Rəsul Rza uşaqlar üçün də yazmışdır«Balacaların şəkilli təbiət en-siklopediyası» seriyasından kitabçalar). Ədəbi-tənqidi və publisistik məqa-lələri oçerkləri var («Mənim fikrimcə» kitabı, 1967).
Nizami Gəncəvinin«Xosrov və Şirin», Esxilin «Zəncirlənmiş Prometey» əsərlərini, V.Mayakovskinin şer və poemalarını, Nekrasovun «Rus elində kimin günü xoş keçir» poemasını, H.Lonqfellonun «Hayavata haqqında mahnı» poemasını, C.Q.Bayron, A.S,Puşkin, H.Heyne, M.Y.Lermontov, T.Q.Şevçenko, Ş.Petöfi, A.Blok, Nazim Hikmət, P.Elüar, F.Qarsia Lorka, V.Nezval, habelə müasir Asiya və Afrika şairlərinin əsərlərini Azərbaycan dilinə çevirmişdir. Əsərləri bir sıra xarici dilə tərcümə edilmişdir. Bir çox şerlərinə musiqi bəstələnmişdir.
Azərbaycanda dünya poeziyası ilə ayaqlaşan, dünya poeziyasında yenilik-lər edən, eyni zamanda, olduqca xəlqi, xalqın maariflənməsində, mənəvi zənginləşməsində əlahiddə rol oynayan yeni bir istiqamət yaradıb. Dünya poeziyasına yeni bir ahəng, yeni bir rəng gətirən bu qol ölkədə milli oyanı-şı gücləndirməklə yanaşı,Azərbaycan poeziyasını sürətlə inkişaf etdirib, bütün şairlərin yaradıcılığına bu və ya başqa dərəcədə təsir edib.
Rəsul Rza böyük şəxsiyyət, böyük vətəndaş şair idi. Onun gənc nəslə qayğısı danılmazdı.Azərbaycan xalqının milli təfəkkürünün inkişafında böyük əməyi olan Ə.Kərim, Anar, F.Qoca, V.Səmədoğlu, İ.İsmayılzadə və onlarca başqa tanınmış şairlərimiz birbaşa onun məktəbinin yetirmələri, onun ideyalarının daşıyıcısıdırlar.
R.Rza dünya şöhrəti qazanmış şairlərdəndir.Onun adı nəinki ölkə-mizdə, hətta onun sərhədlərindən çox uzaqlarda məşhurdur.
Rəsul Rza şəxsiyyəti, Rəsul Rza yaradıcılığı bizim düşüncə tariximizdə bö-yük rol oynayır, onun poeziyası yaşayır və illər keçdikcə də yaşayacaqdır.
babababababababababababababab
babababababababababababababab
bb
b b Rəsul Rza haqqında bioqrafiq məlumat b b
bb
19 may 1910-cu il
|
Azərbaycan xalq şairi, dramaturq Rzayev Rəsul İbrahim oğlu (Rəsul Rza) 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur.
|
1926-1927 il
|
Tbilisidə Zaqafqaziya Kommunist Universitetinin korperasiya şöbəsində təhsil almışdır
|
1927-1937 illərdə
|
Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinema-toqrafiya İnstitutunda oxumuşdur
|
1927-37 illərdə
|
Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxumuşdur.
|
1930-1932cu illər
|
Əmək fəaliyyətinə müəllimliklə başlamış,həm də bədii yaradıcılıqla məşğul olmuşdur.Bakı kinostudyasında ssenari şöbəsində eyni zamanda fəhlə-gənclər məktə-bində işləmişdir. Onun lik şerləri də bu vaxtlar dövrü mətbuatda çap olunmuşdur.
|
1932-1936-cu illər
|
Sonra Moskvada Pedaqoji institutda təhsilini davam etdirmişdir.
|
1934-cu illər
|
Orada təhsil alarkən Bakıda ilk şerlər məcmuəsi çapdan çıxmışdır.
|
1934-cü ildən
|
Azərbaycan Yazıçılar Birliyinin üzvü
|
1937-1939-cu illər
|
Uşaqgəncnəşrdə bədii ədəbiyyat şöbəsində redaktor işləmişdir.
|
1937-1938 il
|
«Gənc işçi» qəzeti redaksiyasında tərjüməçi, Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi
|
1938 il
|
Azərbaycan Dövlət Filarmoniyasının müdiri
|
1938-1939 il
|
Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri
|
1939 il
|
Rəsul Rza Azərbaycan Yazıçıları İttifaqının sədri
|
1943 il
|
Azərbaycan əməkdar incəsənət xadimi
|
1944-1946 il
|
Kinematoqrafiya idarəsində rəis
|
1945-48
|
Azərbaycan Kinematoqrafiya naziri
|
1951 il
|
SSRİ Dövlət mükafatı laureatı
|
1945 il
|
Azərbaycan Ali Sovetinin deputatı, Azərbaycanın Əməkdar İncəsənət xadimi
|
1945-48 illər
|
Azərbaycan Kinematoqrafiya naziri
|
1951 il
|
SSRİ Dövlət mükafatı laureatı
|
1960 il
|
Azərbaycan xalq şairi adına layiq görülmüşdür
|
1960-81il
|
Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri
|
1966-75 il
|
Azərbaycan Ensiklopediyasının baş redaktoru
|
1966-75 il
|
Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri
|
1964 ildən
|
SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü
|
1980 il
|
Azərbaycan şairi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı
|
1981-ci ildə
aprelin 1-də
|
Şair. Ssenari müəllifi. Əsər müəllifi. Mahnı mətnlərinin müəllifi. Şeir müəllifi. Filmlərdə və arxiv kadrlarda iştirak edən R.Rza Bakıda vəfat etmişdir.
|
«Novosti» Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı seçilmişdir.Azərbaycan şairi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan əməkdar incəsənət xadim, SSRİ Dövlət mükafatı laureatı adlarına layiq görülmüşdür. Xidmətlərinə görə “Şərəf nişanı “ ordeni və medallarla təltif olunmuşdur.
|
|
Dostları ilə paylaş: |