Aparıcı:
İndi də 5 saylı orta məktəbin 6-cı sinif şagirdlərinin ifasında şairin “Bəndəm” şeirini eşidək..
Ömür karvan keçən yollara bənzər,
Ona yük olmasın, dövlət, simü-zər.
Ayı keşməkeşli ilə bərabər;
Günü əsr boyda bir aya bəndəm,
Getsəm də nə qədər kəndə, şəhərə,
Baxsam da cənnətə bənzər yerlərə-
Dənizlər deyəndə bəhri – Xəzərə,
Çaylarda Kür adlı bir çaya bəndəm.
Mənim doğma anam – Azərbaycanım,
Taleyim, vüqarım, eşqim, həyanım,
Yolunda ölümə hazırdır canım,
Ey Vətən, ey Vətən, bir haya bəndəm!
Aparıcı:
Şairin sözlərinə yazılmış “Heç xəbərin yoxdu sənin” mahnısını dinləyək.
Aparıcı:
İllər keçəcək, Əliağa Kürçaylını, bu qəlbi bahar şairi həzinliklə, qəribə bir kövrəkliklə xatırlayacağıq.
Dünyada bir Kür çayı var. Dünyada Əliağa Kürçaylı adlı bir şair vardı. Ölümündən illər keçməsinə baxmayaraq indi də var...
Baxın, diqqətlə baxın, göydəki Aya, yerdəki Kür çayına, poeziyamızın budaqlarına və yarpaqlarına, bircə “Səslə məni” şeirini
söyləyin. O, gələcək, mütləq gələcək.
Harda olsam gələrəm,
Təki sən səslə məni,
Darda olsam gələrəm,
Təki sən səslə məni.
Bununla da tədbirimiz başa çatır.
Dostları ilə paylaş: |