Zəlimxanın elimizə, el sənətimizə böyük sevgisi və borc hissi onu heç kəslə qarşılaşdırıla bilməyən bir yüksəkliyə gətirmək ərəfəsindədir.
Zəlimxanın şeirlərində Vətən mövzusu mütləq ölçülərdə təsvir olunmur, ölçüsüzlüyə çevrilir.Onun nə şeir yazdığını, nə də xalq ədəbiyyatına oxşarsız vurğun olduğunu bilməsəydim də təkcə poeziyamızın gözəl təbliğatçısı kimi pərəstiş edərdim.
Zəlimxanın nəfəsi dəyən yerdə xeyir-bərəkət göyərməlidir. Çünki bütün vətənpərvər şairlər kimi o da qanı canına hopdurulmuş ana torpağın yetirdiyi oğullardan biridir.