Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodiki İşlərin Təşkili şöbəsi



Yüklə 221,89 Kb.
səhifə3/25
tarix07.01.2022
ölçüsü221,89 Kb.
#82699
1   2   3   4   5   6   7   8   9   ...   25
60-cı illərdə Rəsul Rza, yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşdi, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meylləri gücləndi «Şerlər» , «Pəncərə-mə düşən işıq» , «Duyğular, düşüncələr» , «Dözüm» şer kitabları. «Qızıl gül olmayaydı» , «Bir gün də insan ömrüdür», «Xalq həkimi» poemalrında insanpərvərlik ideyaları əks olunmuşdur.Biz şairin məşhur «Rənglər» sil-siləsini də məhz xalqın,vətənin,insanın dərdini,taleyini düşünən filosofla-şan bir sənətkarın yaradıcılıq axtarışının nəticəsi,poetik qələbəsi kimi qiy-mətləndirirk. R.Rzanın "Rənglər"i ilk növbədə milli poetik hadisədir. Axı bu rənglərdə istifadə olunan duyğular mənzərəsi daha çox milli təfəkkürlə bağlı idi. Axı rənglərə məna vermək, "Rəsmdən fəlsəfəyə doğru hərəkət" Azərbaycan mifi, folklor və ədəbiyyatında önəmli dərəcədə öz əksini tap-mışdır.Rəsul Rzada isə rənglər bir biçimdə deyil. Eyni rəng müxtəlif çalarlara malikdir. Məsələn, sarı rəngi götürək:
Dolu dənli sünbül dənizi.
Şikəst bir övlad anasının bənizi,

babababababababababababababab


babababababababababababababab
Payıza bürünmüş ağaclar
Payını güclülər yemiş aclar.

Rəsul Rzanın "Rənglər" silsiləsi ilə çağdaş Azərbaycan şerində novatorluq

meylləri daha da gücləndi.. "Rənglər"Azərbaycan şerindən dünyaya açılan ilk pəncərələrdən biri idi."Rənglər"siz Azərbaycan poeziyasının novator-

luq mənzərəsini təsəvvür etmək qeyri- mümkündür.

Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının ( «Dünən,bu gün, sabah» , «Güneylər, quzeylər», «Üzü küləyə» kitabları) əsas mövzusudur.

Cənubi Azərbaycan mövzusu R.Rza poeziyasının baş motivlərindən biri -dir.Onun “Təbrizli dostuma “, “Ərk qalası”,”Təbrizin yolları,”Ayrılmayaq ” və digər əsərlərində cənublu qardaşlarına hüsn - rəğbəti, istismarçı təbəqələrə kin və nifrəti ifadə edilmişdir.
Ağ dəvə düzdə qaldı,

Ovsarı bizdə qaldı,

Neçə arzum həsrətim,

Dərdli Təbrizdə qaldı.

R.Rza poeziyamızın nadir simalarından biri olmaqla həm də sərbəst şerin bilavasitə yaradanıdır.Müasir Azərbaycan satirasının inkişafında Rəsul Rzanın da xüsusi rolu vardır. Müasirləri kimi o da daima Sabirdən

öyrəndiyini söyləmiş, yeni vəznli, yeni ruhlu və yeni şəkilli şeirlərin-də tez-tez Sabir mövzularına müraciət etmişdir. Bundan başqa, şairin ək-sər satirik şeirləri Sabirdə olduğu tərzdə müxtəlif xalq mahnıları, yaxud özündən əvvəl xalq arasında çox məşhur olan şeirlərə nəzirələr şəklində yazılmış, həm də ayrı-ayrı xalq kəlamları, folklor janrları üzərində qurul-muşdur. Onun əsərlərində həll edilən mövzulara fəal sənətkar müdaxiləsi vardır. R. Rza o tipli satirik şairlərdən hesab oluna bilər ki, onda mövzu məhdudluğu yoxdur. O hər şeyi, hər bir hadisə və faktı asanlıqla poeziya materialına çevirə bilir. R.Rzanın tənqid hədəfləri qorxaqlar, yaltaq və iki-üzlülər,sözbaz və yerlibazlar, mənsəbpərəstlər və xalq malını talayanlardır. Şair bu tipləri bütün kəskinliyi ilə axıradək döyəcləyib ifşa edir. Özu də belə halda, o nəsihətamiz, didaktik tənqid yolunu seçmir, Sabir, M.Cəlil yolu ilə gedir.

Şair mövzularını müasir həyatdan götürür, antibəşəri duyğuların, xəbislik, xudbinlik, tamahkarlıq, yalan kimi pis niyyətlərin islahını vacib məqsəd bilirdi. Elə buna görə də, o bəzən ezop dilinə istinad edirdi. Satira-
babababababababababababababab

babababababababababababababab

nın gücünə inanan şair ictimai bəlaların aradan qaldırılmasını ümumxalq işi sayır və ancaq xeyirxah əməl vasitəsi ilə buna nail olmağın mümkün-lüyünü bildirirdi.

R.Rzanın “Öz-özümlə söhbət”, “Kitab üstündə yazılar”, “Poeziya, ağ

nöyüt və sairə...”,“Tozanaq”,“Şikəstlər”,“İclas bəlası”,“Şerin gücü”, “Ədatlar və insanlar", “Çeşid-çeşid insan-lar”, “Sual-cavab”, “Qora ikən mövüc olmuşlar”, “Yaltaq”, “Dərdin gücü, yaxud bir növ şeir” və bir sıra digər əsərlərində bunu aydın görmək mümükündür.

R.Rza XX əsr Azərbaycan satirasının ənənələrindən məharətlə bəhrə-lənir, klassik satirik sənətkarlığın bədii yaradıcılıq üsullarını mənimsəməyi diqqətəlayiq vəzifə sayırdı.Şair həmin problemlər sırasında müasir Azər-baycan kəndinin sosial-iqtisadi vəziyyəti, kənd məktəbləri və yollarının halı, qəzet və jurnalların nəşri məsələləri, qiraətxanələrin dözülməz vəziy-yətini və s. göstərir, eyni zamanda klassik ustalığa, daha doğrusu, Sabirin yaradıcılıq təcrübəsinə arxalanaraq tam yeni mövzulu və məzmunlu şeir nümunəsi təqdim edirdi.

R.Rzanın “Ala qanqallar” satirası hələ 1946-cı ildə yazılmışdır. Sərbəst şəkildə qələmə alınmış bu satirada vəzifələrindən sui-istifadə edənlər, sovet idarələrində dostbazlıqla gün sürənlər, “hamam suyu” ilə özlərinə dost tutanlar ifşa edilirlər. ”Gözlər" şeiri də lirik–satirik plandadır.Bu əsər-də müəllif rənginə görə gözlərə qiymət verir, onları mənalandırır, insanı yoldan azdırmasını təsvir edir.


Yüklə 221,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin