Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodiki İşlərin Təşkili şöbəsi



Yüklə 115,34 Kb.
səhifə1/13
tarix07.01.2022
ölçüsü115,34 Kb.
#82899
  1   2   3   4   5   6   7   8   9   ...   13

Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodiki İşlərin Təşkili şöbəsi



Nə qədər dünyada sevən ürək var

mənim ürəyimdir, mənim ürəyim.

(Xalq şairi Nəbi Xəzrinin 90 illik yubileyi ilə bağlı

metodik vəsait)
Gəncə - 2014



SSRİ Dövlət Mükafatı Şöhrət Ordeni



İstiqlal ordeni

Xəzri (Nəbi Ələkbər oğlu Babayev) 1924 -cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri II ci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, Azərbaycan Dövlət Universtitetində, Leninqrad Dövlət Universitetində, Maksim Qorki adına Ədəbiyyat İnstitunda ali təhsil almışdır. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə "Xəzri" təxəllüsü götürmüşdür.Təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazışılar İttifaqında məsləhətçi, sonra isə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. O, Azərbaycan Yazıçılar İttifaqının katibi, Azərbaycan dövlət Televiziya və Radio Verlişləri Komitəsi sədrinin, 1971-1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləmişdir. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olmuşdur.

Nəbi Xəzri 2007-ci ilin yanvar ayının 15-də səhər saat 10:45-də kəskin işemik insultdan vəfat etmiş və 16 yanvar tarixində 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.

Nəbi Xəzrinin yaradıcılığı müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Şairin müasirlərimizin, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən, lirik-epik lövhələrlə zəngin poemaları özünün dərin lirizmi, emosionallığı, orijinal üslubu və obrazlılığı ilə seçilir. Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr vermişdir. Şairin poetik yaradıcılığında azərbaycançılıqla yanaşı, bəşərilik də mühüm yer tutur. Nəbi Xəzri ana torpağa bütün varlığı ilə bağlıdır. Bu bioloji bağlılıqda insana xas olan ən saf duyğular durur. Onlardan biri də Vətəni sevməkdir, vətənpərlik- dir. Vətənpərvərlik isə üstündə həyata gəldiyin, ayaq tutub yeridiyin, ilk dəfə gözünü açarkən baxdığın, qidalandığın, gözəlliyindən zövq aldığın, Insanları ilə birgə yaşayıb-yaratdığın dünyadır. Həyat vətənpərvərsiz, vətənpərvərlik isə həyatsız ola bilməz.

Bu baxımdan da Nəbi Xəzri vətənpərvərliyi özünə həyat meyarı kimi, insanların daxili aləminin özəyi kimi götürmüşdür.

N. Xəzri şerinin iki misrasında onun vətənpərvərliyinin canı, qanı, döyünən ürəyi, dərin düşüncəsi cəmləşmişdir.


....Şair Nəbi son nəfəsdə

Bu torpağı qucub gedər!


Bu iki misra şairin torpaq qədri bilməsinə, ona minnətdar olmasına və son nəfəsində ana torpağı bağrına basacağına, qucacağına şair sözü verir.

Poeziyasının dilinə xas olan şeriyyət, rəvanlıq və axıcılıq Nəbi Xəzri şeirlərinə bəstəkarların müraciət etmələri üçün zəmin yaratmışdır. Xalqımızın tanınmış sənət ustalarının repertuarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olmuşdur.

Nəbi Xəzrinin 30-a yaxın şeirlər kitabı və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun şeir və poemaları bolqar, çex, türk və s. dillərə tərcümə edilmişdir. Şairin bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə etmişdir. M. Lermantov, D. Qurabenşvili, A. Tvardovski, A. Prokofyev, Ə. Şükuhi və başqa şairlərin bir sıra seirlərini Azərbaycan dilinə tərcümə etmişdir. Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş, müəllifinə dramaturq kimi də şöhrət qazandırmışdır. Onun ilk dram əsəri olan “Sən yanmasan” Azərbaycan Dövlət Akademik Dram teatrında 1972 ci ildə tamaşaya qoyulmuşdur.

Xalq şairi N. Xəzri “Təmiz ürək”, “Sən laylay deyəndə”, “Qara dəniz nəğməsi”, “Günəşdə ləkə”, “Təbəssüm və göz yaşları”, “Şairin faciəsi”, “Sumqayıt səhifələri”, “Kiçik təpə” adlı poemaların müəllifidir.

Nəbi Xəzri ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş bütün vəzifələrdə xalqımızın mədəniyyəti, tutduğu inkişafı, milli sənət nümunələrinin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməmişdir. O, otuz ildən artıq Azərbaycan ədəbiyyatı və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq xidmətlər göstərmişdir.

Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə layiq görülmüşdür.




Yüklə 115,34 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin