Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi



Yüklə 121,45 Kb.
tarix02.12.2018
ölçüsü121,45 Kb.
#85279

Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodika şöbəsi


Aləmzər Əlizadə və uşaq aləmi”



/Şairə Aləmzər Əlizadənin 60 – illiyi /

/metodik vəsait/

Gəncə

2010

Tərtib edən: Rüstəmova Rəqibə

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana

Sisteminin Metodiki İşlərin Təşkili şöbəsinin metodisti.

Rəy verənlər:




  1. Qədimova Fəridə - Gəncə şəhər Mərkəzləşdirilmiş

Kitabxana Sisteminin direktor müavini.



  1. Abbasova İradə - Gəncə şəhər Kitabana Sisteminin

Metodiki İşlərin Təşkili şöbəsinin müdiri.

Kompyüterdə yığan:
Rüstəmova Rəqibə - metodist.

Kompyüter dizayneri:
Abbasova Leyla – biblioqraf.

Uşaqların sevimli şairi.

Unudulmaz xalq şairimiz Səməd Vurğun demişdir: “Biz balacalar üçün böyük ədəbiyyat yaratmalıyıq. Bu çətin olduğu qədər də şərəfli və müqəddəs bir işdir”.

Sevindirici bir haldır ki, bəzi şairlərimiz çətinliklərdən qorxmayaraq, uşaq ədəbiyyatı sahəsində qələmlərini sınayır, uğurlu addımlar atır, maraqlı əsərləri ilə nəzər diqqəti cəlb edirlər. Belə şairlərdən biri də Aləmzər Əlizadədir.

Tanınmış uşaq şairi Aləmzər Əlizadə şer – sənət ocağımız, Nizami yurdu Gəncədə yaşayıb – yaradır. İndiyədək balalarımız üçün onun bir neçə şer kitabı nəşr olunmuşdur.

Aləmzər Əlizadə bədii yaradıcılığa hələ orta məktəbdə oxuyarkən başlamış, şerləri ilə müxtəlif mətbuat orqanlarında çıxış etmişdir. 1973 – cü ildə “Sarı eynək” adlı ilk kitabını nəşr etdirən Aləmzər Əlizadə özünü istedadlı bir uşaq yazıçısı kimi tanıtmışdır. Bundan sonra onun “Küsən güllər”, “Şəfəqin sırğaları”, “Ətirli kəpənək”, “Ülviyyənin kitabı” adlı əsərləri nəşr olunmuşdur.

Aləmzər Əlizadə orijinal, duzlu – məzəli şerləri ilə balacaların rəğbətini qazanmışdır. Uşaqları dərin məhəbbətlə sevməsi, xarakterində uşaqlara məxsus kövrək cizgilərin olması, balacaların həyatını diqqətlə müşahidə etməsi, yumor duyğusu Aləmzər Əlizadənin uşaq şerlərinin uğurlarını təmin edən cəhətlərdir. Şairin “Fışqırıq”, “Təriş göbələk yığır”, “Axan beş”, “Meyvə çıxdı”, “Acığa düşən çəkmə”, “Şadlıq”, “Üzən top”, “Nəğmə yadımdan çıxdı”, “Laləli divar” və s. Şerləri uşaq təfəkkürünə uyğundur. Bu və ya buna bənzər digər yazıları oxuyanda adamın üzünə istər – istəməz təbəssüm qonur. Təbii, uşaq sadəlövhlüyündən doğan yumor şerlərin bədii dəyərini artırır, onları oxunaqlı edir.

Aləmzər Əlizadənin mətbuat səhifələrində görünən ilk şeirlərindən hiss olunurdu ki, onun uşaq aləmini dərindən duya bilmək, uşaqları maraqlandıran mövzuları yaxşı qavramaq, uşaqlara poeziyanın estetik dili ilə danışmaq, bir sözlə, uşaq dünyasına nüfuz etmək qabiliyyəti güclüdür. Axı, hər yazıçı yaxşı uşaq yazıçısı ola bilmir. Uşaq yazıçısı olmaq üçün təkcə bədii istedad kifayət deyildir. Onun üçün xüsusi düha, fitri qabiliyyət, təbii bir uşaqcanlılıq, «uşaqlaşa bilmək» uşaq aləminə qaynayıb – qarışmaq bacarığı və s. zəruri keyfiyyətlər olmalıdır. Elə buna görə də V.Q. Beliniski göstərirdi ki; «Uşaq yazıçısının yaranması üçün çox, olduqca çox şərtlər vardır: nəcib, sevən, riqqətli, sakit, körpəcə - sadədil bir qəlb, yüksək məlumatlı bir ağıl, şeylərə

aydın bir baxış, yalnız canlı təsəvvür deyil həm də canlı, şairanə bir xəyal, hər şeyi canlı, zəngin surətlər halında təsəvvür etməyə qabil bir xəyal lazımdır»

Aləmzər Əlizadənin şeirlərinin ilk baxışdan xoşa gələn cəhəti onun səmimi deyilmiş tərzi, şeriyyət gözəlliyi, uşaq qəlbinin, uşaq xəyalının şerlərində düzgün əks olunması, uşaq yaşının, uşaq təsəvvürünün tələblərinin nəzərə alınması, təsvirlərdən süzülüb gələn işıqlı təəssüratdır. Həmin cəhətlər də onun uşaq kitablarının həvəslə oxunmasnı təmin edən məsələlərdəndir. Onun hər bir kitabını oxuduqda adam özünü uşaqlıq aləmində hiss edir, «uşaqlaşır», gözəl uşaqlıq xəyallarına qapılır, uşaqlarla birlikdə evcikdə oynayır, kəpənək qovur, gül – çiçək toplayır, heyvanlarla danışır, buludlarla səyahətə çıxır.

Aləmzər Əlizadə uşaqlar üçün xeyli mənzum nağıl da yazmışdır. Onun “Kirpilər”, “Dəcəl cücə”, “Zürafə”, “Dəvə və şeşəqulaq”, “Toya gecikən tülkü”, “Nəğmə qapısı”, “Yelpazəli” və s. Bu kimi nağılları da uşaqlar üçün maraqlıdır.

Uşaq aləminə nüfuz etmək, onları düşündürmək, ovundurmaq, onlara bədii xövq vermək çətin və məsuliyyətlidir. Bu çətinliyi həssalıqla duymaq, bu zəhmətin şirin bəhrəsini görmək böyük bacarıq və istedad tələb edir.

Aləmzər Əlizadənin həyat və yaradıcılığında

əlamətdar tarixlər.
1. 1950 – ci il – sentyabr ayının 4-də Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur.

2. 1959 – 1969 – cu il ibtidai və orta təhsilini Gəncədəki Səməd Vurğun adına 6 № li orta məktəbdə almışdır.

3. 1967 – ci ildə - Ədəbi yaradıcılığa “Pioner” qəzetində çap etdirdiyi “Mənim babam” adlı ilk şeri ilə başlamışdır.

4. 1969 – cu ildə - Azərbaycan Kənd Təsərrüfatı İnstituna daxil olmuşdur.

5. 1973 – cü il – “Sarı eynək “ adlı ilk kitabını nəşr etdirən Aləmzər Əlizadə özünü istedadlı bir uşaq yazıçısı kimi tanıtmışdır.

6. 1974 – cü il – İpəkçilik ixtisası üzrə ali təhsil almışdır.

7. 1975 – 1984 – cü il - əmək fəaliyyətinə Kirovabad pambıqtəmizləmə zavodu nəzdində olan toxum laboratoriyasında aqronom, sonra isə müdir kimi başlamışdır.

8. 1984 – 1985 – ci illərdə Gəncə şəhər mədəniyyət evində dram dərnəyinin rəhbəri olmuşdur.

9. 1985 – 1989 – cu illər şəhər mətbəəsində korrektor vəzifəsində çalışıb.

10. 1989 – 2003 – cü illər Gəncə Kukla teatrında “Günah torbası”, “Nəğmə qapısı”, “Şeytanın dostu” mənzum pyesləri tamaşaya qoyulub. Həmin il ən yaxşı uşaq kitabı müsabiqəsində « Ətirli kəpənək » kitabına görə həvəsləndirici mükafata layiq görülmüşdür.

11. 1987 – ci ildə «İıin ən gözəl uşaq kitabı» müsabiqəsində mükafata layiq görülmüşdür.

12. 1984 – 1986 – cı iı əsərləri Rus, Ukrayna və Belarus xalqlarının dilinə çevrilmiş, “Rodnik bratstva” (1984) və “Aprelskiy dojd” (1986) almanaxlarında dərc olunmuşdur.

13. 1989 – cu ildən – Azərbaycan Yazıçılar Birliyinin Gəncə şöbəsində məsləhətçi işləyir.

Yubiley tədbirlərinin keçirilməsi
Bu il sentyabrın 4-də xalqımızın sevimlisi, körpələrin qəlblərinə yol tapan şairə Aələmzər Əlizadənin 60-illik yubileyidir. Bir çox təhsil ocaqlarında olduğu kimi , MKS-nin kitabxana filiallarında da yubiley ilə bağlı tədbirlər keçirilməlidir. Kitabxanalarda tədbirlə bağlı sərgilərin təşkili vacibdir. Sərgilərin təşkilində “Aləmzər Əlizadə-60”, “Uşaqlara layiqli hədiyyə”, “Uşaqlara töhfə”, “Uşaqların ürək dostu” və s. Başlıqlardan istifadə etm\k olar. Həmçinin sərginin daha dolğun görünməsi və bədii tərtibat cəhətdən diqqəti cəlb etməsinə görə onun şeirlərindən parçaları, dövri mətbuatda dərc olunmuşqəzet və jurnal məqalələrindən də istifadə etmək olar.

Aləmzər Əlizadənin 60-illik yubileyinə həsr olunmuş

sərginin nümunəsini veririk.


1

--- ---------------



2

--------------------------



3 6 9

----------- ------------ ----------



4 7 10

------------- -------------- -----------



5 8 11

------------- -------------- ----------





  1. Başlıq – Aləmzər Əlizadə - 60.

  2. Portreti.

  3. A. Əlizadə “Göyün işığı”.

  4. A. Əlizadə “Pyeslər”.

  5. A. Əlizadə “Şəfəqin sırğaları”.

  6. A. Əlizadə “Fələk və mən”.

  7. A. Əlizadə “Ülviyyənin kitabı”.

  8. A. Əlizadə “Adımdan danışıram”.

  9. A. Əlizadə “Gözdən çıxan qara tikanlar”.

10.A. Əlizadə “Ətirli kəpənək”.

11.A. Əlizadə “Küsən güllər”.


Yubileydə həmçinin kiçik yaş qrup oxucular üçün yazılmış şeirlərin, hekayələrin ucadan oxusunu təşkil etmək olar. Ucadan oxunun uşaqlar üçün böyük əhəmiyyəti var. Çünki, ifadəli oxudan sonra adətən kitabxanaçı uşaqlarla sual-cavab keçirir və bu sual-cavab əsasında uşaqların nə dərəcədə diqqətcil olmaları, onların zehni, şeirləri qavrama qabiliyyətləri demək olar ki, imtahana çəkilir.

Bütün bunları nəzərə alaraq kiçik yaş qrup oxucularımız üçün Aləmzər Əlizadənin “Balıq kürüsü”, “Sabahkı beşlər”, “Samirin çantası”, “Yaxşı məktəb”, “Ayağı bitəcək”, “Əsgər olam”, “Böyük konsert”, “Mən itmişəm” və s. şeir və əsərlərin ifadəli oxusunu təşkil etmək olar. İfadəli oxudan sonra kitabxanaçı sual-cavab keçirə bilər.



  1. Aləmzər Əlizadə kimdir?

  2. O, sizlər üçün hansı gözəl hekayə və şeirləri yazmışdır?

  3. Aləmzər Əlizadə ilk dəfə hansı şeiri yazmışdır?

  4. “Mənim babam” şeiri hansı qəzetdə çap edilmişdir?

  5. “Mən itmişəm” hekayəsində Pərvizin müəlliməsinə yalan danışması nə ilə nəticələndi?

  6. “Ayağı bitəcək” şeirində Azərbaycan xalqının düşməni kimdir?

  7. “Böyük konsert” şeirində hansı heyvnlar konsert verəcək və hansı heyvanlar bu konsertə baxmağa gələcəklər?

  8. Aləmzər Əlizadənin hansı pyesləri tamaşaya qoyulmuşdur?

Daha sonra kiçik qrup oxucular üçün səhərcik də təşkil etmək olar. Səhərciyi Aləmzər Əlizadənin “Dələ və Şeşəqulaq” nağılı əsasında təşkil edə bilərik.Səhnəni nağıla uyğun olaraq müxtəlif dekorasiya ilə bəzəyirik.(dekorativ ağaclar, təpəciklər, güllər və s.) Səhərcikdə müxtəlif rolları ifa edən kiçik yaş qrup oxucular iştirak edəcəklər. İştirakçılar əvvəlcədən hazırlanmış səhnə paltarlarını geyinirlər.



Aşağıda “Dələ və şeşəqulaq” nağılının ssenarisini veririk. (səhnəhin arxasında aparıcının səsi eşidilir)
Aparıcı:- Darıxmışdı

Dələ lələ.

Bir gün dedi,

Gülə - gülə:


Dələ:- Şeşəqulaq

Şeşəqulaq

Gəl, dost olaq,
Aparıcı:- Şeşəqulaq.

Dovşan durdu,

Ayağını

Yerə vurdu.


Dovşan:- Dələ lələ,

Mənimlə sən,

Dost olmaqmı,

İstəyirsən?

Şadam buna,

Bizə gedək.

Bir oturub

Söhbət edək.


Aparıcı:- Dovşangilə

Getdi onlar.

Oturdular,

Danışdılar.

Dələ evə

Gedən zaman

Dayandırdı,

Onu dovşan .



Dovşan:- Dələ lələ,

Dələ lələ.

Gəl bizə də,

Hər gün belə.


Ancaq tapsan,

Bir az kələm,

Gətirərsən.

Bir az yonca,

Götürərsən.

Başqa yemək

Məndə çoxdu

Bunlardan heç

Evdə yoxdu.
Dələ:- Gətirərəm,
Aparıcı:- Dedi dələ.

Görüşdülər,

Öpüşdülər.

Ayrıldılar

Dovşan ilə.
Dələ yenə,

Darıxırdı,

Yola izə,

Hey baxırdı.



Dələ:- Nə gələn var,

Nə gedən.

Görən indi

Nə edim mən?


Aha, tapdım,

Şeşəqulaq

Bir dostum var.

Yəqin indi,

Evdə olar.

Tez otlardan

Papış tikim.

Gedim ona,

Bir baş çəkim.
Üst-başını,

Özü bəzər.

Papışımı

Geyib gəzər.


Aparıcı: - Çox sevindi,

Dələ lələ.

Papışları

Aldı ələ.


Yol başladı

Şeşəqulaq

Dovşangilə.

Heç bir azca

Getməmişdi;

Yolu yarı,

Etməmişdi.

Yaman fikrə,

Daldı birdən.

O yadına

Saldı birdən.

Öz dostunun

Sözlərini.

Yerə dikdi,

Gözlərini:

Dələ:- Şeşəqulaq

Kələm, yonca

İstəmişdi,

“Hardan tapım,

Onu indi?

Gedəmmərəm

Yox, mən belə”.

Aparıcı:- Papışları

Dələ lələ,

Atdı çox-çox

Uzaqlara.

Bilmədi heç

Düşdü hara.

Baxdı sola,

Baxdı sağa.

Qaçıb getdi

Dələlərlə

Oynamağa.

Səhərciyin sonunda iştirakçılar baş əyərək alqışlanırlar və alqışların sədaları altında səhnəni tərk edirlər.

Həmçinin kitabxanamızda şairə həsr olunmuş Şeir gecəsi də keçirilə bilər. Şeir gecəsi müxtəlif adlar altında keçirilir. Məsələn: “Körpələrin dili ilə”, “Uşaqlara nəsihət”, “Uşaqların sevimli şairi”, “Aləmzər Əlizadə və uşaq aləmi” və s.

Şeir gecəsi oxucular tərəfindən sevilən tədbirlərdəndir. Aləmzər Əlizadə poeziyasının təbliğində uşaq kitabxanalarında şeir gecələrin keçirilməsi çox maraqlıdır. Bu tədbirə həm kitabxanaçılar, həm də oxucular həvəslə hazırlaşır. Şeir gecəsinin keçirilməsində əsas məqsəd oxuculara şairin həyat və yaradıcılığı haqqında məlumat verməklə bərabər, həm də onun şeirlərini, pyeslərini təbliğ etməkdir.

Kitabxanalara kömək məqsədi ilə “Aləmzər Əlizadə və uşaq aləmi” adlı şeir gecəsinin ssenarisini veririk.

Səhnədə “Aləmzər Əlizadə-60” yazılmış plakat asılıb. Kitablardan ibarət sərgi təşkil olunub. 2 aparıcı səhnəyə daxil olur.



I. Aparıcı: - Salam əziz dostlar, hörmətli qonaqlar!

II. Aparıcı: -Hörmətli qonaqlarımız! Əziz uşaqlar, bu gün hamımızın çox sevdiyi, gözəl insan, istedadlı şairəmiz Aləmzər Əlizadənin 60 illiyinə həsr olunmuş şeir gecəsində hər birinizi xoş gördük.

I.Aparıcı: - Gəlin əvvəlcə Aləmzər Əlizadə şəxsiyyətinin ömür salnaməsini vərəqləyək...

II.Aparıcı:- Kimdir Aləmzər Əlizadə?

I.Aparıcı:- Aləmzər Əlizadə 1950-ci il sentyabr ayının 4-də Gəncə şəhərində anadan olmuşdur. Gəncədə S.Vurğun adına 6 saylı orta məktəbi bitidikdən sonra 1969-1974-cü il Azərbaycan Kənd Təsərrüfatı Institunun İpəkçilik ixtisası üzrə təhsil almışdır.

II. Aparıcı:- Ədəbi yaradıcılığa “Pioner” qəzetində çap etdirdiyi “Mənim babam” adlı ilk şeiri ilə başlamışdır.

Oxucu:- Mənim babam.

Elə bilirsən babam,

Mehribandır həmişə,

Sağ ol deyir hər işə?...

Yox...

Yalan danışsan əgər,



Qaş-qabağını tökər

Bir uşağı incitsən,

Qulaqlarını çəkər.

Hər kimin icazəsiz

Maşınını, topunu,

Kuklasını gətirsən,

Gözünə görünmə sən.

Belə-belə işlərdən,

Babamın xoşu gəlməz;

Sənlə danışıb gülməz.


I.Aparıcı:- Müəllif balaca oxuculara təlqin etmək istədiyi fikri didaktik şəkildə deyil, konkret həyat hadisələri əsasında inandırıcı yolla mənalandırır. O, yazılarında uşaq dünyasının əlvan rənglərini özünəməxsus bir şirinliklə, dəqiq ştrixlərlə verir.
Oxucu:- Vaxtları yoxdur.

Nənəmgilə getmişdim,

Uca ağaclar gördüm.

Axşam evə gələndə,

Babama sual verdim.

-Meyvə verən ağaclar-

Alma, heyva, üzüm, nar,

Lap uca deyil, niyə?

Çinar, qovaq, şam, küknar,

Az qalır çatsın göyə.

Babam başa saldı ki,

Meyvə verən ağaclar,

Gətirirlər hər il bar.

Onların vaxtı yoxdur,

Lap göyə ucalsınlar.

II.Aparıcı:- Şairin özünün ruhən, şeirlərinin də məzmun və mənaca həmişə cavan olmasının səbəblərindən biri də onun əsasən uşaq və gənclərimiz üçün yazıb yaratmağı olmuşdur. Oxucularımızın gənc qəlblərinin saflığı, səmimiyyət və təravəti ona da təsir etmişdir.


Oxucu:- Hələ bilmirəm.
Getmir xəyalımdan o an, o gözlər.

O necə baxışdı, bilə bilmirəm.

Qarışdı qəlbimdə dərələr, düzlər,

O gündən, özümə gələ bilmirəm.

Bir dostdan, yoldaşdan gizli sirrim yox.

Qəmə baş əymərəm, dərdi-sərim yox.

Necə olub bundan heç xəbərim yox.

Danışa bilmirəm, gülə bilmirəm.

O, sevgi, məhəbbət xalısı hörsə,

Məni eşq mələyi donunda görsə,

Bir xəbər göndərsə, icazə versə

Çevrilim tikana, gülə bilmirəm.


Könlümü bəzədi ruhum bu işdə,

Naşıdı, təzədi, ruhum bu işdə.,

Düşər cəhənnəmə ya da behiştə

Darıxma Aləmzər, hələ bilmirəm.


I.Aparıcı:- Aləmzərin qələmə aldığı uşaq surətləri bir-birinə bənzəmir, hərəsinin öz aləmi, öz dünyagörüşü var.

II.Aparıcı:- Aləmzər Əlizadənin şeirləri təkcə əyləndirmir, eyni zamanda düşündürür, uşaqları doğruçuluğa, qorxmazlığa, işə, zəhmətə çağırır, doğma torpağa, ana təbiətə məhəbbət duyğuları oyadır.

I.Aparıcı:- Təbiət həmişə uşaqlarda xoş duyğular oyadır. Onlar təbiətin qoynunda özlərini rahat və gümrah hiss edirlər.

Oxucu:- Gedir günəşli yaya.

Baharın donu yaşıl,

Geyib onu bağça-bağ.

Çiçəkləri, bu donun

Həm qırmızı, həm də ağ.

Rəngbərəng çiçəklərin

Necə gözəl ətri var.

Beləcə bəzəndirib

Bağı, bağçanı bahar.

Gedir günəşli yaya,-

Gedir elə bil toya.

Oxucu:- Bahar.
Şahta, boran dalda qaldı,

Hər tərəfdə əridi qar.

Çiçək açar bu gün, sabah

Tumurcuqdur hələ bahar.


II.Aparıcı:- Müəllif uşaqların yaş xüsusiyyətini, dünyagörüşünü, təfəkkür tərzini, xarici aləmə münasibətini nəzərə aldığından oxucusunu yormur, onu hadisənin axınına çəkərək maraqlandırır, əyləndirir, tərbiyə edir. Yığcamlıq, lakoniklik, az sözlə geniş məna ifadə etmək bacarığı Aləmzərə öz fikrini sadə və konkret deməyə, hadisələrin daxilimənasını açmağa, sözləri diqqətlə seçərək onları yerində işlətməyə kömək edir.

Oxucu:- Sərin külək.

Hava yaman bürküdür,

Nə yağış, nə külək var.

Yamanca təntimişdir,

Bu istidə uşaqlar.

Bəhanə axtarırlar,

Dalaşmaq üçün onlar.

Gah deyirlər daş mənim,

Gah deyirlər çay mənim.

Gah da uca ağaclar,

Gah da göydə ay mənim.

Birdən hav sərnidi.

Astaca külək əsdi.

Uşaqlar belə yersiz

Mübahisəni kəsdi.

Onlar küləyin üstə,

Nə küsdü, cığalladı,

Axı, külək hamının

Başını sığalladı.
I.Aparıcı:- Vətənin şair qızı Aləmzər Əlizadə Vətənin söz gülüstanında Aləmzər bağı salmaq niyyətinin qarşısında diz çökdü, istedadının əmrinə müntəzir dayandı, taleyin hökmündən, qərarından kənara çəkilə bilmədi, bir əkinçi, bağban missiyasında bulanaraq qaratorpaq ürəyini şumladı, kotan saldı, xış çəkdi, qəmini, sevincini və poetik fəhmini toxum kimi öz bağının şumuna səpdi, torpağını qızıl qanıyla suvarmağa başladı. Beləcə Aləmzər fəhminin soy-kökündən həmişə-yaşıl, həmişəbahar bir mənəviyyat, sənət, söz bağı boy verdi:

II.Aparıcı:- Bir söyüdəm, göyərmişəm,

Bir bulağın başında mən.

Saçımı salxım hörmüşəm,

Yazında, qışında mən.


I.Aparıcı:- Çağdaş ədəbi prosesi ərsəyə gətirənlər Aləmzər Əlizadənin uşaq ədəbiyyatının çox uğurlu yaradıcı kimi tanıyırlar. Ancaq ədəbiyyat adamlarının çox əksəriyyətinə məlum deyil ki, Aləmzərin poetik plantasiyasında ərazicə kiçik, mənaca məkansız olan ciddi şeirlər də salxım-salxım boy göstərir, aromatını, şirinliyini oxuculara bəxş edir.

II.Aparıcı:- Öz əsərlərini əziz oxucuların, xüsusən saf qəlbli uşaq və gənclərimizin əllərində görmək, şeirlərini onların dillərindən eşitmək hər sənətkar kimi Aləmzər Əlizadə üçün də ən yüksək mükafatdır. Oxucularımız bu gözəl sənətkardan hələ gözəl əsərlər gözləyir. Şairə daha uzun ömür, can sağlığı, yeni kitablarının işıq üzü görməsini arzu edirik.

I.Aparıcı:- Yubileyiniz mübarək olsun.

Tövsiyyə olunan ədəbiyyat siyahısı

Əsərləri.


  1. Əlizadə Aləmzər. Fələk və mən. Seçilmiş əsərləri. I cild.-Gəncə.: “Əsgər oğlu”, 2007.-404 s.

  2. Əlizadə Aləmzər. İydələr, İpək kombinatında, Bacımın kitabı./ Uşaq ədəbiyyatı.- Bakı: “Təhsil” nəşriyyatı,2002.- 221s.

  3. Əlizadə Aləmzər. Pyeslər.- Bakı: Şirvannəşr, 1998.- 94 s.

  4. Əlizadə Aləmzər. Gözdən çıxan qara tikanlar.-Bakı: “Azərbaycan Ensiklopediyası” Nəşriyyat Poliqrafiya birliyi, 1997.-134 s.

  5. Əlizadə Aləmzər. Göyün işığı.- Bakı: Gənclik, 1994.- 92 s.

  6. Əlizadə Aləmzər. Adımdan danışıram. Bakı: “Şur” nəşriyyatı, 1994.-48 s.

  7. Əlizadə Aləmzər. Eldənizin dünyası /Odlar yurdum Azərbaycan.- Bakı: Gənclik, 1990.-58 s.

  8. Əlizadə Aləmzər. Ülviyyənin kitabı.- Bakı: Gənclik, 1989.-104 s.

  9. Əlizadə Aləmzər. Dəvə və şeşəqulaq /Alleqoriya və təmsillər.- Bakı: Gənclik, 1988.-128 s.

10. Əlizadə Aləmzər. Ətirli kəpənək. – Bakı: Gənclik, 1986.- 58 s.

11. Əlizadə Aləmzər. Yaman nigaranam, Cücələr, Rəhim, Şəhəri dolanırıq, Sözə baxan. (Şeirlər) / Doğdu günəş qırmızı.- Bakı: Gənclik, 1983.-57 s.

12. Əlizadə Aləmzər. Şəfəqin sırğaları.- Bakı: Gənclik, 1982.- 46 s.

13. Əlizadə Aləmzər. Ayna və Sona, İşsiz daraq, Əmimin kranı: və s.: (Şeirlər) // Peyk.- 1980.- 4 aprel.- № 13.-s.4.

14. Əlizadə Aləmzər. Ay nə gəzir, üzən top / Mənim bağım, baharım...- Bakı: Gənclik, 1980.- s.29.

15.Əlizadə Aləmzər. Küsən güllər.- Bakı.:Gənclik, 1979.- 54 s.

16.Əlizadə Aləmzər.. Sarı eynək.- Bakı: Gənclik, 1973.- 12 s.

Rus dilində:


  1. Aлизaде Aлемзaр. Я и солнышко / Aпрельский дождь.- Москва «Детская литература», 1986,- стр.5.

  2. Ализаде Алемзар. Стихи для малышей. / Родник братства.- Баку.: «Язычы», 1980.- стр. 146.



Dövri mətbuatda.


  1. Aydın Murovdağlı. Əbədi Dünyanın əbədi simasında Aləmzər Əlizadə poeziyasının yeri: // Qanun və səlahiyyət.- 2009.- 25 iyul.- 25 avqust.- № 05. 06.-s.5.

  2. Əlizadə Aləmzər. İydələr, İpək kompinatında, Bacımın kitabı. / Uşaq ədəbiyyatı.- Bakı: “Təhsil” nəşriyyatı, 2002.- s.221.

  3. Əlizadə Aləmzər. Pyeslər.- Şirvannəşr, 1988.-94 s.

  4. Əlizadə Aləmzər. Gözdən çıxan qara tikanlar.- Bakı: “Azərbaycan Ensiklopediyası” Nəşriyyat Poliqrafiya birliyi, 1997.- 134 s.

  5. Əlizadə Aləmzər. Göyün işığı.- Bakı: Gənclik, 1994.- 92 s.

  6. Əlizadə Aləmzər. Adımdan danışıram. Bakı: “Şur” nəşriyyatı, 1994.-48 s.

  7. Əlizadə Aləmzər. Eldənizin dünyası / Odlar yurdum Azərbaycan.- Bakı: Gənclik, 1990.-s.58.

  8. Əlizadə Aləmzər. Ülviyyənin kitabı.- Bakı: Gənclik, 1989.- 104s.

  9. Əlizadə Aləmzər. Dələ və şeşəqulaq / Alleqoriya və təmsillər.-Bakı: Gənclik, 1988.- s.128.

10. Əlizadə Aləmzər. Ətirli kəpənək.- Bakı: Gənclik, 1986.- 58s.

11. Əlizadə Aləmzər. Yaman nigaranam, Cücələr, Rəhim, Şəhəri dolanırıq, Sözə baxan.(Şeirlər) / Doğdu günəş qırmızı.- Bakı: Gənclik, 1983.-s.57.

12. Əlizadə Aləmzər. Şəfəqin sırğaları.- Bakı: Gənclik, 1982.-46s.

13. Əlizadə Aləmzər. Ayna və Sona, İşsiz daraq, Əmimin kranı: və s: və s.: (Şeirlər) // Peyk.- 1980.-4 aprel.- № 13.-s.4.

14. Əlizadə Aləmzər. Ay nə gəzir, Üzən top / Mənim bağım, baharım...- Bakı: Gənclik, 1980.-s 29.

15. Əlizadə Aləmzər. Küsən güllər.- Bakı.: Gənclik, 1979.- 54 s.



16. Əlizadə Aləmzər. Sarı eynək.- Bakı: Gənclik, 1973.-12 s.
Yüklə 121,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin