Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 5,74 Kb.
tarix29.05.2018
ölçüsü5,74 Kb.
#51960

Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraqqərara alıram: 

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

Bağırov Emil Oqtay oğlu – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi

Əhmədzadə Emil Kinyaz oğlu – Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdi

Eminzadə Emin Xəzər oğlu – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi

Hacızadə Suada Elxan qızı – Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi

Hüseynov Orxan İsa oğlu – Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi

Hüseynzadə Lalə Natiq qızı – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi

Məcidov Elman Aydın oğlu – Hamburq Musiqi və Teatr Ali Məktəbinin tələbəsi

Omarlı Şükür Şəfi oğlu – Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdi

Quliyev Ağarəhim Vaqif oğlu – Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdi

Səmədli Soltan Bayram oğlu – Azərbaycan Milli Konservatoriyasının tələbəsi

 

İlham Əliyev



Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2016-cı il.
Yüklə 5,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin