GəncləRİN ÇAĞirişAQƏDƏRKİ hazirliği II hiSSƏ vəTƏNPƏRVƏRLİk anlayişI. Azərbaycan respublikasinin fəXRİ MÜkafatlari


Motoatıcı tağımın hücumda döyüş düzülüşü



Yüklə 0,54 Mb.
səhifə18/32
tarix27.10.2022
ölçüsü0,54 Mb.
#118696
1   ...   14   15   16   17   18   19   20   21   ...   32
GÇH plan konspekt 2

Motoatıcı tağımın hücumda döyüş düzülüşü. Motoatıcı taqım bölüyün tərkibində hücuma keçə bilər, taborun ehtiyatını təşkil edə bilər, döyüş kəşfiyyatı dozorunda fəaliyyət göstərə bilər. Bundan əlavə motoatıcı taqım hava desantında fəaliyyət göstərə bilər, həmçinin həmlə qrupunun əsasını təşkil edə bilər.
Şəraitdən və yerinə yetirilən tapşırıqdan asılı olaraq motoatıcı taqıma qumbaraatan, tank əleyhinə bölmələr və digər atəş vasitələri, müstəqil tapşırıq yerinə yetirən zaman isə mühəndis bölmələri verilə bilər.
Motoatıcı taqımın döyüş düzülüşü adətən motoatıcı manqalardan, idarəetmə və atəşlə himayə qrupundan ibarət olur. Bundan əlavə taqımda döyüş maşınları qrupu yaradıla bilər.
Yerinə yetirilən tapşırıqdan asılı olaraq, motoatıcı taqım düz xətlə, geri (irəli) bucaqla və ya tinli (sağa və ya sola) düzülüşdə hücuma keçir. Manqalar arasında cəbhə üzrə və dərinliyə interval 50 m qədər ola bilər. Taqım 300 m-ə qədər cəbhədə hücuma keçir.
§ 8. MÜHƏNDİS MANEƏLƏRİNİN TƏYİNATI, QURULUŞU,
DÖYÜŞ XASSƏLƏRİ VƏ İŞ PRİNSİPİ

Müasir döyüşdə müasir mühəndis maneələri bölmələrin döyüş əməliyyatlarının təmin edilməsində vacib rol oynayır. Bunlar yerdə, suda və ya havada düşmənə zədə yetirmək, onun hərəkətini zəiflətmək, ləngitmək və manevrliyini çətinləş- dirmək məqsədilə düzəldirlər. Düşmənə təsirinin xarakterinə görə mühəndis maneələrinin minapartlayıcı, partlamayan və kombinə edilmiş növləri olur. Minapartlayıcı maneələr mühəndis maneələrinin əsas növü sayılır. Minapartlayıcı maneələr qurmaq üçün minalar tətbiq edilir. Təyinatına görə minalar tank əleyhinə mina və piyada əleyhinə mina növ- lərinə ayrılır.


Tank əleyhinə minalar. Tank əleyhinə minalar – tankları və digər döyüş texnikasını məhv etmək üçün tətbiq edilir. Tank əleyhinə mina 1924-cü ildə rus hərbi mühəndisi Dimitiri Mixayloviç Karbışov tərəfindən yaradılmışdır.
Ümumi quruluşu. Mina gövdədən (metal, ağac və ya plastik kütlədən), partlayıcı maddədən, atımdan, partlayıcıdan, ara detanatorundan ibarətdir. Tank əleyhinə minaların döyüş xassələri 4-cü cədvəldə verilmişdir.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin