Əhməd Cavadın həyat və yaradıcılığının
əsas tarixləri
1892 Azərbaycanın Gəncə qəzasının Şəmkir dairəsinin
Seyfəli kəndində anadan olmuşdur.
1906 Gəncə ruhani məktəbində təhsil almişdır.
1913 Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə
Imtahan verib müəllimlik şəhadətnaməsi almışdır
1914 “Qara dəniz” seirini yazmışdır
1916 “Qoşma” şerini yazmışdır
1919 “Dalğa” şeirini yazmışdır.
1920 – 1922 Quba rayon xalq maarif şöbəsinin müdiri işləmişdir
1921 “Sinfi mübarizə” kitabını yazmışdır
1922 – 1927 Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix və filolo
giya fakültəsində təhsil almışdır
1923 Siyasi fəaliyyətinə görə həbs olunmuşdur
1923-1926 Azərbaycan Şura Yazışılar Cəmiyyətinin məsul
katibi işləmişdir
1925 “Göy-göl” şerinə görə yenidən həbs olunmuşdur
1930 Ş. Rustavelenin “Pələng dərisi geymiş pəhləvan”
Poemasını orijinaldan doğma dilə çevirmiş,
dövlət müsabiqəsində birinci yerə layiq görülmüş-
dür
1934 Azərbaycan yazıçılarının I-ci qurultayına nümayən
də seçilmişdir
1927-1935 Gəncə Dövlət Kənd Təsərrüfatı İnstitunda Azər-
baycan və rus dilləri kafedrasında müəllim, dossent kimi çalışır və professor adı alır
-
“Azərbaycanfilm” studiyasında sənədli filmlər
şöbəsinin müdiri işləmişdir
1937 Xalq düşməni” kimi Azərbaycan birliyi üzvülü-
yündən xaric edilmişdir
1937 Oktyabrın 12-də Represiyanın qurbanı olaraq
güllələnir
-
“Şeirlər” kitabı nəşr olunub
-
Ana dilimizə tərcümə etdiyi Şota Rustavelinin
“ Pələng dərisi geymiş pəhləvan” poeması kitab halında Bakıda nəşr olunmuşdur.
-
“Çırpınırdı qara dəniz” Türkiyədə (Ankarada)
nəşr olunmuşdur
Dostları ilə paylaş: |