Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika şöbəsi



Yüklə 130,39 Kb.
səhifə9/10
tarix03.01.2022
ölçüsü130,39 Kb.
#51355
1   2   3   4   5   6   7   8   9   10
I Məktəbli:

Quşlar, quşlar, a quşlar!

Qaranquşlar, a quşlar!

Cəh-cəh vurun burada,

Gah yerdə, gah yuvada.

Qonun bu tək budağa,

Çox getməyin uzağa.

II Məktəbli:

A quşlarım getməyin,

Məni qəngin etməyin.

Quşlar neçin gedirsiz?

Yoxsa ki, seyr edirsiz?

Quşlar uçdu əkildi,

Vay səsləri kəsildi .

Aparıcı:

Şair bərəkətli, bol nemətli Vətən torpağını hər şeydən uca tutur, onun gözəlliyini sadə dillə, lirik boyalarla qələmə alır.

Yaz şeirində baharın güllü-çiçəkli təravəti duyulur. Yazın ilıq nəfəsi ilə uşaq da, cavan da, qoca da gümrahlaşır. Bahar günəşdir, bahar həyat və bərəkətdir. Bu gözəlliyi şair poetik dillə belə tərənnüm edir:
I Məktəbli:

O gün ki, fəsli yaz olur,

Gecə gündüz taraz olur.

Havanın artır istisi,

Daha soyuqlar az olur.

Ərir dağın çölün qarı,

Axır dərələrə sarı.

II Məktəbli:

Gurultu ilə sel gələr,

Salar sədaya çayları.

Qaranquş ol zaman gələr,

Yenə tikər yuvasını,

Qonar yaşıl ağaclara,

Oxur gözəl havasını.

Aparıcı:
Abbas Səhhətin uşaqlar üçün yazdığı şeirlər XX əsr Azərbaycan uşaq ədəbiyyatının gözəl nümunələri kimi qiymətləndirilmişdir. İndi də məktəblilərin ifasında güllərin bəhsi şeirini dinləyək.

Qızılgül:

Mən şahıyam qönçələrin güllərin,

Ən gözəl istəklisi bülbüllərin.

Mən hamıdan yaxşı yaraşıqlıyam,

Sevməliyəm, ətrə bulaşıqlıyam.

Fəxr edirəm halətimə, həngimə

Qırmızı yarpaqlarıma, rəngimə

Bağı tutar ətri dəhanım mənim,

Eybi nədir varsa tikanım mənim?!

Ağ zanbaq:

Əldə mənim ağ qədəhim vardır,

Ağzınadək ətr ilə şərşardır.

Var arıdan ötrü qızıl tək tozum,

Boyda, buxunda da qəşəngəm özüm.

Gərçi uzundursa mənim yarpağım

Yoxdu yenə lovğalığım, azmağım.

Haf, kəpənək, xırda qarışqa yenə,

Gündə gələrlər,sığınarlar mənə

Şəbbu:

Gər yox isə sevməli rəngim mənim,

Şux deyildirsə həngim mənim,

Ətrim uzaqdan bürüyür aləmi,

Valehi heyran eləyir adəmi.

Xalq deyər çün hamı şəbbu mənə,

Fəxr üçün, əlbəttə yetər bu mənə

Mən üməralar bağının malıyam,

Güllər arasında tamaşalıyam.

Aparıcı:

Səhhət gözəl təmsillər müəllifi kimi də tanınır. Zəngin şifahi xalq ədəbiyyatından, müdrik xalq məsələləri, əfsanə və rəvayətlərindən, klassik Şərq şeiri ənənələrindən bəhrələnən A. Səhhət eyni zamanda böyük Rus təmsilçisi İ.A. Krılovun da təmsillərindən məharətlə istifadə edirdi. Şairin təmsilləri həm mövzu, həm də onun bədii baxımından daha həyati səciyyə daşıyır. İndi məktəblilərin ifasında “Sərçə və qırğı” təmsilini dinləyək:



I Məktəbli: Sərçəni bir qırğı edərkən şikar,

Bir tələyə oldu qəzadan düçar.

Cütçü görüb tutdu onu ol zaman.

Qırğı gəlib naləyə etdi fəğan,

Söylədi: “Rəhm yelə, qıl xilas,

İcz ilə səndən edirəm iltimas.

İstər idim ovlamağa sərçəni,

Sən niyə nahaq yerə tutdun məni?

Verməmişəm mən ki, xəsarət sənə

Sən də dəxi vermə əziyyər mənə.



II Məktəbli:

Cütçü baba böylə deyib qeyznak,

Eylədi ol qırğını ol dəm həlak.

Xalq ilə hər kəs necə rəftar edər,

Haqq onu ol dərdə giriftar edər,

Yaxşılığa yaxşı cəzalar alar,

Pisliyə həm dürlü əzalar alar.

Sən elə əxlaqını qıl xübtər,

Xülqi - həsən sahibi ol ey pəsər.

Aparıcı:
Səhhət dövrünün məşhur şəxsiyyətlərindən biri idi . Bir maarifçi kimi xalqı üçün xeyirli işlər görmüşdür. Bu istedadlı, insanpərvər şairin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır.

İndi də sözü MKS – direktoru Elmira xanıma veririk və bununla da tədbirimiz başa çatır.



Yüklə 130,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin