I aparıcı:
Sözü GDU-nun müəllimi Orucov Tahirə verək:
II aparıcı:
“Yanıq Kərəmi” saz havasını dinləyək:
I oxucu:
Bu dağ mənim öz dağımdı,
Mən bu dağın bulağıyam.
Çəmənində közə dönmüş,
Şölənənən bulağıyam.
Bu daş mənim öz daşımdı,
Öz tarixim, öz yaşımdı
Qaya məğrur qardaşımdı,
Onun səsi-sorağıyam.
II oxucu:
Bu yol mənim öz yolumdu,
O, tay bu tay sağ-solumdu.
Xəzər sinəm, Kür qolumdu,
Xan Arazın fərağıyam.
Deməsinlər gəldi-gedər,
Keçirmərəm ömrü hədəк
Öləndə də qəbrim qədər
Azərbaycan torpağıyam!
I aparıcı:
Müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı ədəbi hadisədir.
Azərbaycan xalqının zəngin şifahi və yazılı poetik irsinin həqiqi varisi olan Zəlimxan Yaqub bu tükənməz mənəvi xəzinədən bəhrələnməklə milli ədəbi aləmdə özünəməxsus cığır açdı. Zəlimxan Yaqub müasir Azərbaycan şeirinin korifeyi missiyasını şərəflə yerinə yetirir. O, həm də qədim saz sənətinin bilicisi, ustad aşıq kimi tanınır.
Zəlimxan Yaqubun şeirləri dünya ölkələrində milyon-milyon insanların qəlbinə bəşəri hisslər — sülh, əmin-amanlıq, dostluq duyğuları, həyat eşqi aşılayır.
I oxucu: Düz addımla doğru yolu, gəncliyim,
Geri durma, yağsa dolu, gəncliyim,
Uzun yaşa, dəli-dolu gəncliyim,
Dil nəğnəli, ürək sözlü, ürək şən,
Bu sevinci alma mənim əlimdən!
II oxucu:
Qarlı zirvə şöhrətimdi, tacımdı,
Dağ qardaşım, yaşıl yaylaq bacımdı,
Könlüm yenə yüksəklərdən bac umdu,
Çökən duman, enən bulut, gələn çən,
Bu sevinci alma mənim əlimdən!
I oxucu:
Qoy bəzənsin Bakım, Gəncəm, Borçalım,
Eşqi ilə saz götürüm, tar çalım,
Yazmaq üçün bir ömrü də borc alım,
Yavaş-yavaş saçlarıma düşən dən,
Bu sevinci alma mənim əlimdən!
II oxucu:
Bu dünyada söhbətim var, dəmim var,
Bu dünyada ömür adlı qəmim var,
Bu torpaqda biçilməmiş zəmim var,
Vaxtsız əcəl, yetişməmiş hələ dən,
Bu sevinci alma mənim əlimdən!
Dostları ilə paylaş: |