Əsgər, matros və çavuşların həvəsləndirilməsi. Həvəslən- dirmələr hərbi qulluqçuların tərbiyə edilməsi və hərbi intizamın möhkəmləndirilməsi üçün mühüm vasitədir. Komandir ona verilən hüquqlardan istifadə edərək, tabeliyindəkiləri həvəsləndirə bilər. Əsgərlər, matroslar və çavuşlar üçün aşağıdakı həvəsləndirmələr tətbiq edilir:
Təşəkkür elan etmək;
Əvvəl verilmiş intizam cəzasını ləğv etmək;
Növbədənkənar hissənin yerləşdiyi yerdən (gəmidən) kənara buraxmaq;
Fəxri fərmanla, qiymətli hədiyyə ilə mükafatlandırmaq;
Hərbi qulluqçunu Döyüş Bayrağı yanında foto şəklini çəkmək;
Baş əsgər hərbi rütbəsi vermək;
Hərbi qulluqçunun yaşadığı yerə xidmət borcunu nümunəvi yerinə yetirdiyinə görə ailəsinə təşəkkür məktubu göndərmək;
Müddətdən artıq xidmət edən çavuşları ştat üzrə vəzifəyə təyin etmək;
Əlaçı döş nişanı ilə təltif etmək;
Əsgərlərin, çavuşların adlarını Fəxri kitaba yazmaq;
Əsgərlərə, matroslara, çavuşlara vaxtı nəzərə almadan 10 sutkayadək qısa müddətli məzuniyyətə buraxmaq.
Əsgər, matros və çavuşların cəzalandırılması. Hərbi qulluqçular törətdikləri cinayətlər üçün qüvvədə olan qanunvericiliyə müvafiq cinayət məsuliyyəti daşımalıdırlar. Törətdiyi cinayət üçün intizam cəzası almış hərbi qulluqçu cinayət məsuliyyətindən azad edilmir. Əsgərlərə və matroslara verilən intizam cəzaları aşağıdakılardır:
Məzəmmət;
Töhmət;
Şiddətli töhmət;
Hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmadan məhrumetmə;
Növbədənkənar xidmət naryadına təyin etmə (5 xidməti naryadına qədər);
Hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs;
Əlaçı döş nişanından məhrumetmə;
Baş əsgər (baş matros) hərbi rütbəsindən məhrumetmə cəzaları verilə bilər.
Müddətli xidmət çavuşlarına verilən intizam cəzaları aşağıdakılardır:
Məzəmmət;
Töhmət;
Şiddətli töhmət;
Hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmadan məhrumetmə;
Hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs;
Əlaçı döş nişanından məhrumetmə;
Hərbi rütbəsini bir pillə aşağı salma;
Hərbi rütbəsini bir pillə aşağı salmaqla yanaşı aşağı vəzifəyə keçirmə;
Çavuş hərbi rütbəsindən məhrumetmə
Çavuş hərbi rütbəsindən məhrumetməklə yanaşı aşağı vəzifəyə keçirmə cəzaları verilə bilər.
Hərbi hissənin komandirləri onların tabeliklərində olan əsgərlər, matroslar və çavuşlar barədə Nizamnamənin müəyyən etdiyi intizam cəzaları tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malikdirlər.