Azərbaycan poeziyasının geniş səmasında bir ildırım çaxdı, bir Günəş parladı... Gur səsi, ətrafı bir anda nura qərq edən poetik enerjisi ilə şeiri geniş meydanlara, böyük auditoriyalara çıxardı... Və öz içinə qapılmış, fərdi hisslərin məhbusuna çevrilməkdə olan ədəbiyyatı dar sinələrin məhbəsindən qurtararaq minlərin, milyonların mənəvi istifadəsinə/verdi.Şairləri müxtəlif məktəblərə, cərəyanlara, hətta “dəstə”lərə bölməklə onların dəyərini müəyyənləşdirməyə öyrəşmiş ədəbi tənqid Zəlimxan Yaqub fenomeni/qarşısında mat qaldı.