|
Gəncə şəhəri Nizami Aydın adına 18 №li tam orta məktəbin Azərbaycan dili
|
tarix | 07.04.2018 | ölçüsü | 30,12 Kb. | | #46919 | növü | Dərslik |
|
Gəncə şəhəri Nizami Aydın adına
18 №li tam orta məktəbin Azərbaycan dili
və ədəbiyyat müəllimi Ruhiyyə Yaşar qızı Məmmədovanın
5 sinifdə ədəbiyyatdan Səməd Vurğunun “Azərbaycan”
mövzusunda keçirdiyi dərsin icmalı.
2016
Mövzu:
Səməd Vurğunun “Azərbaycan” şeiri.
Standart:
1.1.2 Şeiri məzmununa görə ifadəli oxuy
1.1.2, 1.2.3 Əsərdə bədii təsvir vasitələrini müəyyənləşdirir və onun
rolunu aydınlaşdırır.
2.1.1 Təqdimat edərkən öyrəndiyi yeni sözlərdən nitqində istifadə
edir.
2.1.2 Müzakirələrdə fikirlərini aydın və ardıcıl şərh edir.
Dərsin məqsədi:
--Azərbaycanın necə gözəl , varlı ölkəyə malik olmasının çagirdlərə
çatdırmaq.
--Şeirdəki bədii təsvir vasitələrindən düzgün istifadə edərək onları tapmaq.
--Azərbaycanın varlı , qonaqpərvər , qəhrəman oğullar yetişdirdiyi
bir ölkə olduğunu şagirdlərə mənimsətmək.
İnteqrasiya: Fənndaxili
İş forması: Kollektiv
İş üsulu: Əqli hücum
Resurslar: Dərslik , təbaşir , iş vərəqi , qiymətləndirmə cədvəli
Dərsin gedişi.
Motivasiya.
Varlıdır Qəhrəmanlar yetirir Göygöl
Dahilər yetirmişlər Azərbaycan Bərəkətli çölləri var
Odlar diyarıdır Sərvəti var Dillər əzbəri olan Muğanı,
Qarabağı, Mili var
Dostlar! Gəlin sizə bir-bir danışım
Min bağın , bağçanın barı məndıdir.
Sinəm oylağıdır gözəlliklərin
Hər sevən ürəyin yarı məndədir
Nə çoxdur qoynumda almalı bağlar!
Qüdrətim göylərin dillərini bağlar
Meşəli dərələr , sal buzlu dağlar.
Dağların süd kimi qarı məndədir
İnsan bir uşaqdır , vətən bir ana
Ömür bir çıraqdır könül pərvanə.
Yolunuz düşdümü bizim Şirvana?
Gül açan heyvası , narı məndədir.
Tədqiqat sualı.
“Azərbaycan” deyəndə hansı hisslər keçirirsiz?
Tədqiqatın aparılması.
İgidlər yurdudur, bu dağ, bu aran.
Bu dağlar başında qalmamış boran.
Hər təzə çiçəkdən bir şirə soran
Pətəyə bal düşən arı məndədir.
Bu misrada məcazın hansı növündən istifadə edilmişdir?
Qruplarla iş.
1 qrup Göygöl
2 qrup Qız qalası
3 qrup Kəpəz
4 qrup Nizami Gəncəvi
1 qrup “Göygöl”
“Azərbaycan” şerində qəhrəmanlardan bəhs edən
parçanı yazın.
2 qrup “Qız Qalası”
Verilmiş parçada məcazin hansı növü işlənmişdir?
Ağdaşın pambığı çiçək-çiçəkdir ,
Şəkinin bəzəyi şaldır , ipəkdir.
Qarabağ gözəli dünyada təkdir.
İsti yanaqların narı məndədir.
3 qrup “Kəpəz”
Verilmiş misrada söhbət nədən gedir?
Ölsün bu yerlərdən ilham almayan,
Qəlbini saz kimi tutub çalmayan,
Yarışda gənclikdən geri qalmayan,
Min qoca məndədir , qarı məndədir.
4 qrup “Nizami Gəncəvi”
Verilmiş misrada bənzətməni seç.
Yerdən ayağını quş kimi üzüb
Yay kimi dartınıb , ox kimi süzüb,
Yenə öz sözünü nizama düzüb
Baş alıb gedirsən hayana ceyran?
İnformasiya mübadiləsi.
Şeirdəki misraların mənaları açıqlanır və məcazların növləri deyilir.
İnformasiya müzakirəsi.
Hər qrup ayrı-ayrılıqda öz işini təqdim edir, qrup işləri müzakirə olunur.Fikirlər
dinlənilir.
Nəticə və ümümləşdirmə.
Şagirdlərin fəaliyyəti müşahidə qabiliyyətinə görə qiymətləndirilir.
Qiymətləndirmə.
Meyarlar
Qruplar
|
Əməkdaşlıq
|
Tədqiqat
|
Təqdimat
|
Tətbiqetmə
|
1 qrup
|
|
|
|
|
2 qrup
|
|
|
|
|
3 qrup
|
|
|
|
|
4 qrup
|
|
|
|
|
Evə tapşırıq: Səməd Vurğunun “Azərbaycan” şerini əzbər öyrənmək və şeirdə işlənən bədii təsvir vasitələri seçib yazmaq.
Dostları ilə paylaş: |
|
|