Gəncə şəh., İ. Məmmədov küç. ev 105 Elmira Hacıyevaya



Yüklə 7,72 Kb.
tarix17.07.2018
ölçüsü7,72 Kb.
#57231
növüQaydalar

Gəncə şəh., İ.Məmmədov küç. ev 105

Elmira Hacıyevaya

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanladığınız oğlunuz Bəxtiyar Hacızadənin Azərbaycan Tibb Universitetinə köçürülməsi barədə ərizənizə baxılmışdır.

Bildiririk ki, qaydalara əsasən tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi məsələlərinə yay tətili dövründə baxılır. Müraciətinizə baxılması üçün B.Hacızadənin aşağıda qeyd olunan sənədlərini Səhiyyə Nazirliyinin “Kadrlar, elm və təhsil” şöbəsinə təqdim etməyiniz xahiş olunur:

-Şəxsiyyət vəsiqəsinin surəti;

-Xarici ölkədə yaşadığı ünvandan arayış;

-Təhsil aldığı müəssisəyə qəbul zamanı topladığı bal haqqında arayış;

-Təhsil aldığı müəssisədən akademik arayış (fənlər üzrə topladığı kreditləri və qiymətləri özündə əks etdirən sənəd);

-Təhsil aldığı müddətdə gediş –gəlişi təsdiq edən sənəd;

-Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda iştirak etdiyi halda topladığı bal və həmin ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq istiqamət üzrə minimal keçid balı barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından arayış.

Kadrlar, elm və təhsil



şöbəsinin müdiri K.Mehdiyeva
Yüklə 7,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin