I Oxucu:
Qarlı bir zirvə olsan,
Ağ buludun olaram.
Dərin xəyala dalsan,
Mən sükutun olaram.
Aparıcı:
Qonaqlardan birinə söz verək.
Aparıcı:
Şairin sözlərinə bəstələnmiş “Mavidir” mahnısını dinləyək .
Oxuyur Elmira Rəhimova, musiqisi Emin Sabitoğlunundur.
I Oxucu: (Dəniz, göy, məhəbbət)
Dənizi hədiyyə verərəm sənə...
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
Mən isə...göyləri verirəm,- dedin...
Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.
II Oxucu: İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən,
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbimin sahillərinə,
yazaram dəniz kimi,
“Sevirəm söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.
Aparıcı:
Azərbaycan teatr sənətinin inkişafında Nəbi Xəzri dramaturq kimi fəal iştirak etmişdi O, bir sıra maraqlı tamaşaların müəllifi olub. Milli teatrın səhnəsində uğurla oynanılmış “Torpağa sancılan qılınc”, “Əks səda”, “Mirzə Şəfi Vazeh”, “Mənsiz dünya”, “Gecə döyülən qapılar”, “Burla xatun” və digər səhnə əsərləri tamaşaçıların dərin rəğbətini qazanmışdır.
Xalq şairi Nəbi Xəzi lirik şairdir.Lirika onun şerinin canıdır, ruhudur. Şairin lirikasını məhəbbətsiz təsəvvür etmək mümkün deyil. Onun tərənnüm etdiyi insan sevən insandır, məhəbbətsiz insan daxilən boşdur, mənasızdır. Nəbinin lirik qəhrəmanının məhəbbəti sadəcə aşiq-məşuq məhəbbəti deyil, yüksək insani hisslərlə bu sevgi vətən məhəbbətinə, təbiət vurğunluğuna, ümumən humanizm ideyalarına çevrilir.
Dostları ilə paylaş: |