Aparıcı: söz verilir GDU-nun tələbəsi Ələkbərova Türkan:“Ayrılmayaq”şeri
Aparıcı: çıxış üçün söz verilir Gəncə Mədəniyyət və Turizm idarəsinin baş İnspektoru Bəxtiyar Muradova :Rəsul Rza Azərbaycanın tarixində nadir şəxslərdən biridir. Rəsul Rza ilk növbədə, aydın zəkası, olduqca aydın düşüncə tərzi, müxtəlif mövzularda mühakimələri ilə fərqlənirdi. Onun dərin düşüncəsini yönləndirən, nurlandıran gözəl, nəhayətsiz bir qəlbi vardı. Bu qəlb dünyaya, insana, vətənə məhəbbət tələbatı ilə köklənmişdi. Elə onun şeirlərinin sirri də bunda idi. Rəsul Rzanın qəlb aləmindən, iti zəkanın köməyi ilə süzüldüyü üçün xüsusi bir cazibəyə malikdir. Bu kəlmələrin özünün məxsusi bir energetikası var. Bu cazibə, bu energetika milli müstəqillik düşüncəmizin formalaşması üçün olduqca vacibdir.