GəncləRİN ÇAĞirişAQƏDƏRKİ hazirliği II hiSSƏ vəTƏNPƏRVƏRLİk anlayişI. Azərbaycan respublikasinin fəXRİ MÜkafatlari



Yüklə 0,54 Mb.
səhifə32/32
tarix27.10.2022
ölçüsü0,54 Mb.
#118696
1   ...   24   25   26   27   28   29   30   31   32
GÇH plan konspekt 2

Payız milçəyi. Bu milçək heyvan düşərgələrində yaşamaqla yumurtalarını heyvanların peyininə, çürümüş otlara buraxır və burada inkişaf edirlər. İnkişaf etmiş payız milçəyi heyvanı bərk sancır, atlara, eşşəklərə, qatırlara, qaramala, donuzlara və itlərə hücum edir. Qarayara, tulyaremiya, infeksion və invazion xəstəliklərin keçirilməsində böyük rol oynayırlar.
Ev milçəyi. Təbiətdə geniş yayılmışdır. Bu milçək yumur- tasını heyvan və insan peyininə, çürümüş yem qalıqlarına, heyvan yemlərinə buraxmaqla yay mövsümü ərzində 1080-1440 ədədə kimi bala verir. Bunlar o biri milçəklər kimin heyvanları sancmır və qanını sormur. Bu milçəklər xəstəlik törədicilərini heyvanın selikli qişalarına, dərisinə oturması və diri yaxud ölmüş vəziyyətdə heyvanın həzm aparatına düşməsi yolu ilə keçirirlər. Milçəklər vasitəsilə qarayara, vərəm, dabaq, taun, brusellyoz xəstəliklərini ev milçəkləri tərəfindən keçi- rilməsi eksperiment və müşahidələrlə sübut edilmişdir.
Ağcaqanad. Bunun növü çoxdur, insanlarda bir növü malyariya xəstəliyini yoluxdurur. Heyvanlarda ensefalomielit xəstəliyini, qarayaranı və infeksion anemiyanı ağcaqanadlar vasitəsilə keçirilir .
Heyvan bitləri. Qaramal, davar, at, eşşək, qatır, donuz, dovşan və vəhşi heyvanların dəri səthində yerləşməklə onların qanı ilə qidalanır. Bitlər xortumunu heyvanın dərisinə sancmaqla əvvəlcə buraya öz ağız suyunu buraxıb, qanın laxtalanma qabiliyyətini pozur, sonra isə heyvanın qanını sormağa başlayır. Sonradan isə onlara leptospiroz, pasterellyoz və septik xəstliklərin törədicilərini keçirirlər.
Gənələr. Heyvanlarda parazit həyat keçirirlər. Bunların bir qismi heyvanda bilavasitə dəri xəstəliklərini əmələ gətirir, digər qismi isə bir çox parazitar və infeksion xəstəlikləri bir heyvandan başqa heyvana keçirir. Gənələr infeksion xəstəliklərdən pasterellyoz, infeksion anemiya, leptospiroz, brusellyoz, quşlarda spiroxitoz xəstəliklərinin törədicisini keçirirlər. Gənələr dəridən qan soraraq xəstəliyin törədicisini həmin yerdən orqanizmə keçirirlər.
Gəmiricilər. Bunlar xalq təsərrüfatına çoxlu ziyan vururlar. Gəmiricilər heyvanların və insanların infeksion xəstəliklərə tutulmasına, bu xəstəliklərin baş verməsinə, yayılmasına, epizootoloji halların əmələ gəlməsinə səbəb olurlar. İnfeksion xəstəliklərdən ölmüş gəmiricilər (siçan, siçovul və s.) xəstəlik mənbəyi olmaqla infeksiyanı xarici mühitə yayırlar. Gəmiricilər listerioz, leptospiroz, brusellyoz, cavanlarda paratif, botulizm və s. xəstəliklərini keçirib yayırlar.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin