Həyat əbədidir, ömür bir andı.,
Sevgisiz kəslərə aləm virandır.
Qoru ləyaqəti, qoru amandı,
Yaşamağı bacar, ölməyi bacar.
Makeyev İqor Vladimir oğlu
doğum tarixi 1971-ci il.27 oktyabr.
Gəncə şəhərində fəhlə ailəsində anadan olub. Böyük qardaşı Çernobıl qəzasında vəfat edib. İqor əvvəl 39-saylı orta məktəbdə, sonra isə 9-saylı texniki-peşə məktəbində oxuyub. Həqiqi hərbi xidmətdə olarkən baş serjant rütbəsini alıb.
1992-ci il iyunun 5-də erməni quldurları Naxçivanikə hücuma keçəndə İqor və onun döyüş dostları kənd məzarlığının yanında mühüm bir postu qoruyurdu. 708 nəfər, o cümlədən bölük komandiri Çingiz Həsənov da ağır yaralandı. Dolu kimi yağan düşmən gülləsinə baxmayaraq İqor öz döyüş dostları ilə birlikdə yaralıları atəş nöqtəsindən çıxararaq Ağdamdakı səhra qospitalına yola saldı. Özü isə əlavə qüvvə gələnə qədər postu düşməndən qoruya bildi.
Ağdərə uğrunda döyüşlərdə də o, əsl qəhrəmanlıq göstərib. 1992-ci il avqust ayının 2-də Nikulin ləqəbli bir dostu ilə birlikdə 28 əsgərin həyatını xilas etdi. Ancah çox təəssüf ki, bu onun son döyüşü oldu. Məhz elə bu mərdliyinə, rəşadətinə görə İqor Vladimir oğlu Makeyev “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü.
`
Dostları ilə paylaş: |