36. 74.03(5Aze) Mərdanov, Misir Cümayıl oğlu. Azərbaycan təhsil tarixi. III cild : Müstəqillik
M 53 illəri . - Bakı : Təhsil, 2011. - 672 s. - Müasir Azərbaycan Dövlətinin banisi, Azərbaycanın ilk xalq müəllimi, təhsilimizin daimi himayəçisi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə ithaf edilir.
Annotasiya:Kitabın III cildində müstəqillik illərində Azərbaycanda milli təhsil sisteminin inkişafından bəhs olunur. Kitabda Azərbaycanda təhsilin inkişaf tarixi şərti olaraq üç mərhələyə bölünmüşdür. Birinci mərhələ 1991-1993 cü illəri, ikinci mərhələ 1993-2003-cü illəri, üçüncü mərhələ 2003-cü ildən sonrakı dövrü əhatə edir. Kitabın ayrı-ayrı fəsillərində Azərbaycanda təhsilin təşəkkülü, məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və orta ixtisas təhsili pillələri üzrə inkişaf amilləri, habelə pedaqoji mətbuatın inkişaf tendensiyaları öz əksini tapmışdır.