I – Oxucu: Biz yaşamasaq olar,
Təki Vətən yaşasın.
Yaşamayanda nolar?
Təki Vətən yaşasın.
Odur arzu kamımız,
Sarayımız, damımız,
Ona qurban hamımız-
Təki vətən yaşasın.
II – Oxucu: Sinəsindəki sazaq,
Dodağındakı neyik
Bu tayında Quzeyik,
O tayında Güneyik
Axı biz kimik, nəyik?
Təki Vətən yaşasın,
Azərbaycan yaşasın!
Aparıcı:
Qonaqlardan birinə söz verək.
Aparıcı:
Bəli ölkəmizin qorunmasında, saxlanılmasında, müstəqil dövlət kimi yaşamasında və inkişaf etməsində Milli Qəhrəmanlarımızın böyük payı var. Məhz bu səbəbdən də hər bir Azərbaycanlı onları öyrənməli, tanımalı, sevməli, onların xidmətlərini daima xatırlamalı, qiymətləndirməli, tanıtdırmalı, bu günkü və gələcək nəsillərimizə örnək olan ömürlərindən dərs almalı, onlara minnətdar olmalıdır.
İndi 5-saylı orta məktəbin 4-cü sinif şagirdlərinin ifasında Azərbaycan marşını dinləyək: (Marş səslənir)
Dostları ilə paylaş: |