Gənclər paytaxtı”nın seçilməsi haqqında Əsasnamə Ümumi müddəalar



Yüklə 14,84 Kb.
tarix22.10.2017
ölçüsü14,84 Kb.
#11140

Gənclər paytaxtı”nın seçilməsi haqqında

ƏSASNAMƏ

  1. Ümumi müddəalar

1.1.Azərbaycanın "Gənclər paytaxtı"nın seçilməsi Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.5.5. yarımbəndinə müvafiq olaraq müsabiqə yolu ilə həyata keçirilir.

1.2.Dövlət Proqramının əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın "Gənclər Paytaxtı" (bundan sonra "Gənclər Paytaxtı") elan edilir.

1.3.“Gənclər Paytaxtı”nın elan edilməsi yerlərdə gənclərə diqqətin artırılması, gənclər siyasətinin yeni səviyyədə daha da canlandırılması məqsədi ilə həyata keçirilir.
1.4."Gənclər Paytaxtı" 1 il müddətinə seçilir. Bu müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılması yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir.

2. Müsabiqədə iştirak şərtləri

2.1.Müsabiqə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

2.2.Müsabiqə internet səsverməsi vasitəsilə həyata keçirilir. Səsvermə www.genclerpaytaxti.az saytında təşkil edilir.

2.3.Paytaxt Bakı şəhəri və artıq “Gənclər Paytaxtı” seçilmiş şəhər/rayonlar istisna olmaqla Azərbaycan Respublikasının istənilən şəhər və rayonları "Gənclər paytaxtı"na namizəd ola bilər.

2.4.Təşkilat Komitəsi Namizəd şəhərlərdən (rayonlardan) ibarət səsvermə siyahısını tərtib edir. Səsvermə siyahısına namizədliyini müvafiq qaydada irəli sürmüş şəhərlər (rayonlar) daxil edilir.

2.5.Namizəd olmaq istəyən şəhərin (rayonun) gənclər və idman idarəsi tərəfindən müsabiqənin Təşkilat Komitəsinə (elektron poçt ünvanına - mys@mys.gov.az) aşağıdakı sənədlər təqdim edilməlidir:

2.5.1. Namizədliyin irəli sürülməsi ilə bağlı ərizə/anket (əlavə olunur);

2.5.2. Müvafiq şəhərin (rayonun) mərkəzi icra hakimiyyəti orqanı tərəfindən verilmiş dəstək məktubu;

2.5.4. Motivasiya məktubu ("Gənclər Paytaxtı" iddiasına dair yazılı əsaslandırma, A4 formatı, 1 vərəq).

2.6. Səsvermə siyahısı veb saytda dərc edildikdən sonra namizəd şəhər (rayon) tərəfindən "Gənclər Paytaxtı" konseptini əks etdirən təqdimat (PPT/PPTX formatı, 10-20 slayd, ilk slayda şəhər/rayonun adı) və ya çarx (DVD formatı, 5-10 dəqiqə, ilk kadrda şəhər/rayonun adı) Təşkilat Komitəsinə (elektron poçt ünvanına - mys@mys.gov.az ) təqdim edilməlidir.

2.7. Təqdim edilən video çarx və təqdimatlar veb saytın işçi heyəti tərəfindən www.genclerpaytaxti.az saytında yerləşdirilir.

3. Səsvermənin keçirilmə qaydaları

3.1.Səsvermədə yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq hər kəs Azərbaycanın Gənclər Paytaxtının seçilməsində bərabər hüquqla iştirak edə bilər.

3.2. Səsvermə prosesi 3 prinsip əsasında aparılır: açıq, şəffaf, bərabər.

3.3. Səsvermə zamanı verilən hər səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır.

3.4. Səsvermə başa çatdıqdan sonra ən çox səs toplamış şəhər (rayon) qalib seçilir.

4. Müsabiqənin keçirilmə müddəti

4.1. Müsabiqə aşağıdakı mərhələlərdə və müddətlərdə keçirilir:



  • Namizədliyin irəli sürülməsi ilə bağlı sənədlərin təqdim olunması - 29 dekabr - 19 yanvar;

  • Səsvermə siyahısının formalaşdırılması - 21-23 yanvar;

  • Səsvermənin keçirilməsi - 23 yanvar - 01 fevral

4.2. 01 fevral tarixində saat 23.59-dan sonra verilmiş səslər qeydə alınmır.
5. Təşkilat Komitəsi

5.1. Təşkilat Komitəsinin funksiyaları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir.

5.2. Təşkilat Komitəsinin ünvanı:

AZ-1072, Bakı şəhəri, Olimpiya küçəsi, 4

5.3. Təşkilat Komitəsi ilə əlaqə:

Tel.: (+99412) 465 84 15



E-mail: mys@mys.gov.az
Yüklə 14,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin