Vətən kimlərindir, soruşdu Xəndan
Söylədin müqəddəs nə var ki, ondan?
Duy onu könüldən sev onu candan,
O, candan, könüldən heyranlarındır.
Vətən- döyüşlərə girib nər kimi,
Mehdilər, Gəraylar, Həzilər kimi,
Odlardan adlayıb səməndər kimi,
Özünü odlara vuranlarındır.
Aparıcı:
Onlar adi insanlar deyillər, onlar öz həyatlarını Vətəni,Torpağı, Milləti, Dövləti üçün fəda edənlərdir.
Azərbaycanın müstəqilliyi, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə minlərlə insanlar şəhid olub. Onlardan 281 nəfəri “Azərbaycanın Milli Qəhrəmanı” kimi uca və şərəfli ada layiq görülüb.
Dostları ilə paylaş: |