Əzizim mərd əlindən,
Can çıxar dərd əlindən.
Bir dəfə of deməzdim,
Ölsəydim mərd əlindən.
Allahverdiyev Elbrus Hacı oğlu
doğum tarixi 1958 ci il 27 oktyabr.
Elbrus Allahverdiyev Gəncədə 18-saylı orta məktəbi bitirib. Almaniyada hərbi xidmətdə olub. 1979-cu ildə Orenburq vilayətində prapoşik məktəbini, 1990-cı ildə Orjonigidze şəhərində Kənd Təsərrüfatı İntitutunu bitirib. Ailəsi ilə Vladiqafqazda yaşayırdı. Vətənin üstünü qara buludlar alanda, könüllü olaraq cəbhəyə getdi.
Elbrus Allahverdiyev milli ordumuzda ilk topçulardan biri olub. 1992-ci ilin iyun ayında onun təşkil etdiyi batareyanın əsasında ilk artileriya divizionu yaradıldı.
Həmin dvizion təkcə sentyabr ayında Avdur kəndində düşmənin bir topunu və iri çaplı pulemyotunu, Ağdərədə isə bir reaktiv qurğusunu, xeyli maşın və texnikanı məhv edib.
Sonralar Çıldıran uğrunda döyüşlərdə leytenant Allahverdiyev kiçik bir dəsdə ilə düşmən arxasına keşərək onun çox sayda texnikasını sıradan çıxardı.
Leytenant E.Allahverdiyev 1993-cü il iyun ayının 16-da gedən döyüşlərdən birində şəhid oldu. 1994-cü ilin sentyabr ayının 16-da Elbrus Hacı oğlu Allahverdiyev
“Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü.
Bu igid döyüşçünün bir qızı və bir oğul övladı yadıgar qalıb.
*******
Dostları ilə paylaş: |