Nə yaxşı dünyada müqəddəs Vətən,
Nə yaxşı müqəddəs and yerimiz var.
Yox-yox acımıram bu ölümə mən,
Namuslu oğullar şəhid doğular.
Mustafayev Çingiz Fuad oğlu
29 avqust 1960-cı ildə Həştərxan vilayətinin VladimirRayonunda
hərbiçi ailəsində anadan olmuşdur.
1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köçmüşdür.
1977-ci ildə yasamal rayonundakı 167 saylı orta məktəbi bitirən Çingiz azərbaycan Tibb institutuna daxil olmuşdur. 1983-cü ildə təhsilini başa vuraraq Dəvəçi rayonunda üç il həkim işləmişdir. Çingiz Mustafayev həkim olmasına baxmayaraq, jurnalistikaya böyük həvəs göstərmişdir. 1990-cı il 20 yanvar hadisələri zamanı sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri lentə almışdır.
1991-ci ildən həyatını jurnalistikaya tam bağlayan Çingiz Xocalı hadisələrini öz kamerası ilə lentə almağa nail olmuşdur. 1992-ci il iyunun 13-də Çingiz yenidən döyüş bölgəsinə yollanmışdır. Qızğın döyüşləri lentə alarkən cəsur jurnalist qəhrəmancasına həlak olmuşdur.
Bakı şəhərində şəhidlər xiyabanında dəfn edilmişdir.
Ailəli idi. Bir oğlu yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
DİN-nin Şüvəlan qəsəbəsindəki, istirahət guşəsi,
Bakı şəhərində küçə, ANS ÇM radiostansiyası onun adını daşıyır. Yaşadığı binanın önündə baralyefi vurulmuş,
Cəmşid Naxçivanski adına hərbi Liseydə yaradılmış xatirə kompleksində büstü qoyulmuşdur.
*******
Dostları ilə paylaş: |