İlyas Əfəndiyevin həyat və yaradıcılığının
əsas tarixləri
1.1914-cü il may ayının 28-də - İlyas Məhəmməd oğlu Əfəndiyev Füzuli
şəhərində anadan olmuşdur.
2. 1930-cu ildə orta məktəbi bitirdikdən sonra şəhər orta məktəbində və
2-ci dərəcəli partiya məktəbində dil və ədəbiyyatdan dərs
demişdir.
3. 1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun
ədəbiyyat fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1938-ci ildə
qiyabi olaraq coğrafiya fakültəsini bitirmişdir.
4.1938-ci ilin axırlarında - Bakıya gələn İlyas Əfəndiyev «Yeni yol»,
«Kommunist» və «Ədəbiyyat qəzeti» redaksiyalarında
işləmişdir.
5.1938-ci ilin noyabr ayında - İlk mətbu əsəri «Buruqlar arasında»
Oçerki dərc olunmuşdur.
6.1939-cu ildə «Kənddən məktublar» adlı ilk kitabı Azərnəşr tərəfındən
nəşr edilmişdir.
7.(1939-cu il 26 yanvar) - «Berlində bir gecə» adlı ilk hekayəsi
«Ədəbiyyat qəzetində» çap olunmuşdur.
8.1940-cı il yanvar ayının 10-da - İlyas Əfəndiyev
Yazıçılar İttifaqına qəbul olunmuşdur.
Dostları ilə paylaş: |