Saatdarın atəş açma hüququ. Saatdar özünə və ya mühafizə etdiyi obyektə aşkar basqın olduğu hallarda aşağıdakı qaydada silah işlətmək hüququna malikdir:
Xəbərdarlıq edib, xəbərdarlıq atəşi açıb, atəş açmaq;
Xəbərdarlıq edib, xəbərdarlıq atəşi açmayıb, atəş açmaq;
Xəbərdarlıq etməyib, xəbərdarlıq atəşi açmayıb, atəş açamaq.
Saatdar qoruduğu obyekti yada qadağan olunmuş ərazini mühafizə edərkən, posta təklükə hiss etdiyi zaman, posta yaxinlaşan şəxsə xəbərdarlıq edib, xəbərdarlıq atəşi açıb, gələn şəxsi postun ərazisindən uzaqlaşdırır.
Pis görmə şəraitində (duman, çiskin, sis) postlar tabeliyində göstərilən məsafədən posta və ya qadağan olunmuş əraziyə yaxınlaşanı görmək mümkün deyilsə, o zaman saatdar xəbər- darlıq edib, xəbərdarlıq atəşi açmadan atəş açmaq kimi hüquqa malikdir.
Saatdar özünə və ya mühafizə etdiyi obyektə aşkar basqın olduğu hallarda xəbərdarlıq etmədən, xəbərdarlıq atəşi açmayıb, silah işlətməlidir.
Postun təhvil-təslimi zamanı qarovulun vəzifələri. Postun təhvil-təslimi zamanı hər hansı nasazlıq aşkar edildikdə və yaxud möhürlərin izləri ilə, postlar siyahısında göstərilən və həmçinin qorunan döyüş texnikasının miqdarı ilə uyğun gəlmədikdə dəyişdirici postun təhvilini dayandırır və qarovul rəisini çağırır, postları yeni qarovul qəbul etdiyi zaman belə hallar baş verdikdə köhnə və yeni qarovul rəisləri çağırılırlar.
Postun təhvil-təslimi qurtardıqdan sonra saatdar və postu qəbul etmiş qarovul nəfəri qorunan obyektin əks tərəfinə üzvlərini tutaraq dayanırlar və növbə ilə məlumat verirlər. Məlumat və dəyişdirici tərəfdən göstəriş aldıqdan sonra saatdar silahını götürür və postda vəzifəsini yerinə yetirməyə başlayır.
§ 6 SIRADAN ÇIXMA VƏ RƏİSƏ YAXINLAŞMA
Silahsız hərbi salamın verilməsi qaydası (əməli). Salamı dəqiq və gümrah, sıra duruşu və yerişi qaydalarını düzgün yerinə yetirməklə verməli. Sıradankənar duruş vəziyyətində baş geyimsiz salam vermək üçün rəis 5-6 addımlığa çatanda ona tərəf dönməli, «Farağat» komandası ilə durmalı, onun üzünə baxaraq başını dalınca çevirməli.
Əgər baş geyimi geyilibsə bundan başqa, sağ əli baş geyiminə elə yapışdırmalı ki, barmaqlar bir yerdə olsun, ovuc düz, orta barmaq baş geyiminin aşağı ucuna–günlüyün yanına toxunsun, qol çiyin xətti və səviyyəsində olsun. Başı rəisə tərəf döndərdikdə əlin vəziyyəti dəyişməz qalır. Rəis salam verəni ötüb keçəndən sonra başı düzəltməkdə eyni vaxtda əli aşağı salmalı.
Sıradankənar yeriyərkən baş geyimsiz salam vermək üçün rəisə 5-6 addım qalmış eyni vaxtda əllərin hərəkətini saxlayıb sıra addımına keçməklə, başını ona tərəf döndərməli, yerişi davam etdirərək onun üzünə baxmalı.
Rəisi ötəndə başı düzəltməli və əllərlə hərəkəti davam etdirməli. Baş geyimi geyilməyibsə, sıra addımına keçməklə eyni vaxtda başı döndərməli, əli baş geyiminə yapışdırmalı, sol əli budun yanında hərəkətsiz saxlamalı. Rəisi ötəndə sol ayağı yerə qoymaqla başı düzəltməli və sağ əli aşağı salmalı. Yeriyən rəisi ötüb keçdikdə salamı ötmənin birinci addımı ilə verməli. İkinci addımla başı düzəltməli və sağ əli aşağı salmalı.