Ulu Gəncənin Milli Qəhrəmanları
Üstünə gələnlər gəlməz özünə!
Bir başına döyər, bir də dizinə!
Ox kimi süzərək – xain gözünə
Sancılar millərin,
Gəncəm, Gəncəm, hey!..
Tarixin hər dönəmində gəncəlilər hünərlə, qeyrətlə öz sözlərini deyiblər, istiqlal yürüşlərində həmişə öndə gediblər, el-oba yolunda həmişə canlarından keçiblər, döyüş meydanında şəhid olublar, fəqət öz mənliklərini, milli qürurlarını qoruyub saxlayıblar.
Əslində Gəncənin ilk şəhidi sənətkar Bəndər sayıla bilər. Bu sadə el sənətkarı hələ XII ci əsrdə yadelliləri yurdundan qovaraq Gəncəni xilas etdi, özü isə mərd yoldaşları ilə birlikdə şəhid oldu.
Gəncənin ən böyük şəhidlərindən biri də igid Cavad xandır. Doğma Gəncəsi uğrunda əldə qılınc son damla qanına qədər vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır.
İndi Qarabağ savaşında da erməni cəlladlarına qarşı qəhrəmanlıqla vuruşan Gəncəli oğullar vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda öz canlarından keçərək şəhid olmuşlar. Elan olunmamış bu müharibədə Gəncənin minlərlə oğlu, qızı amansız döyüşlərdə iştirak etdi. Onlardan təqribən beş yüz nəfəri şəhid olub, səkkiz nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu qəhrəmanların həyatı, qəhrəmanlığı haqqında sizə məlumat verməyi özümüzə borc bilirik.
Bu qəhrəmanları tanıyaq və tanıdaq.
*******
Dostları ilə paylaş: |