Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi



Yüklə 239,75 Kb.
səhifə1/3
tarix01.06.2018
ölçüsü239,75 Kb.
#52328
növüYazı
  1   2   3

Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodiki İşlərin Təşkili Şöbəsi







Adları tarixə yazılan oğullar

Azərbaycanın Milli Qəhrəmanlarına aid

(metodik vəsait)

Gəncə - 2013
Biz fəxr etməliyik ki, Azərbaycan xalqının milli mənliyini qorumaq üçün öz canından keçməyə hazır olan övladları var.
Heydər Əliyev Ümummilli lider
Ön söz
Bu vəsaiti hazırlamaqda məqsəd Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlər göstərən Azərbaycanın Milli Qəhrəmanlarını xalqa bir daha tanıtmaq, onların həyatı, göstərdiyi rəşadət və igidliklərlə gənclərimizi tanış etməkdən ibarətdir. Çünki bu qəhrəmanların hər birinin həyatı gənclərimiz üçün bir örnək, bir mübarizlik yoludur. İstəyimiz odur ki, gənclərimiz bu Qəhrəmanlar kimi daim Vətəni sevsınlər, vətənpərvər olsunlar.

Kitabxana işçiləri isə müntəzəm olaraq Milli Qəhrəman-

lar haqqında müxtəlif səpgidə tədbirlər hazırlayaraq oxucu-

lara təqdim etməlidirlər.




Azərbaycan Respublikasının Dövlət Himn

Sözləri: Əhməd Cavadın

Musiqisi: Üzeyir Hacıbəyovundur.

Azərbaycan, Azərbaycan!

Ey Qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə min bir məhəbbət

Sinəndə tutmuş məkan.
Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən, Şanlı Vətən!

Azərbaycan, Azərbaycan!

Şəhidlərimizin qanı ilə suvarılmış

torpaqlarımız.

1991- 26 dekabr. Xankəndi (sahəsi 926 kv-km)

1992 - 26 fevral. Xocalı (sahəsi 970 kv-km)

1992 - 8 may. Şuşa (289 kv- km_

1992 – 18 may. Laçın (875 kv-km)

1992 - 2 oktyabr. Xocavənd (1458 kv-km)

1993 – 4 aprel. Kəlbəcər (1936 kv-km)

1993 - 7 iyul. Ağdərə (700 kv-km)

1993 – 23 iyul. Ağdam (1094 kv-km)

1993 – 23 avqust. Cəbrayıl (1050 kv-km)

1993 – 23 avqust. Füzuli (1112 kv km)

1993 – 31 avqust. Qubadlı (826 kv-km)

1993 – 29 oktyabr. Zəngilan (707 kv-km)

Savaşın ən üstünü ulu tanrı yolunda könüllü

surətdə döyüşə atılan adamın savaşıdır.

Məhəmməd Peyğəmbər.
və etnik təmizləmə siyasəti daha da amansız şəkildə davam etdirilib.

Üçüncü Vətən oğlu iki əsrdən artıqdır ki, Rus imperiyasının ağuşuna atılmış erməni-daşnak faşistləri varlığımıza qənim kəsilmiş, yaşamaq haqqımızı belə əlimizdən almağa çalışmışlar.

Bizi – Azərbaycan türklərini erməni vəhşətinin günahsız qurbanlarına çevirmişlər. Rus imperiyasının himayəsi və havadarlığı altında misli görünməmiş qəddarlıqlarla etnik təmizləmə siyasəti aparır, qətliamlar törədir, ulu əcdadlarımızın min illər boyu uyuduqları tarixi etnik torpaqlarımızı zəpt edirlər.

Erməni quldurları müxtəlif mərhələlərdə Azərbaycanlıların qətliamına fərman verib.

Birinci mərhələ - 1905 ci illərdə həyata keçirilib. Ermənilər XX- ci əsrin, həm də dünyanın ilk soyqırım faciəsini törətdilər, qana batdıqca daha çox qana susadılar.

Azərbaycanlıların ikinci qətliamı 1918-1920-ci illərdə soyqırım mərhələ 1948-1953 illəri əhatə edib. Bu illərdə isə Ermənistan cinəyətkarcasına SSRİ ərazisindən Azərbaycan türklərinin deportasiyasını həyata keçiriblər.

1988-1991ci illərdə isə son olaraq daşnak terror qruplarının təzyiqləri, təxribatları və sui-qəsdləri ilə Azərbaycan türkləri etnik torpaqlarından qərbi Azərbaycandan son nəfərədək çıxardılıb, yurd-yuvasından didərgin salınıb.

Bütün bunlarla kifayətlənməyən erməni faşistləri günü bu gün də torpaqlarımızı qəsb etmək, qətliam siyasətlərini həyata keçirməkdə davam edirlər.

1994 cü ilin may ayının 12- dən atəşkəs əldə olunmasına baxmayaraq Azərbaycanın ürəyi olan Qarabağı işğal altında saxlayaraq övladlarımıza qənim kəsiliblər.

1988-1991 ci illər ərzində Azərbaycan vətəndaşlarında olan adi ov silahları belə onların əllərindən alınmışdı. Sadə vətəndaşların təhlükəsizliyinin təminatı üçün heç bir addım atılmamışdı.Lakin bütün bunlara baxmayaraq ürəkləri Vətən sevgisi ilə döyünən Azərbaycan övladları ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün döyüşlərə atıldılar.

Qəhrəmanlıq elə bir məhfumdur ki, bəlkə də onu etməyin hər hansı bir forma və mexanizmi yoxdur, o, tarixi şərait yetişəndə üzə çıxır. İnsanın xoşbəxtliyi müxtəlif meyarlarla ölçülə bilər. Ancaq Vətən uğrunda ölmək ən böyük xoşbəxtlikdir. Elə bir xoşbəxtlikdir ki, o hər kəsə nəsib olmur, hər kəsin qismətinə düşmür.

Çox təssüf ki, bu qəhrəmanların böyük əksəriyyəti bu gün bizimlə deyil. Onlar namərd gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmış, tanrı dərgahına qovuşmuşlar.

Ancan onların əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Onların qəhrəmanlığı Azərbaycan gənclərinə örnək olmaqla yanaşı, gələcək nəslin formalaşmasında böyük rol oynayacaq.

Deməli bu insanlar ölümləri ilə də xalqına xidmət göstərənlərdir.

Müstəqil Azərbaycan Respublikasının 281 Milli Qəhrəmanı var. Bu vəsaitdə onlardan bir neçəsinin həyatı və qəhrəmanlığı haqqında ətraflı məlumat verəcəyik.







Əzizlərim, şəhidlərim,

Boyunuza qurban olum.

Qan naxışlı yerinizə,

Göyünüzə qurban olum.

Atakişiyev Aslan Qabil oğlu
1953-cü il avqustun 16-da Qubadlı rayonunun Muradxanlı kəndində anadan olmuşdur. 1960-cı ildə burada birinci sinifə getmiş, 1970 ci ildə məktəbi bitirmişdir. 1972-1974 cü illərdə hərbi xidmətdə olmuşdur. 1977 ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1981 ci ildə təhsilini başa vuraraq Qubadlı rayonunun Muradxanlı kənd orta məktəbində müəllim işləməyə başlamışdır. Erməni quldurlarının doğma torpaqlarımızda törətdikləri vəhşilikləri görən Aslanın qəlbi intiqam hissi ilə alovlanmışdır.

1992 ci ildə o, Milli Ordu sıralarına yazılaraq leytenant rütbəsi ilə komandir müavini təyin olunmuşdur. Aslan Atakişiyev Laçın rayonu, Mazutlu, Səfiyan, Türklər, Suarası kəndləri uğrunda gedən döyüşdə düşmənə əsir düşməmək üçün son gülləsini öz ürəyinə sıxaraq vətən uğrunda həlak olmuşdur. Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Evli idi. Üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Atakişiyev Aslan Qabil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür








Torpaq müqəddəsdir, torpaq müqəddəs,

Gərək yadımızdan çıxmasın bu dərs.

O, ürək kimidir satıla bilməz,

Vətəndi, atadı, anadı torpaq.

Bağırov Allahverdi Teymur oğlu.
22 aprel 1946 cı ildə 1 saylı Ağdam şəhər orta məktəbini bitirən Allahverdi “Qarabağ” futbol klubunda məşqçi kimi fəaliyyət göstərmişdir.

1988 ci ildə Dağlıq Qarabağda ermənilərin törətdiklə-

ri cinayətlərə dözməyərək Xalq hərəkatına qoşulmuşdur.

1990-ci il 20-Yanvar hadisələrindən sonra A. Bağırov kö-nüllülərdən ibarət batalyon yaratmışdır. 1992 ci ildə Allahverdi ən həyəcanlı, ən narahat günlərini yaşayırdı. Mühasirədə olan kəndlərə kömək etmək, dinc əhaliyə ərzaq çatdırmaq, onların təhlükəsizliyini təmin etmək çətin olsa da, o, bütün gücü ilə buna müvəffəq olmağa çalışmışdır. Xocalı faciəsi zamanı o, bir çox soydaşlarımızı xilas etmişdir. 1992 ci ilin iyun ayının 12-də başçılıq etdiyi batalyonun səyi nəticəsində Aranzəmin, Naxçivanik, Dəhraz, Mirkənd, Pircamal kəndləri düşməndən azad edilmişdir.Vətənimizin bu cəsur övladı gözətçi məntəqəsini yoxlayıb geri dönən zaman sürücü ilə birlikdə minaya düşərək həlak olmuşdur.

Ailəli idi. Bir oğlu, iki qızı var.

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı Fərmanı ilə Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.










Dərdimi necə deyim,vallah deyə bilmirəm,

Mən necə üsyan edim yerə, göyə bilmirəm,

Başıma qara salıb, qara geyə bilmirəm,

Bu şəhid balaların ölən çağı deyildi.


Əmirov Faiq İsfəndiyar oğlu.
22 iyun 1975-ci ildə Zaqatala rayonunun Bəhmədli kəndində anadan olmuşdur.

1992-ci ildə doğma kəndində orta məktəbi bitirmişdir.

1993-cü ildə orduya çağırılmışdır. O, Füzuli, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

17 mart 1995 ci ildə ci ildə dövlət çevrilişinə cəhdin qarşısının alınmasında Faiqin xidmət etdiyi batalyon da iştirak etmişdir. Həmin vaxt Faiq qəhrəmancasına həlak olmuşdur. Bəhmədli kənd qəbristanında dəfn olunmuşdur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4-aprel 1995 ci il tarixli 307 saylı Fərmanı ilə Əmirov Faiq İsfəndiyar oğlu ölümündən sonra“Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Zaqatala şəhərindəki küçələrdən biri onun adını daşıyır.




Şəhidlər cənnət əhil, şəhidi yoxlamazlar Şəhidlər ölməzdir, ölməzi ağlamazlar.





Torpaqdan insana nemət gərəkdir,

O da möcüzədir heyrət gərəkdir,

Torpağı sevməyə qeyrət gərəkdir,

Bu qeyrət uğrunda ölməyə dəyər!

Əsgərova Gültəkin Məlik qızı.
20 noyabr 1960-cı ildə Bakı şəhərində doğulmuşdur. 1978 - cu ildə Nərimanov rayonundakı 200 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1983-cü ildə Azərbaycan dövlət Tibb Unuversitetinə daxil olmuş, 1989 cu ildə təhsilini başa vurmuşdur.

Gültəkin 1992-ci il aprel ayının 4-də könüllü olaraq cəbhəyə yollanmışdır. Əvvəlcə Turşsuda, sonra Şuşa, Laçın və Qubadlıda gedən döyüşlərdə iştirak etmişdir.

Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Arazzəmin-

Naxçivanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən şəhid olmuşdur.

Bakı şəhərinin şəhidlər xiyabanında dəfn olunmuşdur

Ailəli idi . Bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993 cü il tarixli 31 saylı Fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.Təhsil aldığı 200 saylı orta məktəbə Milli Qəhrəmanın adı verilmişdir, büstü qoyulmuşdur. Xəzərdə üzən gəmilərdən biri onun adını daşıyır,gəmidə muzeyi yaradılmışdır. Bakının Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulmuşdur.
*******






Biz yaşamasaq olar,

Təki Vətən yaşasın,

Yaşamayanda nolar?

Təki Vətən yaşasın.

Hacıyev Əlif Lətif oğlu.

24 iyun 1953-cü ildə Xocalı şəhərində doğulmuşdur. 1970-ci ildə Əlif orta məktəbi bitirərək, sürücülük peşəsinə yiyələnmişdir. 1971-ci ildə Ordu sıralarına çağrılmış və hərbi xidməti Minsk şəhərində keçmişdir. 1974-84 cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1976 cı ildəSSRİ DİN-nin Frunze adına Xüsusi orta milis məktəbinə daxil olmuş və 1979-cu ildə həmin məktəbi bitirərək, 1981-ci ildən təhsilini SSRİ DİN nin Akademiyasında davam etdirmişdir. 1990-cı ildə daxili işlər orqanlarında Xocalı təyyarə limanı xətt daxili işlər bölməsinə rəis təyin olunmuşdur. 1991 ci ildə ona mayor rütbəsi verilmişdir.

Erməni silahlı qüvvələrinin Xocalı şəhərinə hücumu zamanı 1992-ci il fevralın 26-da qəhrəmancasına həlak olmuşdur. Bakı şəhərindəki şəhidlər xiyabanında dəfn edilmişdir.

Ailəli idi . İki qızı var.

Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğlu ölümündən sonra “Azərbaycanən Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakının Nizami rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.



*******





Yuvasında düşmənin canını aldın,

Neçə şəhidlərin qanını aldın,

Ölməzlik qazandın tarixdə qaldın,

Sənindir əbədi zaman Mübariz

Vermədin düşmənə aman Mübariz..

İbrahimov Mübariz Ağakərim

oğlu
7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmışdır. 1994- cü ildə şəhid M. Piriyev adına Əliabad kənd orta məktəbinə getmiş,

2005- ci ildə oranı bitirmişdir. Elə həmin il Biləsuvar Hərbi Komissarlığından ordu sıralarına çağrılmışdı. O, daxili qoşunların xüsusi təyinatlı bölüyündə xidmətə başlayır. Qısa müddətdə çavuş rütbəsi alır. 2007-ci ildə ordudan tərxis olunaraq bir müddət mülki işlərdə çalışır. Lakin Vətən sevgisi hər şeydən üstün gəlir. Könüllü ərizə yazaraq yenidən ordu sıralarına qayıdır. M. İbrahimov bir müddət Silahlı Qüvvələrin təlim-tədris mərkəzinin gizir hazırlıq kursunda təhsil alır. Sonra ehtiyat hərbi hissədə xidmətə göndərilir. Lakin Mübariz həmişə ön cəbhəyə can atırdı . Ona görə də hərbi hissədən ön xəttdə yerləşən bölmələrdən birinə göndəirilməsini xahiş edir və nəhayət bu arzusuna şatır. Gizir Mübariz İbrahimovu ön xəttə gətirən bir amal, bir istək var idi. Vətən, Millət, Torpaq!.. Onun qəlbində bir müqəddəs fikir hakim kəsilməşdi: “Məzlumum dostu, zalımın düşməniyəm”

18 iyun 2010- cu il... Tərtər rayonu yaxınlığında yerləşən Şiştəpə adlanan ərazi.. saat 23-30 - dur. Bir qrup erməni hərbiçisi Atəşkəsi pozaraq mövqelərimizə hücuma keçir. Həmişə səngərdə ayıq-sayıq dayanan Milli Ordunun əsgərləri bu dəfə də düşmənə layiqli cavab verirdi. Gizir Mübariz İbrahimov bu döyüşdə xüsusi ilə fərqlənirdi. O, hücuma keçən erməni yaraqlılarının hamısını dəf edərək təkbaşına düşmənin onlarla canlı qüvvəsini məhv edir. Bu döyüşdə o, qəhrəmancasına həlak olur.

Subay idi.

Azərbaycan respublikası prezidentinin 22 iyul 2010-cu il tarixli fərmanı ilə İbrahimov Mübariz Ağakərim oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”adı verilmişdir.

Biləsuvar rayonunda adına küçə və orta məktəb var.








Əgər şəhid varsa, demək vətən var,

Şəhidlər dünyada ən böyük haqdır.

Ölümdən qorxmayın siz ey oğullar,

Ruhlar bu torpağı qoruyacaqdır.

Mustafayev Alı Mustafa oğlu
14 aprel 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində dünyaya gəlmişdir. 1969-cu ildə Daş salahlı kənd orta məktəbini bitirmişdir. 1971-ci ildə hərbi xidmətə çağırılmış, 1973-cü ildə əsgəri xidmətini başa vuraraq, Bakı Elektrik Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. 1976-ci ildə həmkarlar təşkilatının göndərişi ilə BDU-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Təhsilini başa vuraraq, 1981 ci ildə Azərbaycan Dövlət Teleradio Şirkətinin “Xəbərlər” proqramında jurnalist kimi işə başlamışdır. O, çevik, qorxmaz və vətənpərvər bir jurnalist kimi dəfələrlə döyüş bölgələrinə gedərək, qaynar nöqtələrdən sujetlər hazırlamışdır. Alı Mustafayev 1990-cı il noyabrın 20-də Tuğ, Xocavənd, Qaradağlı kəndlərində törədilən faciələrlə tanış olmaq üçün hökumət nümayəndələrini aparan vertolyotun erməni terrorçuları tərəfəndən vurulması nəticəsində şəhid olmuşdur. Bakı şəhərindəki şəhidlər xiyabanında dəfn edilmişdir.

Ailəli idi. Üç övladı qalıb.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə Mustafayev Alı Mustafa oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakının Nərimanov rayonundakı 202 saylı orta məktəb, 3-cü mikrorayondakı küçələrdən biri onun adını daşıyır.

*******





Nə yaxşı dünyada müqəddəs Vətən,

Nə yaxşı müqəddəs and yerimiz var.

Yox-yox acımıram bu ölümə mən,

Namuslu oğullar şəhid doğular.
Mustafayev Çingiz Fuad oğlu

29 avqust 1960-cı ildə Həştərxan vilayətinin VladimirRayonunda

hərbiçi ailəsində anadan olmuşdur.

1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köçmüşdür.

1977-ci ildə yasamal rayonundakı 167 saylı orta məktəbi bitirən Çingiz azərbaycan Tibb institutuna daxil olmuşdur. 1983-cü ildə təhsilini başa vuraraq Dəvəçi rayonunda üç il həkim işləmişdir. Çingiz Mustafayev həkim olmasına baxmayaraq, jurnalistikaya böyük həvəs göstərmişdir. 1990-cı il 20 yanvar hadisələri zamanı sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri lentə almışdır.

1991-ci ildən həyatını jurnalistikaya tam bağlayan Çingiz Xocalı hadisələrini öz kamerası ilə lentə almağa nail olmuşdur. 1992-ci il iyunun 13-də Çingiz yenidən döyüş bölgəsinə yollanmışdır. Qızğın döyüşləri lentə alarkən cəsur jurnalist qəhrəmancasına həlak olmuşdur.

Bakı şəhərində şəhidlər xiyabanında dəfn edilmişdir.

Ailəli idi. Bir oğlu yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

DİN-nin Şüvəlan qəsəbəsindəki, istirahət guşəsi,

Bakı şəhərində küçə, ANS ÇM radiostansiyası onun adını daşıyır. Yaşadığı binanın önündə baralyefi vurulmuş,

Cəmşid Naxçivanski adına hərbi Liseydə yaradılmış xatirə kompleksində büstü qoyulmuşdur.


*******






Odur arzu kamımız,

Sarayımız, damımız.

Ona qurban hamımız,

Təki Vətən yaşasın..

Rəhimov Koroğlu İsmayıl oğlu
31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Birinci sinfə Yaqublu kənd orta məktəbində gedən Koroğlu sonra ailəsi ilə birlikdə qərbi Azərbaycanın Zəngibasar mahalının Sançalılar kəndinə köçmüşdür. Orta təhsilini Habil kənd orta məktəbində başa vuraraq, 1969-cu ildə Azəbaycan Neft və Kimya İnstitunun avtomexanika fakültəsinə daxil olmuşdur. 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yollanmışdır. Goranboy rayonunun Buzluq, Çartaz və Erkəc kəndlərinin azad olması uğrunda döyüşmüşdür. 1992-ci il iyulun 3-də Ağdərə istiqamətində gedən döyüşlərdə Koroğlu Rəhimov qəhrəmancasına həlak olmuşdur.

Ailəli idi. Üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr

1994-cü il tarixli 203 saylı Fərmanı ilə Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra

Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakının Nərimanov rayonunda adına küçə verilərək,

büstü qoyulmuşdu. Oğuz rayonunun Xaçmaz kəndindəki uşaq bağçası qəhrəmanın adını daşıyır.

*******






Yazılır yurdumun qanlı tarixi,

Şəhid övladları şanlı tarixi,

Vətənin, torpağın şanlı tarixi,

Şan-şöhrət nəğməsi-şəhid məzarı.


Sədiyev Vəzir İsa oğlu

6 iyun 1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olmuşdur. Orta təhsilini qərbi Azərbaycanın Körpülü kəndində başa vurduqdan sonra Tbilisi Ali Hərbi Artileriya məktəbinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra Rusiyanın Qorki şəhərindəki hərbi məktəbə müəllim təyin edilmişdir. Sonra könüllü olaraq Əfqanistana yola düşmüşdür. Əfqanistan müharibəsində iştirak etdikdən sonra mayor rütbəsi ilə qərərgah rəisinin müavini təyin edilmişdir. Xocalı soyqırımı başlayanda Azərbaycana gələrək, Artileriya və Hərbi Hava Qüvvələri İdarəsində döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsində çalışmışdır. V.Sədiyev Laçın, Qubadlı, Füzuli Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak edərək, xüsusi qəhrəmanlıq göstərmişdir.

1993-cü il fevralın 19-da V. Sədiyev Ağdərənin Aterk kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur. Bakı şəhərindəki şəhidlər xiyabanında dəfn edilmişdir.

Ailəli idi. Bir qızı yadigar qalıb.

Azərbaycan Pespublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə “Sədiyev Vəzirİsa oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.


Yüklə 239,75 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin