GəncləRİN ÇAĞirişAQƏDƏRKİ hazirliği II hiSSƏ vəTƏNPƏRVƏRLİk anlayişI. Azərbaycan respublikasinin fəXRİ MÜkafatlari


«Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı



Yüklə 0,54 Mb.
səhifə6/32
tarix27.10.2022
ölçüsü0,54 Mb.
#118696
1   2   3   4   5   6   7   8   9   ...   32
GÇH plan konspekt 2

«Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı. «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı ilə Azərbaycan Respublikası ilə hərbi əməkdaşlığın möhkəm- ləndirilməsində göstərdikləri xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər.
«Azərbaycan Respublikası Silahlı Qüvvələrin Veteranı» medalı. «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər.
«Qüsursuz xidmətlərə görə» medalı. «Qüsursuz xidmətlərə görə» medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilir «Qüsursuz xidmətlərə görə» medalının üç dərəcəsi vardır:

  • «Qüsursuz xidmətlərə görə» 1-ci dərəcəli medal Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

  • «Qüsursuz xidmətlərə görə» 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

  • «Qüsursuz xidmətlərə görə» 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

«Azərbaycan Respublikası Silahlı Qüvvələrin 10 illiyi (1991-2001)» yubiley medalı. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)» yubiley medalı ilə 2002-ci il iyun ayının 26-na qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabit, gizir və miçmanlar, habelə Silahlı Qüvvələrdən ehtiyata yaxud istefaya buraxılmış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və onun möhkəmlənməsində fəal iştirak edən zabitlər təltif edilirlər.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin