GəncləRİN ÇAĞirişAQƏDƏRKİ hazirliği II hiSSƏ vəTƏNPƏRVƏRLİk anlayişI. Azərbaycan respublikasinin fəXRİ MÜkafatlari



Yüklə 0,54 Mb.
səhifə3/32
tarix27.10.2022
ölçüsü0,54 Mb.
#118696
1   2   3   4   5   6   7   8   9   ...   32
GÇH plan konspekt 2

«Azərbaycan Bayrağı» ordeni. «Azərbaycan Bayrağı» ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşılığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

  • Azərbaycan Respublikasında milli–azadlıq hərəkatında və ictimai–siyasi fəaliyyətdə xüsusi xidmətlərinə görə;

  • Hərb elminin və hərbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə;

  • Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə;

  • Respublikada əmin - amanlığın təmin edilməsində, asayışin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə;

  • Dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.

«Şöhrət» ordeni. Azərbaycan Respublikasının «Şöhrət» ordeni. Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

  • İqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda xüsusi xidmətlərinə görə;

  • Sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsin də və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə;

  • Sənaye, nəqliyyat, rabitə, tikinti sahələrində və xalq təsərrüfatının digər sahələrində görkəmli əmək nəticələrinə görə;

  • Elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərinə görə.

«Şərəf» ordeni. Azərbaycan Respublikasının «Şərəf» ordeni . Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

  • Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında böyük xidmətlərinə görə;

  • Azərbaycan Respublikasının milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə;

  • İqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda müstəsna xidmətlərinə görə;

  • Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin