GəncləRİN ÇAĞirişAQƏDƏRKİ hazirliği II hiSSƏ vəTƏNPƏRVƏRLİk anlayişI. Azərbaycan respublikasinin fəXRİ MÜkafatlari



Yüklə 0,54 Mb.
səhifə9/32
tarix27.10.2022
ölçüsü0,54 Mb.
#118696
1   ...   5   6   7   8   9   10   11   12   ...   32
GÇH plan konspekt 2

Hərbi qulluqçuların məsuliyyəti. Hərbi qulluqçular hüquq pozuntuları törətdiyi halda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Hərbi rütbəsindən və xidməti vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər. Hərbi qulluqçular yol hərəkəti qanunlarını, ov, balıqçılıq və balıq ehtiyatlarının mühafizəsi qaydalarını, gömrükxana qaydalarını pozmağa və qaçaqmalçılığa görə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Müəyyən edilmiş hərbi xidmət qaydasına qarşı cinayət törədilməsinə görə onlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə, hərbi cina- yətlərə görə cinayət məsuliyyəti daşıyırlar. Belə qanun pozun- tuları aşağıdakılardır:

Hərbi qulluqçular tərəfindən qanun pozuntularının dərəcəsindən asılı olaraq komandir və ya rəis hərbi qulluqçuları intizam nizamnaməsinin bəndlərinə görə cəza tədbirləri verə bilər.
Əmr və sərəncamların verilməsi qaydaları və onların icrası. Əmr – rəisin yazılı və ya şifahi verdiyi göstərişdir. Əmr verildikdə hərbi qulluçu qeyd–şərtsiz, dəqiq və vaxtında yerinə yetirməlidir. Hissə və bölmə komandiri gündəlik məsələlərin yerinə yetirilməsi üçün bütün göstərişlərini sərəncam şəklində verir. Əmr və sərəncamlar bir qayda olaraq tabelik üzrə verilir.
Hərbi qulluqçuya əmr verildikdə o, «Oldu» cavabını verərək əmri yerinə yetirməlidir. Zəruri hallarda əmri düzgün başa düşmədikdə və əmin olmaq məqsədilə əmrin qısa şəkildə təkrar olunmasını tələb edə bilər. Əmr yerinə yetirildikdən sonra hərbi qulluqçu bu barədə əmri vermiş rəisə və özünün bilavasitə rəisinə məlumat verməlidir.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin