GəncləRİN ÇAĞirişAQƏDƏRKİ hazirliği II hiSSƏ vəTƏNPƏRVƏRLİk anlayişI. Azərbaycan respublikasinin fəXRİ MÜkafatlari


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi



Yüklə 0,54 Mb.
səhifə11/32
tarix27.10.2022
ölçüsü0,54 Mb.
#118696
1   ...   7   8   9   10   11   12   13   14   ...   32
GÇH plan konspekt 2

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli 885 saylı qanunu ilə təsdiq edilmişdir. Bu nizamnamə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi intizamını müəyyənləşdirir, onların vəzifə və hüquqlarını tənzimləyir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrindəki hərbi intizam cəza və məcburiyyət prinsiplərinə deyil, hərbi qulluqçuların yüksək şüurluluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlminəlçilik prinsiplərinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır.
Hərbi intizam. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Hərbi intizam hər bir hərbi qulluqçunu:

  • Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, Hərbi Andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin əmr və sərəncamlarına sözsüz tabe olmağa;

  • Hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən öz qanını və hətda həyatını belə əsirgəməməyə;

  • Hərbi və dövlət sirlərini möhkəm saxlamağa;

  • Namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasına, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumalı;

  • Komandirlərə və böyüklərə hörmət etməli və əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyi.

Komandirin əmri tabelikdə olanlar üçün qanundur. Əmr sözsüz, dəqiq və vaxtında yerinə yetirilməlidir.
Əgər tabelikdə olan tabe olmaqdan açıq-aşkar imtina edirsə, yaxud müqavimət göstərirsə, komandir tabeçiliyində olanı məsuliyyətə cəlb etməlidir. Bu zaman silahdan ancaq döyüş şəraitində istifadə edə bilər.
Sülh dövründə isə silah yalnız müstəsna hallarda şərait təcili tədbirlər görməyi tələb etdikdə, yəni tabe olmayanın hərəkətləri Vətənə xəyanətə, döyüş tapşırığının yerinə yetirilməsinə yönəldikdə və ya komandirin, digər hərbi qulluqçuların, ya da mülki vətəndaşların həyatına real təhlükə yarandıqda işlədilə bilər.
Şərait imkan verirsə, komandir silah işlətməkdən əvvəl tabe olmayana xəbərdarlıq etməlidir. Komandirin silah işlətməsi haqqında dərhal komanda üzrə məlumat verməlidir.
Qayda-qanun və intizam bərpası üçün tədbir görməyən komandir bunun üçün məsuliyyət daşımalıdır.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin