Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodiki İşlərin Təşkili Şöbəsi. Sinəmdə türkün sazı, dilimdə dastan gəldim



Yüklə 228,42 Kb.
səhifə24/27
tarix03.01.2022
ölçüsü228,42 Kb.
#51590
1   ...   19   20   21   22   23   24   25   26   27
I aparıcı:
Zəlimxan Yaqubun Türkiyəyə həsr etdiyi şeirlərinin kökündə, qaynağında böyük sevgi, hədsiz sevinclə yanaşı, uzun illərin ayrılığının yaratdığı həsrət, kədər motivi açıq-aydın hiss edilir. Şair bu həsrətin, ağrı-acının uzanmaması üçün, XXI əsri Türk əsrinə çevirmək üçün bütün türk dünyasını daha sıx birliyə, daha möhkəm, daha sarsılmaz bütövlüyə səsləyir:

Ayaz nədir, şaxta nədir, bürkü nə,

Nə qorxudar haqq yolunda Türkü nə?

Birə düşsün düşmənlərin kürkünə,

Dəniz kimi dalğalan Türk, çalxan Türk

Döyüşən Türk, oyanan Türk, Qalxan Türk.



II aparıcı:

Şeirmizdə Qarabağ mövzusunda danışanda Xalq şairi Zəlimxan Yaqubu xatırlamamaq, onun bu mövzuda qələmə aldığı şeir və poemalarından söz açmamaq mümkün deyil. Hadisələrin lap başlanğıcında Zəlimxanın yurdu mübarizəyə, qələbəyə çağıran səsini eşidirk.

Baxma ki, yollarda duman var, toz var,

Qəlbimdə atəş var, dilimdə köz var.

Bu gün dodağımda tək bircə söz var

Qələbə!


Qələbə!

Ancaq Qələbə!

 

  Haqsızın gücü var, haqqın Allahı,



Allah yerdə qoymaz çəkilən ahı.

Bu gün millət üçün sözlərin şahı

Qələbə!

Qələbə!


Ancaq Qələbə!
deyən şair hər zaman xalqını qalib kimi görmək istəyir. Tökülən qanların, edilən haqsızlıqların qisqsını almağa çağırır.

I aparıcı:

Zəlimxan Yaqub üçün Vətən yalnız təbiət və ya coğrafiya deyil, eyni zamanda təbiətin və ya coğrafiyanın yetirdiyi milli mənəvi ruhdur ki, şair onun həmişə canlı, mübariz və  güclü olmasını arzu edir. Xüsusilə Vətənin, millətin başının üstünü təhlükələr alanda:


Düşmən bilir bu torpağın altı nədir, üstü nə,

Onunçün də od yağdırır gecə-gündüz üstünə.

Qurban olum dumanına, qurban olum tüstünə;

Qlınca dön, həqiqətim, qalxana dön qeyrətim,

Dur ayağa məmləkətim, qalx ayağa millətim!
Şuşa, Laçın, Xocalı qovrulur öz yağında,

Yetmiş yeddi yara var sinələrin dağında,

Vaqif, Şəmşir, Ələsgər düşmənin tapdağında;

Dağ yandırar intizarım, daş yandırar həsrətim,

Dur ayağa məmləkətim, qalx ayağa millətim!
Deyərək Vətən övladlarını birliyə, bərabərliyə, intiqama çağırır.

İndi sözü yenə də qonağımıza verək:

II aparıcı: indi isə sözü verək Mədəniyyət və Turizm idarəsinin baş məsləhətçisi Bəxtiyar Muradova.

I aparıcı Xalq şairi, görkəmli ictimai xadim Zəlimxan Yaqub özünün fitri istedadı, poetik, güclü yaddaşı, çoxcəhətli yaradıcılığı və ictimai fəaliyyəti ilə ümumxalq məhəbbəti qazanmışdır. Onun Azərbaycan ədəbiyyatı xəzinəsini zənginləşdirən orijinal, təravətli mənzum əsərləri milli müstəqilliyimizin əbədiyaşar poetik salnaməsidir.


Dünya mənim idi mən olmamışdan,

Bilirəm dünyaya mən nəyə gəldim,

Alnıma yazıldı sözün qisməti,

Dünyaya sözümü deməyə gəldim.


Əziz və sevimli şairimiz siz dünyaya sözünüzü deməyə gəldiniz. Sazınızla sözünüzlə qəlbləri oxşamağa, yaralara məlhəm olmağa gəldiniz. Ustad şairimizin 65 illik yubileyini təbrik edir, ona can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

Cəngi saz havası ilə bu sazlı-sözlü gecəmizi başa vururuq.









Yüklə 228,42 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin