Biz müharibə istəmirik. Səhnədə “Qələbə - 65” yazılmış plakat asılıb. Kitablardan ibarət sərgi təşkil olunub. Bir tərəfdə Böyük Vətən Müharibəsi Qəhrəmanlarının şəkillərindən ibarət sərgi düzəldilib. Həzin musiqi sədaları altında iki aparıcı səhnəyə dahil olurlar.
I aparıcı: Günlər ötüb vaxt dolandıqca çox şey unudulur, arxada qalır, toxum var ağac olur, ağac var qocalıb torpaqdan silinir, hadisə var yaddan çıxır, əhvalat var unudulur. Həyatımızda elə hadisələr, mübarizə-lər, sınaq, imtahan anları da baş verir ki, zaman-zaman o xatırlanır, uzaqlaşdıqca yaxınlaşır.