Böyük Vətən Müharibəsinin faşizm üzərində Qələbənin 65-illik yubileyi münasibətilə keçiriləcək tədbirlər.
İmperializmin ən mənhus qüvvəsi sayılan faşist işğalçıları dünyada birinci sosialist ölkəsinə qarşı xaincəsinə başladıqları bu müharibədə ucsuz-bucaqsız əraziləri zəbt etmək, ölkənin zəngin sərvətlərinə sahib olmaq, ölkədə yaşayan xalqları əsarət altına almaq iddiasında idilər.
Lakin bu ədalətsiz müharibədə haqq qələbə çaldı. Biz Böyük Vətən Müharibəsinin qanlı-qadalı illərindən uzaqlaşdıqca o günlərin qəhrəmanlıq salnaməsi daha əzəmətli, daha möhtəşəm görünür, sovet dövlətində birləşən xalqların bəşəriyyətə göstərdiyi misilsiz xidmət daha aydın hiss olunur. Bu qanlı müharibədə qazanılan qələbə insanlığı faşizm bəlasından xilas etdi.
Artıq o illərdən çox ötmüşdür, faşizm üzərində qələbədən 65-il keçir. Bu möhtəşəm qələbənin respublikamızda layiqli keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 1942-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi haqqında 23 iyun-2009-il tarixli sərəncamını əldə əsas tutaraq müxtəlif kütləvi tədbirlər təşkil edilir.
Belə tədbirlər Gəncə Şəhər Mərkəzləşmiş Kitabxana Sistemində də ardıcıl olaraq keçirilir. Mərkəzi Kitabxana və filiallarda Qələbənin 65 illiyinə həsr olunmuş kitab sərgiləri, şer gecələri, müharibə veteranları ilə görüşlər, xatirə gecələri və s. tədbirlər təşkil edilir.
Uşaq və yeniyetmələrdə müharibə ilə bağlı təsəvvür yaratmaq məqsədilə Mərkəzi Kitabxanada və bütün filiallarda Qələbənin 65-illik yubileyinə həsr edilmiş sərgilər təşkil olunmalıdır. Sərgidə kitab, qəzet və jurnal məqalələri ilə yanaşı Böyük Vətən Müharibəsi qəhrəmanlarının şəkilləri və müharibə dövrünə həsr olunmuş foto şəkillər də nümayiş oluna bilər. Sərginin yanında ədəbiyyat siyahısı qoymaq olar. Sərgi aşağıdakı başlıqlar altında təşkil oluna bilər. “Qələbə-65”,”Heç kim və heç nə unudulmur”, ”Azərbaycan Böyük Vətən Müharibəsi illərində”, “Düşmənin xam xəyalları”, “Rədd ol torpağımızdan” və s. Sərgidə görkəmli şəxsiyyətlərin müharibə haqqında söylədikləri fikirlərdən , sitatlardan istifadə etmək sərgini daha da məzmunlu və dolğun edər. Nümunələr veririk:
“Tarix bu gün də, gələcəkdə də bilməlidir ki, II Dünya Müharibəsində, Böyük Vətən Müharibəsində Azərbaycan Respublikasının fəaliyyəti, rolu çox böyük olmuşdur.
Dostları ilə paylaş: |