GəncləRİN ÇAĞirişAQƏDƏRKİ hazirliği II hiSSƏ vəTƏNPƏRVƏRLİk anlayişI. Azərbaycan respublikasinin fəXRİ MÜkafatlari



Yüklə 0,54 Mb.
səhifə5/32
tarix27.10.2022
ölçüsü0,54 Mb.
#118696
1   2   3   4   5   6   7   8   9   ...   32
GÇH plan konspekt 2

«Tərəqqi» medalı. Azərbaycan Respublikasının «Tərəqqi» medalı. Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

  • Sənaye və kənd təsərrüfatı sahəsində qazandıqları uğurlara görə;

  • Böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə görə;

  • Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, xalq təhsili və səhiyyə sahələrində xidmətlərinə görə;

  • Xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə görə;

  • Bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə.

«Hərbi xidmətlərə görə» medalı.Azərbaycan Respublikasının «Hərbi xidmətlərə görə» medalı Azərbaycan Respub- likasının hərbi qulluqçularına aşağıdakılara görə verilir:

  • Öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə;

  • Dövlət sərhədlərinin qorunmasında xidmətlərinə görə.

«Hərbi xidmətdə fərqləndiyinə görə» medalı. «Hərbi xidmətdə fərqlənməyə görə» medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakılara görə təltif edilirlər:

  • Döyüş hazırlığındakı əla göstəricilərə görə;

  • Təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fərqlənməyə görə;

  • Şücaət, fədakarlıq və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə.

«Hərbi xidmətdə fərqlənməyə görə» medalının üç dərəcəsi vardır:

  • «Hərbi xidmətdə fərqlənməyə görə» 1-ci dərəcəli medal;

  • «Hərbi xidmətdə fərqlənməyə görə» 2-ci dərəcəli medal;

  • «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medal.

«Sərhəddə fərqlənməyə görə» medalı. «Sərhəddə fərqlənməyə görə» medalı ilə Azərbaycan Respublikası Sərhəd qoşunlarının hərbi qulluqçuları və başqa şəxslər aşağıdakılara görə təltif edilirlər:

  • Azərbaycan Respublikasının dövlət sərhədini pozanların tutulub saxlanması ilə əlaqədar döyüş əməliyyatlarında göstərilən rəşadətə görə;

  • Dövlət sərhədinin toxunulmazlığını qoruyarkən rəşadətə görə;

  • Dövlət sərhədinin mühafizəsində göstərilən yüksək sayıqlığa və təşəbbüskarlığa görə;

  • Sərhəd mühafizə xidmətində yüksək təşkilatçılıq bacarığı və dövlət sərhədinin möhkəmləndirilməsində nümunəvi işə görə;

  • Dövlət sərhədinin mühafizəsində sərhəd qoşunlarına fəal köməyə görə.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin