Müsabiqənin keçirilmə müddəti

3.1 Müsabiqə 2016-cı il ______ dən ____ ə qədər keçirilir.

3.2 Müsabiqənin nəticələrini Təşkilat Komitəsi Sahə HİRK-in Sosial gənclər Forumu çərçivəsində yekunlaşdırır.
4. Müsabiqənin şərtləri

4.1 Müsabiqənin şərtlərinə müvafiq olaraq bütün sənədləri təqdim etmiş 29 yaşa qədər həmkarlar ittifaqı üzvləri müsabiqədə iştirak edirlər.

4.2 Müsabiqədə iştirak etmək üçün, müsabiqənin məqsəd və vəzifələrinə cavab verən, konkret müəssisədə hər bir iş yerində işin effektivliyinin yüksəldilməsinə, xərclərin azaldılması üçün mümkün olan vasitələrin axtarılmasına, gəlirin artırılmasına ölçülərin götürülməsi üzrə təkliflər hazırlanmalı və vaxtında Təşkilat komitəsinə təqdim edilməlidir.

4.3 Hər bir müsabiqə işinə tərtib edilmiş nümunə üzrə (əlavə № 1) ərizə və “Gənc həmkarlar ittifaqı lideri məktəbi” – gənclər üçün proqram iştirakçısının anketi əlavə olunmalıdır.

4.4 Layihənin müəllif komandası 3 nəfərdən artıq olmamalıdır.

4.5 Müsabiqədə iştirak etmək pulsuzdur. Müsabiqəyə təqdim edilmiş bütün işlərin müəlliflik hüquqları həmkarlar ittifaqlarına məxsusdur.

4.6 İşlərə olan texniki tələblər:

- təkliflər Plakat formasında (A0 formatı - 841×1189 мм) izahedici qeydlərlə şərh edilir, sxemlər və rəsmlərdən ibarət ola bilər. İzahedici qeydlərin həcmi A4 formatında (210×297 мм) və 2 səhifədən artıq olmamalıdır;



- izahedici qeydlərin mətni kompüterin Microsoft Office Word proqramında bir faylda yığılmalı, keql 14, sətirlərarası interval - 1,5, şrift Times New Roman olmalıdır;

- təkliflərin həcmi elektron formatda (izahedici qeyd, illustrasiyalar və s.) 5 MB-ı keçməməlidir;

İzahedici qeyd işin və müəllifin (müəlliflərin) adları göstərilməklə başlamalıdır.

4.7 İşə dair digər tələblər:

- təkliflərdə həqiqətə uyğun gəlməyən məlumatların olmaması (yoxlanmamış məlumatlar);

- təkliflər Azərbaycan Respublikasının qanunvericiliyinə və Müsabiqənin mövzusuna zidd olmamalıdır.

4.8 Başqalarının ideyalarından (bütünlüklə və ya qismən) istifadə etmək qəti qadağandır. Bu şərtə əməl edilməyən hallarda işlər Müsabiqədən kənar edilir.
5. Müsabiqənin təşkili və keçirilməsi qaydası

5.1 Müsabiqə işlərinin ekspert qiymətləndirilməsi, Müsabiqə qaliblərinin təyin edilməsi məqsədilə Sahə HİRK-i Müsabiqənin Təşkilat Komitəsini formalaşdırır.

5.2 Təşkilat Komitəsinin tərkibinə Sahə HİRK-nin və AHİK-in nümayəndələri, Gənclər Şuralarının üzvləri daxildir.

5.3 Müsabiqə işləri Müsabiqənin Təşkilat Komitəsi tərəfindən 2016-cı il _______na qədər, Bakı ş., ____________________________ (tel.__________________) ünvanında qəbul edilir.

5.4 Bu Əsasnamənin 5.3-cü bəndində göstərilmiş müddətdən gec təqdim edilmiş Müsabiqə işləri qəbul edilmir, Müsabiqədə iştirak etməyə buraxılmır. İşlər elektron poçt vasitəsilə qəbul edilmir.



    1. Müsabiqəyə təqdim edilmiş bütün işlər geri qaytarılmır və resenziya edilmir.

6. Müsabiqə qaliblərinin təyin edilməsi və onların mükafatlandırılması



    1. Hər bir müsabiqə işi aşağıdakı kriteriyalar üzrə qiymətləndirilir:

  • işin təqdim edilmiş mövzu ilə, müsabiqənin məqsəd və vəzifələri ilə uyğunluğu;

  • mövzunun məzmununun açılması və arqumentləşdirilməsi;

  • müsabiqə işinin pozitivliyi və kreativliyi, ideyanın yeniliyi, orijinallıq, düşüncə məharəti;

  • savadlılıq, dilin dəqiqliyi və anlaşılması, ifadə üslubu;

  • təkliflərin bütün maliyyə əsasları.

    1. İşlər Təşkilat Komitəsi (TK) üzvlərinin bal sistemi ilə - hər kriteriya üzrə 1-dən 10 bala qədər qiymətləndirilir. TK qərarını qəbul etdiyi işlərin orta balına əsasən verir və TK sədrinin imzası ilə protokol formasında tərtib edilir.

    2. Göndərilmiş işlər bu Əsasnamənin şərtlərinə müvafiq gəlmirsə, Müsabiqənin TK-si onları ğeri qaytara bilər.

    3. Müsabiqənin nəticələri AHİK-in təşkil etdiyi gənclərin Sosial Forumunda elan ediləcək və AHİK-in rəsmi saytında (yaradılacaq Gənclər Şurası bölməsində) yerləşdiriləcəkdir

    4. Müsabiqənin yekunları üzrə qaliblərə müsabiqənin hər bir istiqaməti üzrə I, II və III yerlər təyin ediləcək.

    5. Müsabiqənin bütün iştirakçıları, tutduğu yerlər qeyd edilməklə diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

6.7 Birinci yeri tutmuş işlərin müəllifləri AHİK-in təşkil etdiyi “Gənc həmkarlar ittifaqı lideri məktəbi”nin yekun tədris seminarında iştirak etmək hüququna malikdir.
7. Müsabiqə işlərinin istifadə edilməsi

7.1 Qaliblərin işləri:

- reklamlarda yerləşdirilir;

- AHİK-in keçirdiyi sosial informasiya kampaniyalarında istifadə edilir;

- AHİK-in rəsmi saytında və informasiya səhifələrində, ölkə və regional KİV-lərdə (televiziya, dövrü mətbuat, internet şəbəkəsi) yerləşdirilir;

- tədris məqsədilə, həmçinin metodiki və informasiya nəşrlərində istifadə edilir.
8. Digər şərtlər

8.1 İştirakçılar öz işlərini Müsabiqəyə təqdim edirsə, bu o deməkdir ki, onlar bu Əsasnaməyə müvafiq olaraq Müsabiqənin şərtləri ilə tam və sözsüz razıdırlar.

8.2 Əgər üçüncü şəxslərin, o cümlədən təqdim edilmiş işin müəllif sahibləri və birgə hüquqa malik olanlar öz narazılıqlarını, iddialarını və tələblərini irəli sürərlərsə, o zaman iştirakçı məsələni öz adından və öz hesabına həll etməyi üzərinə götürür.


9. Əlaqə informasiyası

9.1 Müsabiqənin keçirilməsinə cavabdeh: soyadı, adı, atasının adı, vəzifəsi, ünvanı, tel/faksı, elektron ünvanı.

9.2 Müsabiqənin kuratoru: AHİK-in təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi, Gənclər Şurasının sədri Süleymanov Tural Yadulla oğlu, telefon: 492 66 93 (əlavə 371); Mobil: +994552813737; Faks: 4927268; E-mail: ahik_atuc@mail.ru

Əlavə № 1


Ərizə №__

(Təşkilat Komitəsi tərəfindən verilir)


Müəssisənin iqtisadiyyatına mənim töhfəm”Müsabiqəsində iştirak etmək üçün ərizə

(2016-cı il)


Müəllif haqqında məlumat

1.

Soyadı, adı, atasının adı (tam bütünlüklə)




2.

Təvəllüdü




3.

Şəxsiyyəti təsdiq edən əsas sənədin nömrəsi, həmin sənədin verilmə tarixi və onu verən orqan haqqında məlumat




4.

Ev ünvanı (indeks, ölkə, şəhər,

küçə, ev, mənzil)






5.

Təhsil aldığı / işlədiyi yerin tam hüquqi adı




6.

Kurs / ixtisası




7.

Həmkarlar ittifaqında vəzifəsi




8.

Ev telefonu (kod, abunəçi №-si)




9.

Mobil telefonu (kod, abunəçi №-si)




10.

E-mail




Müsabiqə işi haqqında məlumat

1.

Müsabiqəyə təqdim edilmiş işin adı




2.

İşin izahı (annotasiya: materialların siyahısı, əsas ideya, yaranma tarixi)




Həmkarlar ittifaqı üzvü (Hİ), Hİ təşkilatçısı, müəssisə / fakültə Hİ təşkilatının sədri, Hİ-nın ştatında olan işçi.


Müsabiqəni şərtləri ilə tanış oldum və razıyam. Bir müəllif kimi, müsabiqəyə təqdim etdiyim işin pulsuz olaraq internet saytında yerləşdirilməsinə, televiziya və radio verilişlərində istifadə edilməsinə, həmçinin d. kütləvi informasiya vasitələrində, o cümlədən qeyri kommersiya məqsədilə Müsabiqəyə həsr edilmiş nəşrlərin çap edilməsinə etiraz etmirəm.

İmza:___________________ Ərizənin verilmə tarixi: “__”____________201_ - ci il



DIQQƏT: ƏRİZƏNİ AYDIN YAZMAQ.

HƏR BİR İŞ ÜÇÜN AYRI ƏRİZƏ TƏLƏB OLUNUR.

MÜSABİQƏ İŞİNİN ÖZÜNDƏ MÜƏLLİFLƏR HAQQINDA MƏLUMAT OLMAMALIDIR.

ELEKTRON DAŞIYICISI İMZALANMALIDIR (MÜƏLLİF, İŞİN ADI, NOMİNASİYA, MÖVZU, TARİX).

BİR DAŞIYICIYA BİR NEÇƏ İŞİ YAZDIRMAQ OLAR.

HƏR BİR ÇARX, FOTOŞƏKİL, AUDİO YAZI VƏ YAXUD PLAKAT AYRICA FAYL İLƏ QEYD EDİLMƏLİDİR, BLOKLAR QƏBUL EDİLMİR.

AHİK-in İcraiyyə Komitəsinin

“____”__________2015-ci il tarixli

(pr. №___ b.__) qərarı
Gənc həmkarlar ittifaqı lideri məktəbi” - gənc işçilər üçün kompleks proqramın

Sosial təşəbbüslər” müsabiqəsinin nümunəvi əsasnaməsi




  1. Ümumi müddəalar.

    1. Bu Əsasnamə “Sosial təşəbbüslər” müsabiqəsinin statusunu və keçirilmə qaydalarını təyin edir.

    2. Forumun təşkilatçısı - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (bundan sonra Həmkarlar İttifaqları), (Sahə HİRK-in, d. strukturunun adı) və Gənclər Şurasıdır (GŞ).

    3. Bu Əsasnamə Müsabiqənin keçirilmə qaydasını, iştirakçıların vəzifələrini, qaliblərin seçim meyarlarını (kriteriyaları) müəyyən edir və müsabiqə tədbirləri bitənə qədər fəaliyyət göstərir.

    4. “Sosial təşəbbüs” dedikdə müsabiqə təşkilatçıları bunu gəlir əldə etmək məqsədi olmayan həmkarlar ittifaqı üzvləri üçün ictimai-faydalı məhsullar və ya xidmətlər yaratmağa yönəldilmiş kompleks tədbirlər kimi başa düşürlər.

2. Müsabiqənin məqsəd və vəzifələri

2.1 Müsabiqənin məqsədi: həmkarlar ittifaqı üzvlərinin aktual problemlərinin həllinə yönəldilmiş mülki, ictimai təşəbbüslərin və layihələrin üzə çıxarılması və müdafiə edilməsi.

2.2. Müsabiqənin vəzifələri:

- həmkarlar ittifaqına üzvlüyün motivasiyasının yüksəldilməsi;

- həmkarlar ittifaqı üzvlərinin ictimai-fəal yaradıcılıqlarının üzə çıxarılması;

- həmkarlar ittifaqı üzvlərinin problemlərinə diqqətin cəlb edilməsi;

- ictimai istiqamət fəaliyyəti sahəsində ictimai təşəbbüslərin stimullaşdırılması.


3. Müsabiqənin keçirilmə müddəti

3.1 Müsabiqə 2016-cı il ______ dən ____ ə qədər keçirilir.

3.2 Müsabiqənin nəticələrini Sahə HİRK-in Sosial gənclər Forumu çərçivəsində Təşkilat Komitəsi yekunlaşdırır.
4. Müsabiqənin şərtləri

4.1 Müsabiqənin şərtlərinə müvafiq olaraq bütün sənədləri təqdim etmiş 29 yaşa qədər həmkarlar ittifaqı üzvləri müsabiqədə iştirak edə bilərlər.

4.2 Müsabiqədə iştirak etmək üçün, müsabiqənin məqsəd və vəzifələrinə cavab verən, təşkilatlar tərəfindən tərtib edilmiş bir və ya bir neçə müsabiqə istiqamətləri üzrə sosial layihə hazırlanmalı və vaxtında Təşkilat komitəsinə təqdim edilməlidir.

4.3 Layihənin təsviri Təşkilat Komitəsinin tövsiyələrinə müvafiq olaraq yerinə yetirilməlidir (Əlavə № 1). Layihəyə tərtib edilmiş nümunə üzrə sənədlər – forma № 1-4 (Əlavə № 2) və “Gənc həmkarlar ittifaqı lideri məktəbi” – gənclər üçün proqram iştirakçılarının anketi əlavə olunmalıdır.

4.4 Sosial layihənin həyata keçirilməsi üzrə istiqamətlər:

- “Ailə” - həmkarlar ittifaqı üzvləri və onların ailə üzvləri üçün yaradıcılıq, intellektual, idman bacarıqlarının reallaşdırılmasına yönəldilmiş layihələrin və təkliflərin hazırlanması. Maraq üzrə klubların və ünsiyyət üçün digər yerlərin yaradılmasına, inkişafına və qorunmasına yönəldilmiş təşəbbüslərin müdafiə edilməsi, bir neçə nəsillər arasında ənənəvi ailə dəyərlərinin və onların daxili əlaqələrinin təbliğ edilməsi.

- “İnkişaf” - gənc həmkarlar ittifaqı üzvlərinin mənəvi, yaradıcı və təşkilatçılıq potensiallarının aşkar edilməsi və üzə çıxarılmasına yönəldilmiş layihələrin və təkliflərin hazırlanması.

- “Qüvvə” - gənclər arasında həmkarlar ittifaqına üzvlüyün motivasiyasına, gənclərin ictimai əhəmiyyətli təşəbbüslərinin stimullaşdırılmasına və müdafiə edilməsinə, ictimai işlərə maraqlarının inkişafına yönəldilmiş layihələrin və təkliflərin hazırlanması.

4.5 Layihənin müəllif komandası 3 nəfərdən artıq olmamalıdır.

4.6 Başqalarının ideyalarından (bütünlüklə və ya qismən) istifadə etmək qəti qadağandır. Bu şərtə əməl edilməyən hallarda işlər Müsabiqədən kənar edilir.
5. Müsabiqənin təşkili və keçirilməsi qaydası

5.1 Müsabiqə işlərinin ekspert qiymətləndirilməsi, Müsabiqə qaliblərinin təyin edilməsi məqsədilə Sahə HİRK-i Müsabiqənin Təşkilat Komitəsini formalaşdırır.

5.2 Təşkilat Komitəsinin tərkibinə Sahə HİRK-nin və AHİK-in nümayəndələri, Gənclər Şuralarının üzvləri daxildir.

5.3 Müsabiqə işləri Müsabiqənin Təşkilat Komitəsi tərəfindən 2016-cı il ____ na qədər, Bakı ş., ____________________________ (tel.__________________) ünvanında qəbul edilir.

5.4 Bu Əsasnamənin 5.3-cü bəndində göstərilmiş müddətdən gec təqdim edilmiş Müsabiqə işləri qəbul edilmir, Müsabiqədə iştirak etməyə buraxılmır. İşlər elektron poçt vasitəsilə qəbul edilmir.



    1. Müsabiqəyə təqdim edilmiş bütün işlər geri qaytarılmır və resenziya edilmir.

6. Müsabiqə qaliblərinin təyin edilməsi və onların mükafatlandırılması



    1. Hər bir müsabiqə işi aşağıdakı kriteriyalar üzrə qiymətləndirilir:

  • işin təqdim edilmiş mövzu ilə, müsabiqənin məqsəd və vəzifələri ilə uyğunluğu;

  • mövzunun məzmununun açılması və arqumentləşdirilməsi;

  • müsabiqəyə təqdim edilmiş işin ictimai əhəmiyyəti, pozitivliyi (reallığı) və kreativliyi (ideyanın yeniliyi, orijinallığı, düşüncə məharəti);

  • dilin dəqiqliyi və anlaşılması, ifadə üslubu;

  • layihənin həyata keçirilməsi ilə əlaqədar, tədbirlərin hazırlanma səviyyəsi;

  • sosial problemlərin həllində bu layihənin nəticələrinin uzunmüddətli təsiri;

  • layihənin vəsaitinin və əsaslandırılmış büdcəsinin effektiv bölgüsü.

Qaliblər seçilərkən Müsabiqənin elan olunduğu zaman reallaşdırılmış layihələrə daha çox üstünlük verilir.

6.1 İşlər Təşkilat Komitəsi (TK) üzvlərinin bal sistemi ilə - hər kriteriya üzrə 1-dən 10 bala qədər qiymətləndirilir. TK qərarını qəbul etdiyi işlərin orta balına əsasən verir və TK sədrinin imzası ilə protokol formasında tərtib edilir.



    1. Göndərilmiş işlər bu Əsasnamənin şərtlərinə müvafiq gəlmirsə, Müsabiqənin TK-si onları geri qaytara bilər.

    2. Müsabiqənin nəticələri AHİK-in təşkil etdiyi gənclərin Sosial Forumunda elan ediləcək və AHİK-in rəsmi saytında (yaradılacaq Gənclər Şurası bölməsində) yerləşdiriləcəkdir.

    3. Müsabiqənin yekunları üzrə qaliblərə Müsabiqənin hər bir istiqaməti üzrə I, II və III yerlər təyin ediləcək.

    4. Müsabiqənin bütün iştirakçıları, tutduğu yerlər qeyd edilməklə diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

6.7 Birinci yeri tutmuş işlərin müəllifləri AHİK-in təşkil etdiyi “Gənc həmkarlar ittifaqı lideri məktəbi”nin yekun tədris seminarında iştirak etmək hüququna malikdir.
7. Müsabiqə işlərinin istifadə edilməsi

7.1 Qaliblərin işləri:

- reklamlarda yerləşdirilir;

- AHİK-in keçirdiyi sosial informasiya kampaniyalarında istifadə edilir;

- AHİK-in rəsmi saytında və informasiya səhifələrində, ölkə və regional KİV-lərdə (televiziya, dövrü mətbuat, internet şəbəkəsi) yerləşdirilir;

- tədris məqsədilə, həmçinin metodiki və informasiya nəşrlərində istifadə edilir.
8. Digər şərtlər

8.1 İştirakçılar öz işlərini Müsabiqəyə təqdim edirsə, bu o deməkdir ki, onlar bu Əsasnaməyə müvafiq olaraq Müsabiqənin şərtləri ilə tam və sözsüz razıdırlar.

8.2 Əgər üçüncü şəxslərin, o cümlədən təqdim edilmiş işin müəllif sahibləri və birgə hüquqa malik olanlar öz narazılıqlarını, iddialarını və tələblərini irəli sürərlərsə, o zaman iştirakçı məsələni öz adından və öz hesabına həll etməyi üzərinə götürür.
9. Əlaqə informasiyası

9.1 Müsabiqənin keçirilməsinə cavabdeh: soyadı, adı, atasının adı, vəzifəsi, ünvanı, tel/faksı, elektron ünvanı.

9.2 Müsabiqənin kuratoru: AHİK-in təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi, Gənclər Şurasının sədri Süleymanov Tural Yadulla oğlu, telefon: 492 66 93 (əlavə 371); Mobil: +994552813737; Faks: 4927268; E-mail: ahik_atuc@mail.ru

Əlavə № 1


Layihənin (proqramın) yazılması üçün əsas tövsiyələr


  1. İrəli sürülmüş prioritetlərin (və ya məsələlərin) mövcud vəziyyətinin təhlili.

  2. Layihənin (proqramın) müəyyən etdiyi məsələlərin həllinin və məqsədə nail olunmasının zəruriliyinin əsaslandırılması, texniki-iqtisadi əsaslar.

  3. Layihənin (proqramın) həyata keçirilməsində, qeyd edilmiş müvafiq göstəricilər üzrə gözlənilən nəticələr.

  4. Layihənin (proqramın) həyata keçirilməsi üçün zəruri olan maliyyə, əmək və maddi resursların həcmi, mənbəyi, formaları haqqında məlumat.

  5. Layihənin (proqramın) həyata keçirilməsi üçün mövcud olan resurslar haqqında məlumat: şəxsi və ya icarəyə götürülmüş əsas vəsaitlər, xammal, maliyyə resursları, materiallar, imtiyazlar, mövcud olan kreditlər, alınma və ödənilmə müddəti qeyd edilməklə onların mənbələri.

Əlavə № 2


Forma № 1

Ərizə №__

(Təşkilat Komitəsi tərəfindən verilir)
Sosial təşəbbüslər” Müsabiqəsində iştirak etmək üçün ərizə


Yüklə 336,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin