Gəncə Şəhər Mədəniyyət və Turizm



Yüklə 84,48 Kb.
səhifə1/13
tarix04.01.2022
ölçüsü84,48 Kb.
#53606
  1   2   3   4   5   6   7   8   9   ...   13


Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi

Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodiki İşlərin təşkili şöbəsi





Əliağa Kürçaylı adlı bir şair vardı”


(Şair Əliağa Kürçaylının anadan olmasının 85 illiyi ilə əlaqədar

metodiki vəsait)


Gəncə - 2013

I-ci bölmə:

Həyat və yaradıcılığı
Gecələr ay olmaq istəyirəm mən...

Sevən ürəklərin məhəbbətindən.

Səma ucalıqda pay almaq üçün,

Ən yüksək qübbəyə ucalmaq üçün.

Ordan nur səpərəm mən incə-incə,

Bu ana torpağa dan sökülüncə.


Əliağa Kürçaylı 1928-ci il fevralın 20-də Səlyan rayonu Kür Qaraqaşlı kəndində anadan olmuşdur. Orta məktəbin 9-cu sinfindən çıxıb Zaqafqaziya dəmir yolu idarəsinin Səlyan şöbəsində mühasib, Bakı dəmir yolu texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra isə baş mühasib olmuş, Səlyan dram teatrında eyni vəzifəyə dəyişilmişdir. Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. "Sənin gözlərin" adlı ilk şeiri ilə ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatında müntəzəm çıxış etmişdir. Səlyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir. Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib, ADU-nun filologiya fakültəsinə daxil olmuşdur. Onu M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərirlər, ab-havası düşmədiyindən geri qayıdıb. Universitetdə təhsili davam etdirir, eyni zamanda "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" dinləyicisi qəzetində şöbə müdiri işləyir. Moskvada ali ədəbiyyat kursunun "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri, "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor işləmişdir. Sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş, "Yazıçı" nəşriyyatında baş redaktor olmuşdur.

1980-ci il fevralın 11-də uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.

Şair Əliağa Kürçaylı əsərlərindəAzərbaycan təbiətinin rəngarəng çalarlarından, insanların işindən, sevgisindən, iyirminci əsrin müxtəlif ictimai hadisələrindən poetik söhbət açır, lirik və epik poemalarında isə müasirlərimizi düşündürən bir sıra ictimai və əxlaqi məsələlərdən danışır.

Şairin yaradıcılığının ana xətti, baş mövzusu bütün həyatının və taleyinin ən uca nəğməsi olan Kür, Muğan, böyüyüb boya-başa yetdiyi Qaraqaşlı kəndidir.

Əməkdar incəsənət xadimi Əliağa Kürçaylı 1978-ci ildə, sağlığında işıq üzü görmüş “Bütövlük” adlı son kitabına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.


Yüklə 84,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin