Bu gün çox az adam tapıla bilər ki, milli tarixi mənin çağdaş müstə viyə gətirilməsi sahəsində Zəlimxanla müqayisə oluna bilsin.Zəlimxan Yaqub Dədə Şəmşirdən Dədə Qorquda doğru gedir. Gedir və geri qayıdanda artıq öz saldığı yolla – tarixlə müasirliyin vəhdəti ilə işıqlanan yeni/bir/yolla qayıdır.Zəlimxan Yaqubun yaradıcılığı elə bil ki, şeirlə yazılmış milli poeziya tarixidir.
Nəvaiyə görə, söz gövhər dəyərindədir, hər kəlmənin öz qiyməti (öz dirhəmi) var. Füzuliyə görə isə “söz – candır” və şeirin hər kəlməsi ilə könül candan, can isə cəfadan özünə yuva qurur. Zəlimxan Yaqub şeirin “can evi”nə dirhəmini yox, canını gətirib-gələn şairlərdəndir.