“Rəsul Rzanın söz dünyası”adlı ədəbi-bədii gecənin ssenarisi Tədbiri Gəncə şəhər MKS-nin direktoru Əliyeva Elmira xanım açaraq işti-rakçıları salamladı: hörmətli tədbir iştirakçıları, bu gün ədəbiyyatımızın qud-rətli sənətkarlarından olan R.Rza poeziyasının işığına yığışmışıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin yanvar ayının 14-də Azər-baycan ədəbiyyatının inkişafı sahəsində təqdirəlayiq xid-mətlər göstərmiş xalq şairi Rəsul Rzanın 100 illik yubileyi-nin layiqincə keçirilməsini təmin et-mək məqsədilə Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan dili-nin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxaran Rəsul Rza yarım əsrə yaxın dövr ərzində yüksək dəyərli bədii nümu-nələr meydana gətirməklə yanaşı, Respublikamızın elmi-mədəni həyatında yaxından iştirak etmiş dol-ğun və sə-mərəli ictimai fəaliyyəti ilə tanınmışdır. R.Rza XX əsr Azərbaycan ədəbiyya-yatının görkəmli nümayəndələrin-dəndir. O, söz sə-nətimizə forma və məzmunca yenilik-lər gətirərək novator şair kimi geniş şöhrət qa-zanıb. Azərbaycan dilinin poe-tik potensia-lının yeni-yeni imkanlarını üzə çı-xaran R. Rza yarım əsrə yaxın dövr ərzinə yüksək, dəyərli bədii nümunələr meydana gətirməklə yanaşı,res publikamı-zın elmi-mədəni həyatında yaxın-dan iştirak edib, dolğun və səmərəli ictimai fəaliyyəti ilə ta-nınıb.Xalq şairi Rəsul Rzanın adı Azərbaycan Sovet poeziyası-nın yaranması, təşəkkülü və inkişafı ilə qırılmaz su-rətdə bağlıdır. Yarım əsrdən artıq şərəfli bir yaradıcılıq yolu keçmiş şair yüksək amal və ide-yalarla yaşamışdır. Azər-baycan xalq şairi R.Rzanın yaradıcılığı bu günkü və gələcək nəsillərimizin tərbiyəsində mühüm əhəmiyyəti olacaq, yaddaşlarda qalacaqdır.