www.btal.edu.az
bababbababbababbababbababbaba
bababbababbababbababbababbaba
“Rəsul Rzanın söz dünyası”adlı ədəbi-bədii gecənin ssenarisi
Tədbiri Gəncə şəhər MKS-nin direktoru Əliyeva Elmira xanım açaraq işti-rakçıları salamladı: hörmətli tədbir iştirakçıları, bu gün ədəbiyyatımızın qud-rətli sənətkarlarından olan R.Rza poeziyasının işığına yığışmışıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin yanvar ayının 14-də Azər-baycan ədəbiyyatının inkişafı sahəsində təqdirəlayiq xid-mətlər göstərmiş xalq şairi Rəsul Rzanın 100 illik yubileyi-nin layiqincə keçirilməsini təmin et-mək məqsədilə Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan dili-nin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxaran Rəsul Rza yarım əsrə yaxın dövr ərzində yüksək dəyərli bədii nümu-nələr meydana gətirməklə yanaşı, Respublikamızın elmi-mədəni həyatında yaxından iştirak etmiş dol-ğun və sə-mərəli ictimai fəaliyyəti ilə tanınmışdır. R.Rza XX əsr Azərbaycan ədəbiyya-yatının görkəmli nümayəndələrin-dəndir. O, söz sə-nətimizə forma və məzmunca yenilik-lər gətirərək novator şair kimi geniş şöhrət qa-zanıb. Azərbaycan dilinin poe-tik potensia-lının yeni-yeni imkanlarını üzə çı-xaran R. Rza yarım əsrə yaxın dövr ərzinə yüksək, dəyərli bədii nümunələr meydana gətirməklə yanaşı,res publikamı-zın elmi-mədəni həyatında yaxın-dan iştirak edib, dolğun və səmərəli ictimai fəaliyyəti ilə ta-nınıb.Xalq şairi Rəsul Rzanın adı Azərbaycan Sovet poeziyası-nın yaranması, təşəkkülü və inkişafı ilə qırılmaz su-rətdə bağlıdır. Yarım əsrdən artıq şərəfli bir yaradıcılıq yolu keçmiş şair yüksək amal və ide-yalarla yaşamışdır. Azər-baycan xalq şairi R.Rzanın yaradıcılığı bu günkü və gələcək nəsillərimizin tərbiyəsində mühüm əhəmiyyəti olacaq, yaddaşlarda qalacaqdır.
Aparıcı: şıxış edir : GDU-nun müəllimi Əliyev Əlvan: Rəsul Rzanın poezi-yası özünün forma rəngarəngliyi ,fikir dərinliyi, xəlqiliyi, müa-sirliyi və mü-barizliyi ilə fərqlənmişdir. Bütün varlığı ilə doğma torpağa, öz xalqına,onun klassik ədəbiyyatına , zəngin şifahi xalq yaradıcılığına bağlı olan Rəsul Rza cəsarətli novator sənətkardır.Azərbaycan dilinin poetik po-tensialının yeni-yeni imkanlarını üzə çıxaran Rəsul Rza yarım əsrə yaxın dövr ərzində yüksək dəyərli bədii nümunələr meydana gətirməklə yanaşı, respublikamızın elmi-mədəni həyatında yaxından iştirak edib, dolğun və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır.
Aparıcı: “İnsaf da yaxşı şeydir” söz.R.Rza. mus.E.Sabitoğlu; ifa edir:
bababbababbababbababbababbaba
ababbababbababbababbababbaba
F.Əmirov adına 1 saylı musiqi məktəbinin şagirdi Məmmədov Zəlimxan
Aparıcı: çıxış üçün söz professor, folklorşünas, əmək-dar mədəniyyət və təhsil işçisi Sədnik Paşa Pirsultan-lıya verilir. Sədnik Paşa xalq şairi Rəsul Rza ilə bağlı xatirələrindən danışacaq.
Aparıcı: söz verilir Gəncə Dövlət dram teatrının aktyoru Həsənov Eçin.”Ayrılmayaq” şeri
Aparıcı: çıxış üçün söz verilir, 27 saylı məktəbin müəllimi Qarayeva Şahnaza: Rəsul İbrahim oğlu Rzayev 1910-cu ildə may ayının 19-da Azərbaycanın səfalı guşələrindən biri olan Göyçayda anadan olmuşdur. Körpəlikdən atasını itirmiş, şer-sənət həvəskarı dayısı Məmmədhüseyn Rzayevin atalıq qaygısı ilə böyümüş, ibtidai və orta təhsilini də orada almışdır. Rəsul Rzanın şair ruhunun mayasında ailə və ilk gənclik illərini keçirdiyi Göyçay mühiti silinməz izlər salmışdı. Sadə, aram, mənalı sözlərlə fərqlənən u şerlər insanı düşündürməyə köklənib. Bu şerlər xalqın düşünə bilən, düşünərkən hərəkət etməyə təlabatı olan təbəqəsinə ünvanlanıb.Onun ilk şeri 1927-ci ildə “Qığılcım” almanaxında Tiflisdə dərc olunmuş “Bu gün”
adlı şeridir. İlk şerlərindən Rəsul Rza müasirlik ruhu ilə seçilən lirik şair kimi diqqəti cəlb etmişdir. Şairin əsərləri “Qanadlar”, “Çinar”, “Dözüm”, “Duyğular, düşüncələr” və s. kitablarında toplanmışdır. Rəsul Rzanın “”Qızılgül olmayaydı” poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biridir.Şair sənətinin məqsədi xalqa, vətənə xidmətdə görərək ilk əbədi təcrübələrindən tutmuş son əsərlərinə kimi qələmini həmişə bu uğurda işlətmiş və biri birindən gözəl şərqilər, mahnılar, şerlər, poemalar, dastanlar yaratmışdır. Şair belə yazmışdır;
Hansı şerim, hansı sözüm,
Yaşayacaq məndən sonra,
Mən bilirəm, eldən soruş.
Aparıcı: “Əhdimizə inan yar”söz.R.Rza. mus.Ə.Tağıyev ifa edir: F.Əmirov adına 1 saylı musiqi məktəbinin müəllimi Amil Əliyev
Aparıcı: “Rəsul Rza poeziyamızın nadir simalarından biri olmaqla həm də sərbəst şerin bilavasitə yaradanıdır. Müasir Azərbaycan satirasının Inkişa-
fında Rəsul Rzanın xüsusi rolu vardır. Müasirləri kimi o da daima Sabirdən öyrəndiyini söyləmiş, yeni vəznli, yeni ruhlu və yeni şəkilli şeirlərində tez-tez Sabir mövzusuna müraciət etmişdir.Satiraların gücünə inanan şair ictimai
bababbababbababbababbababbaba
bababbababbababbababbababbaba
bəlaların aradan qaldırılmasını ümumxalq işi sayır və ancaq xeyirxah əməl vasitəsilə buna nail olmağın mümkünlüyünü bildirirdi.R. Rzanın “Öz-özümlə söhbət”, “Kitab üstündə yazılar”, “Poeziya, ağ nöyüt və sairə...”, “Tozanaq”, “Şikəstlər”, “İclas bəlası”, Şerin gücü”, “Ədatlar və insanlar”, “”Çeşid-çeşid insanlar”, “Sual-cavab”, “Qora ikən mövcud olmuşlar”, “Yaltaq”, “Dərdin gücü, yaxud bir növ şerir” və bir sıra digər satiralarında bunu aydın görmək mümkündür.
Aparıcı: söz verilir GDU-nun tələbəsi Ələkbərova Türkan:“Ayrılmayaq”şeri
Aparıcı: çıxış üçün söz verilir Gəncə Mədəniyyət və Turizm idarəsinin baş İnspektoru Bəxtiyar Muradova :Rəsul Rza Azərbaycanın tarixində nadir şəxslərdən biridir. Rəsul Rza ilk növbədə, aydın zəkası, olduqca aydın düşüncə tərzi, müxtəlif mövzularda mühakimələri ilə fərqlənirdi. Onun dərin düşüncəsini yönləndirən, nurlandıran gözəl, nəhayətsiz bir qəlbi vardı. Bu qəlb dünyaya, insana, vətənə məhəbbət tələbatı ilə köklənmişdi. Elə onun şeirlərinin sirri də bunda idi. Rəsul Rzanın qəlb aləmindən, iti zəkanın köməyi ilə süzüldüyü üçün xüsusi bir cazibəyə malikdir. Bu kəlmələrin özünün məxsusi bir energetikası var. Bu cazibə, bu energetika milli müstəqillik düşüncəmizin formalaşması üçün olduqca vacibdir.
Aparıcı: “Ala gözlü yar”söz.R.Rza. mus.S.Ələskərov ifa edir: F.Əmirov adına 1 saylı musiqi məktəbinin Rüstəmov Orxan
Aparıcı: Dünya poeziyasına yeni bir ahəng, yeni bir rəng gətirən bu qol öl-kədə milli oyanışı gücləndirməklə yanaşı, Azərbaycan poeziyasını sürətlə in-kişaf etdirib, bütün şairlərin yaradıcılığına bu və ya başqa dərəcədə təsir edib. Rəsul Rza böyük şəxsiyyət, böyük vətəndaş şair idi. Onun gənc nəslə qayğısı danılmazdı.Azərbaycan xalqının milli təfəkkürünün inkişafında bö-yük əməyi olan Ə.Kərim, Anar, F.Qoca, V.Səmədoğlu,İ.İsmayılzadə və on-larca başqa tanınmış şairlərimiz birbaşa onun məktəbinin yetirmələri, onun ideyalarının daşıyıcısıdırlar.
Aparıcı: söz verilir Gəncə Dövlət Dram teatrının aktyoru Əliyev Cavid ”Çinar” şeri
Aparıcı: söz verilir, Gəncəbasar Yazarlar birliyinin şairlərindən Xəzangülə:-Rəsul Rza yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşdi, po-eziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə
fəlsəfi yanaşma meylləri gücləndi.Biz şairin məşhur «Rənglər» silsiləsini də
məhz xalqın,vətənin,insanın dərdini,taleyini düşünən filosoflaşan bir sənət-karın yaradıcılıq axtarışının nəticəsi,poetik qələbəsi kimi qiymətləndirirk.
bababbababbababbababbababbaba
bababbababbababbababbababbaba
R.Rzanın "Rənglər"i ilk növbədə milli poetik hadisədir. Axı bu rənglərdə isti-fadə olunan duyğular mənzərəsi daha çox milli təfəkkürlə bağlı idi. Axı rəng-lərə məna vermək, "Rəsmdən fəlsəfəyə doğru hərəkət" Azərbaycan mifi, folk-lor və ədəbiyyatında önəmli dərəcədə öz əksini tapmışdır.Rəsul Rzada isə rənglər bir biçimdə deyil. Eyni rəng müxtəlif çalarlara malikdir.
"Rənglər"Azərbaycan şerindən dünyaya açılan ilk pəncərələrdən biri idi."Rənglər"siz Azərbaycan poeziyasının novatorluq mənzərəsini təsəvvür etmək qeyri - mümkündür
Aparıcı: “Üzüyümün qaşı firuzədəndir”söz.R.Rza. mus.T.Quliyev ifa edir: F.Əmirov adına 1 saylı musiqi məktəbinin şagirdi Rüstəmov Orxan
Aparıcı: R.Rza dünya şöhrəti qazanmış şairlərdəndir.Onun adı nəinki ölkə-mizdə,hətta onun sərhədlərindən çox uzaqlarda məş-hurdur.Nizami Gəncəvinin«Xosrov və Şirin», Esxilin «Zəncir-lənmiş Prometey» əsərlərini, V.Mayakovski-nin şer və po-emalarını, C.Q.Bayron, A.S,Puşkin, H. Heyne, T.Q.Şevçen-ko, A.Blok, Nazim Hikmət, habelə müasir Asiya və Afrika şairlərinin əsərlərini Azərbay-can dilinə çevirmişdir. Əsərləri bir sıra xarici dilə tərcümə edilmişdir.Bir çox şerlərinə musiqi bəstələnmişdir.
Aparıcı: “Rənglər” şeri ifa edir :Gəncə Dövlət dram teatrının aktyoru Hüseynova Samiyə
Aparıcı: Biz bu gün Rəsul Rza kimi insanlarımıza diqqəti artırmaqla Milli Müstəqilliyimizə diqqəti artırmış oluruq. Məhz buna görə də hörmətli Prezidentımiz İlham Əliyevin Rəsul Rzanın 100 illiyini təntənə ilə keçirməklə bağlı verdiyi sərəncam bir daha ölkəmizdə ədəbiyyata, söz sənətinə göstərilən diqqət və qayğının təzahürü kimi qəbul edilir.Rəsul Rzanın ədəbi–bədii irsinin zənginliği, onun ideyası həm öz dövrü,həm- də indiki zaman, hətta gələcək üçün müasirliyi ilə diqqəti cəlb edir, milli mə-dəniyyətimizin qədim və zəngin bədii söz sənəti ilə mənəviyyatımızı bir az da olsa qidalandırdıq.Bu işığıa gəlib iştirak etdiyinizə görə hər birinizə tə-şəkkürümüzü bildiririk. Azərbaycan xalq şairi R.Rzanın yaradıcılığı bu gün-kü və gələcək nəsillərimizin tərbiyəsində mühüm əhəmiyyəti olacaq, yad-daşlarda qalacaqdır.İnanırıq ki, bu tədbirdən sonra oxucuların kitabxanaya, kitablara marağı. həvəsi daha da artacaqdır. Rəsul Rza şəxsiyyəti, Rəsul Rza yaradıcılığı bizim düşüncə tariximizdə böyük rol oynayır, onun poeziyası yaşayır və illər keçdikcə də yaşayacaqdır.
Hörmətli tədbir iştirakçıları! Gecəmiz sona çatdı.Sizin hər birinizə gəlib bu tədbirdə iştirak etdiyinizə dərin təşəkkürümüzü bildiririk.
babababababababababababababab
bababbababbababbababbababbaba
Tədbirin keçirilməsinə kömək məqsədilə tövsiyyə əsdəbiyyat siyahisi əlavə olunur.
ƏDƏBİYYAT SİYAHISI
ƏSƏRLƏRİ
-
Rəsul Rza Seçilmiş əsərləri 4 c-də c.1- B.:-Azərnəşr. -1967.-520 s
-
Rəsul Rza Seçilmiş əsərləri 4 c-də c.2- B.:-Azərnəşr. - 1968.-526 s.
-
Rəsul Rza Seçilmiş əsərləri 4 c-də c.3 -B.: -Azərnəşr. -1969.-398 s.
-
Rəsul Rza Seçilmiş əsərləri. 4 c-də c.4 -B.:- Azərnəşr. – 1974.-524 s.
-
Rəsul Rza Seçilmiş əsərləri 5 c-də c.1-B.: Yazıçı , -1980.-386 s.
-
Rəsul Rza Seçilmiş əsərləri 5 c-də c.2- B.: -Yazıçı , -1980.-297 s.
-
Rəsul Rza Seçilmiş əsərləri 5 c-də c.3 -B.: - Yazıçı , 1981.-382 s.
-
Rəsul Rza Seçilmiş əsərləri 5 c-də c.4- B.:- Yazıçı , 1982.-328 s.
-
Rəsul Rza Seçilmiş əsərləri 5 c-də c.5-B.:- Yazıçı , 1983.-283 s.
-
Rəsul Rza Seçilmiş əsərləri 5 c-də c.1 -B.: Azərnəşr.-2002.-457 s.
-
Rəsul Rza Seçilmiş əsərləri 5 c-də c.2 -B.: Azərnəşr.-2002.-463 s.
-
Rəsul Rza Seçilmiş əsərləri 5 c-də c.3 -B.: Azərnəşr.-2002.- 433 s.
-
Rəsul Rza Seçilmiş əsərləri 5 c-də c.4 -B.: Azərnəşr.-2002.-458 s.
-
Rəsul Rza Seçilmiş əsərləri.5 c.də I c.- B.: Öndər Nəşriyyat,-2005.-304 s
-
Rəsul Rza Seçilmiş əsərləri 5 c-də c.2 -B.: Öndər Nəşriyyat,-2005.-320
-
Rəsul Rza Seçilmiş əsərləri. 5 c.də c.3 -B.: Öndər Nəşriyyat.-2005.-256s
-
Rəsul Rza Seçilmiş əsərləri. 5 c.də c.4- B.: Öndər Nəşriyyat.-2005.-336s
-
Rəsul Rza Seçilmiş əsərləri. V c. B.: Öndər Nəşriyyat.-2005.-264 s.
HAQQINDA
-
Abdullazadə A.”Od nə çəkdi2b.: Azərnəşr,1990.-208 s.
-
Adilov M.”Sənətkar və söz”B.:”Yazıçı”-1984.-184 s.
-
Azərbaycan Sovet Ensiklopediyası.B.:ASE-nin başnəşriyyatı.-1984.136
-
Azərbaycan Sovet ədəbiyyatı.-B.:-“Maarif”,1988.-445 s.
-
Cəfərov M. Sənət yollarında.-B.; Gənclik.- 1975.-219 s
-
Məmməd Cəfər. Seçilmiş əsərləri.- B.: Çinar-çap.- 2003.-80 s.
-
Əbilov İ. Xatirələr işığında.- B.: Yazıçı,- 1989.-160 s.
-
ƏlibəyovaG.Axtarışlar,kəşflər.-B.:Azərbaycan dövlət nəşriyyatı,- 1970
-
Əliyev X. İncəsənət tarixi-xarakterlər tarixidir.-B.: .Gənclik.-2004.
-
Əliyev X.Ocağın istisi.-B.:Gənclik,-2004.-104 s.
bababbababbababbababbababbaba
bababbababbababbababbababbaba
Rus dilində
-
R.Rza.Избранное произведения.в 2-х т-х.т 1.-Б.:Художественная литература.-с.82-399.
-
Rza.Избранное произведения.в 2-х т-х.т 2.-Б.:Художественная литература.-с.82-318.
-
Р.Рза.Человек идет.-Б.:Язычы.-с.146.
-
Əliyev.İ.R.Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı / İ.Əliyev // Xalq qəzeti. – 2010.-15 yanvar.-№10.-s.1.
-
Yusifli V.Bir daha “Rənglər” haqqında/V.Yusifli//Ədəbiyyat qəzeti.-2010.-16 aprel.-№.15.-s.1,3
-
Yusifli V.İnsanlığın keçdiyi yol /V.Yusifli//Kaspi.-2010.-15 aprel.№63.s.12
-
Həsənli A.Yeniliyin əbədi mücahidi...//525-ci qəzet.-2010.-1 aprel.№55.s.7
-
Maarif T.Bir kitabda üç avtoqrafın sevinci/T.Maarif//525-ci qəzet.-2010.-9 aprel.-№61.-s.7
-
Qəşəmoğlu Ə.R.Rza söz sənətimizə forma və məzmunca yeniliklər gətirən novator şair”//Yeni Azərbaycan.-2010.-9 fevral.-№.23.-s.11.
-
Paşayev Q.Tərifdən yuxarıda duran şair://Azərbaycan.-2009.-20 yanvar.-№.40.s.10.
-
Seyidov Ə.Mən ürəyəm döyünməsəm - ölərəm/Ə.Seyidov//Xalq qəzeti.2010.-25 aprel.-n88.-s.7
-
Talibov R.Gündoğar ölkəyə poetik münasibət./Xalq şairi r.Rzanın yaradıcılığında Yaponiya//Ədəbiyyat qəzeti.-2008.-19 sentyabr.-№.15.-s.1,3
-
Uvertura:”Rənglər”silsiləsindən//Yeni Azərbaycan.-2010.-24 aprel.-№71.-s.10
-
Şamil O.Poeziya qatarının Rəsul Rza dayanacağı /O.Şamil//Azadlıq.-2010.-2 aprel.-n.70.-s.15
b b
b
bababbababbababbababbababbaba
bababbababbababbababbababbaba
b b b
Tərtib edən : Abbasova İradə Metodiki işlərin
təşkili şöbəsinin müdiri
b b b
Rəsul Rzanın anadan olmasının 100 illiyi: Vəsaitdə Azərbaycan
poeziyasının görkəmli nümayəndəsi Azərbaycan xalq şairi R.Rza-
nın coşqun həyat və yaradıcılıq yolu və kitabxanalarda keçiriləcək
tədbirlərin keçirilmə qaydası göstərilir.Metodik vəsait / Tərt. edəni
İ.Abbasova, - Gəncə, 2010 s. 28.
b b b
Gəncə şəhər Mərkəzləşmiş Kitabxana Sistemi, 2010
Ünvan : Nizami Gəncəvi küç.81.
Tel: 56-32-02
www. Gencekitab. az
b b b
bababbababbababbababbababbaba
Dostları ilə paylaş: