Гендер и Цели Развития Тысячелетия


Ümumiləşdirmə: qənaətlər və təkliflər



Yüklə 0,5 Mb.
səhifə3/6
tarix17.03.2018
ölçüsü0,5 Mb.
#45432
1   2   3   4   5   6
4. Ümumiləşdirmə: qənaətlər və təkliflər

Tədqiqatın iki əsas obyekti vardır: universitet sistemində elmi-pedaqoci fəaliyyət aparan müəllim-professor heyəti və müxtəlif pillələrdə təhsil alan tələbə gənjlər kontingenti. Onlar birlikdə universitet məkanında gender iqliminin formalaşması və təkamülü yollarının təyin edilməsində iştirak edirlər və bu səbəbdən gender iqliminin dəyərləndirilməsində müfəssəl informasiya mənbəi sayıla bilərlər.

Universitet mühitində gender problemləri universitet-müəllim, universitet-tələbə, müəllim-müəllim, tələbə –tələbə və müəllim-tələbə-müəllim münasibətlərini əhatə edir və sistem şəkilində mərhələli silisilə tədqiqatın keçirilməsinə ehtiyaj vardır. Hazırki tədqiqatı həmin silsilənin başlanğıjı və sınaq-yooxlama tədqiqatı hesab etmək olar, çünki bu səpkidə universitet məkanında gender iqlimi Azərbayjanda ilk dəfə həyata keçirilmişdir.

Gender problemlərinin təhsil sistemində özünəməxsus təsirləri və geniş sosial mühitdən gələn təsirlər universitet məkanında gender iqliminin dəyişmə dinamikası və qanunauyğunluqların ayırd edilməsini aktual nəzəri-praktiki məsələyə çevirmişdir.

Tədqiqat qeyd edilən səpkidə müəllimlərin və tələbələrin rəyləri və mülahizələri əsasında ölkənin ali təhsil sistemində sadə olmayan və çox vaxt uzaq nətijələri bəlli olmayan prosesləri izləməyə, və mövjud gender münasibətləri ab-havasının, gender bərabərsizliyinin ali təhsildəki təzahürlərinin mənzərəsini yaratmağa imkan vermişdir.



Qeyri-ənənəvi elmi yanaşma olan gender baxışı ali təhsilin problemlərinə yeni jəhətlərin açıqlamasına müvəffəq olmuşdur. Məlum olmuşdur ki, məhz təhsil sistemində dəyərlər sisteminin transformasiyası bir sıra gözlənilməz və hərdən jiddi neqativ nətijələrə gətirib çıxarır. Bunlar aşağıdakı tədqiqat nətijələrində ümumiləşdirilmişdir və onların əsasında tövsiyyələr irəli sürülmüşdür:

    1. Universitet məkanında gender iqlimi müəllim heyətinin formalaşdırdığı statuslar tarazılığı ilə müəyyən edilir: kişi-müəllimlər daha çox tədqiqatçı-alim, qadın-müəllimlər isə daha çox peşəkar pedaqoq statusunun daşıyıjısı kimi çıxış edirlər;

    2. Araşdırma nətijəsində təsbit etmək olar ki, Azərbayjanın universitet məkanında gender iqlimi demokratiklik və tolerantlıqla xarakterizə olunur.

    3. Bazar münasibətləri və liberallaşma istiqamətində davam edən ijtimai transformasiya ali təhsilin komersiyalaşmasını güjləndirər, getdikjə daha çox təzadlar törədə bilər və bu gender iqliminə mənfi təsir edə bilər.

    4. İjtimai transformasiya (belə desək, keçid dövrü) dəyərlər sistemində terminal (aksçioloci) və instrumental (vasitə) dəyərlər balansını pozaraq bir sıra hallarda vasitə-dəyərləri ön plana çəkmişdir. Ali təhsil bir çox halda həm müəllim fəaliyyəti, həm tələbənin tədris fəaliyyətinin məqsədlərini bir qədər təhrif etməyə başlamışdır.

    5. Dəyərlərin liberallaşması getdikjə maddiyyət və nətijəlilik meyarlarını ön plana çəkəjək və bu da universitet məkanında rəqabət və mübarizə (o jümlədən jinslərarası) meyllərini güjləndirəjəkdir.

    6. Vaxtı ilə yüksək sosial nüfuza malik olan ali məktəb müəllim peşəsi hazırda statusunu itirərək (aşağı əmək haqqı, tədris prosesində təsir nüfuzu və s.) universitet məkanında müəyyən dərəjədə autsayder mövqeyinə düşmək, müəllim nüfüzuna ən böyük təsir isə ali təhsilin əslində komersiyalaşması nətijəsində olmuşdur.

    7. Tələbələrin universitet, peşə və ixtisas seçimində sözsüz ki gender izi vardır. Qızlar daha çox bəyəndiyi, maraqlı və faydalı peşə üzrə mütəxəssis olmaq istəyirlər, oğlanlar isə daha çox faydalı, nüfuzlu, karyera perspektivi olan ixtisasları seçirlər.

    8. Həm oğlanları, həm qızları ali təhsilə yiyələnməkdə intellektual sahəyə mənsub olmaq, bilikli və erudisiyalı müasir şəxsiyyətə çevrilmək istəyi və motivi onların təhsil məkanında davranışını təyin edir.

    9. Universitet məkanında komersiyalaşma meylləri bir çox aspektləri əhatə etməyə başlayajaqdır: müəllimlərin tələbə üçün müasir və aktual biliklərə yiyələnməkdə faydalı olmaları üzrə rəqabət, təhsil prosesində səmərəli davranış vasitəsilə maksimum bilik və qabiliyyətə yiyələnmək, mütəxəssis bazarı ilə daha sıx qarşılıqlı əlaqələr yaratmaq və artan tələbkarlığa javab verməyə daima hazır olmaq- bunlar qadın-müəllimlərin də rəqabətqabiliyyətli olmasını diqqət mərkəziinə çəkəjəkdir.

    10. Təhsil mühitinin və o jümlədən ali təhsil məkanın feminizasiya prosesi doyma nöqtəsinə çatmaq üzrədir: bu sahənin nüfuzu yüksəlmə dövrünə çıxdıqja, kişilərin «qayıdış» meylləri güjlənəjəkdir. Guman edilir ki, növbəti mərhələdə universitet məkanında yeni nəsl bilik və texnologiya daşıyıjıları olan müəllimlərlə ənənəvi müəllimlər arasında rəqabət güjlənəjəkdir, burada kişi-müəllimlərin üstünlükləri onların mobilliyi və texnokratlığından irəli gələjəkdir.

    11. İndiki universitet məkanında müəllim-tələbə münasibətlərində utilitar meyllərin güjlənməsi təlim prosesinin və təhsilin nətijələrinin keyfiyyətinə mənfi təsir göstərir: nə qədər ki, qadın-müəllimlər bu meyllərdən kənar olmağa çalışırlarsa bu onların nüfuzunun artmasına xidmət etmiş olar.


Üzeyir Şəfiyev
Qadınların siyasi iştirakçılığının müasir vəziyyəti

və qlobal qadın hərəkatı
Müasir qloballaşan dünyada qadınların sosial mobilliyinin artması transmilli qadın hərəkatının növbəti dalğası fonunda təbii və başadüşüləndir. Daha çox patriarxat çevrilişdən sonra cinsi diskriminasiya zəmnində yüksələn qadın hərəkatı dalğası qadınlara qarşı sərt siyasi-hüquqi iqlimli şəraitdə daha aqresiv təbiət qazanmış,getdikcə matriarxat çevriliş şəraiti hazırlayan qiyafədə görünməkdədir. Bu qənaətimiz bizim heç də patriarxat cəmiyyət mühafizəkarı olmağımız rəyini yaratmamalıdır. Əlbətdə, qadın hərəkatının zəruri və kafi əsasları olmamış deyildir. Məlumdur ki, bəşəri patriarxat çevrilişdən üzü bəri istər ictimai şüurun müxtəlif səviyyələrində (xüsusilə ictimai auditoriyanın kişi kontingenti içərisində) istərsə də fərqli siyasi rejmli səviyyələrdə bəzən total şəkildə qadınların siyasi sosiallaşmasına birmənalı olaraq dözümsüz münasibət göstərərək xüsusi yasaqlar qoyulmuşdur. İctimai-fəlsəfi fikir tarixindən qədim yunan müdriki Aristotel, bir qədər sonra Hobs, Russo, Kant, Hegelin qadına yalnız bioloji traktovka verməsi, zərif məxluqları kişilərin xidmətdarı kimi qiymətləndirmələri məlumdur. Qadına belə münasibət bir çox dini-fəlsəfi sistemlərdə və dinlərdə də mövcuddur. Avqustinin, Foma Akvinskinin qadının «Allah obrazından məhrum», məhdud məxluq olması fikirləri də qadın düşərgəsində etiraz dalğası üçün demurq ola bilmişdir. Cəmiyyətdə qadın-kişi statusunun identikliyinə bu tipli elitar yanaşma tarixin müxtəlif dövrlərində bu və ya digər şəkildə eqalitar baxış müdaxiləsilə də qarşılanmışdır. İnsan təbiətinin universallığı, identikliyi, bənzərliyi və bunun bir növ təlimə, tərbiyə,vərdişə əsaslandığı fikri üzərində israr edən eqalitar baxış sahiblərinin bu mövqelərindən sonralar feministlər məharətlə baza kimi bəhrələndilər. Bu baxımdan Kondorse, Didro,Helvesti,sonralar Furye və Sen-Sümeni feministlərin sələfləri kimi dəyərləndirmək olar. Qadın hərəkatı mütəşəkkil şəkildə əsasən 18-19-cu əsrdən bünövrə götürsə də indivdual xarakterli qadın protestlərinə (bəzən psixi-patoloji şəkildə, doğuşdan şüurlu imtinaya, deviant və delinkvent əxlaqa qaçış və.s.) bir qədər əvvəlki dövrlərdə də rast gəlmək olar. Feminizm ideologiya qadın siyasi hərəkat forması kimi 18-ci əsrdə, xüsusilə Fransa inqilabı dönəmində və onun təsiri ilə dalğa effekti göstərdi. Qadın hərəkatı daha mütəşəkkil şəkildə əsasən19-cu əsrin 1-ci rübündən etibarən alovlanmağa başlamışdır. O, ilk əvvl ABŞ-da(1840), İngiltərədə(1850), Fransa və Almaniyada (1860) vüsət alaraq başqa ölkələr tərəfindən idxal olunmuşdur. Feminizm latınca femina-qadın sözündən götürülmüş, bir sıra hallarda və dövrlərdə qadın emansipasiyası (xilası), sufrajizm (seçki uğrunda hərəkat) sözünün sinonimi kimi çıxış etsə də özünün son dalğalarında daha radikal mahiyyət kəsb edərək hardasa matriarxat çevriliş şüarını səsləndirməkdədir. Doğrudur, qadınların bir növ instrumentari, təzyiq qrupu kimi ayrı-ayrı dövrlərdə müxtəlif məqsədlər üçün, o cümlədən praqmatik məqsədlər üçün (milli azadlıq hərəkatı, sülh hərəkatı) istifadə edilməsi məlumdur. Ancaq bu tipli fəaliyyət formaları ilə feminizm qarışdırılmamalıdır. Femininzm qadınların daha çox utilitar maraqlarının ,sosietal tələbatının təmininə yönələn hərəkatdır. Bu hərəkatın funksionerləri və kontingentinin əsas hissəsi orta sininf təmsilçiləri olaraq qalır.

Tədqiqatçılar ümumiləşdirmə apararaq qadın hərəkatının siyasətə, qadınların siyasi sosiallaşmasına təsirinin üç əsas istiqamətini qeyd etmişlər: 1)Hərəkat liderləri siyasətə kooptasiya olunur. 2) Hərəkat ideya olaraq bütöv cəmiyyəti cəlb edir. 3) keçmiş marqinal qruplar (qadınlar) siyasi iştirakçılığa və siyasi təsirə nail olurlar. Təbii ki, qeyd olunan bu təsir imkanları real və mümkündür. Bunlarla yanaşı qlobal qadın hərəkatı siyasətdə qadın amilini ciddi nəzərə almağı, qadınlarla təkcə təzyiq qrupu kimi deyil, siyasi aparıcı fiqur kimi hesablaşmağa, müasir dünyanı, xüsusilə dünyanın maskuinik kontingenti dəvət edir. Qadın hərəkatının müxtəlif cərəyan və istiqamətinin təsir zonaları və üsulları fərqlidir. Beləki, hərəkatın liberal qanadı siyasi hakimiyətə, radikal qanadı qadınların davranış və şüuruna, dini-asosiativ istiqamət əhalinin dəyər və davranışlarına,həmkarlar səviyyəli hərəkat isə işçi qüvvələri auditoriyasına daha çox ünvanlanıb.Qadın hərəkatı qender yanaşması fonunda və prizmasında mənalı və məqsədəuyğundur.Gender yanaşması isə konkret götürülmüş bir cəmiyyətdə və dünyada sosial cins olaraq kişi və qadınların sosial straftifikasiya ierarxiyasında mövqe və münasibətlərini sərf nəzər etməyi əsas tutur. Bir çox hallarda gender yanaşmasını feminizmlə eyniləşdirmə,yaxud genderi feminizmə xidmətdarlığa meyilləndirmə cəhdləri cəmiyyətdə süni,becərilən sosial koaliziyaların (kişi-qadın) determinantı kimi çıxış edə bilər. Ayrı-ayrı cəmiyyətlərdə qadınların kritik kütlə (30%) nəticəsinə nail olmaq uğrunda çalışmaları, bunun üçün irəli sürdükləri tələblər (qadınlar üçün seçkilərdə və idarəetmədə kvotaların müəyyən edilməsi və.s.) bu koaliziyaların real mənzərəsini təqdim edir. Əgər bir qədər əvvəl qadınlar hərəkatı üçün kritik kütlə həddi kafi hədd idisə,bu gün problemə feminist müdaxilənin güclənməsi fonunda qadınlar tarazlaşdırılmış(50-50%) qrup olmaq,getdikcə kişilərin özlərini asimmetrik(15%),və ya maili(15-30%)qrup həddinə endirmək niyyətində görsənirlər. Qadınlar üçün kvotaların müəyyən edilməsi tələbi bir sıra ölkələrdə (Argentina, Danimarka, Norveç, İsveç, Finlandiya və.s.) gerçəkləşməsinə rəğmən deməliyik ki, bu düzgün və səmərəli çıxış yolu deyildir. Sabiq sovet cəmiyyətində də sınaqdan çıxmış kvota sistemi dekorativ səciyyə daşıyıb, keyfiyyət dəyikliyini hədəf seçmirdi. Ümumiyyətlə, kvota sistemi liberal demokratiya, pluralizm və meritokratik dəyərlərə zidd olub insanların seçilməsində onların fərdi qabiliyətlərinə, imkanlarına kölgə salmaqla insan haqlarını kobud pozur.

Məqsədəuyğundur ki,siyasi iştirakçılığa dəvətdə və idarəetmədə təmsilçilikdə insanların bütün parametrləri kimi cinsi də nəzərə alınsın. Elə vəzifələr vardır ki, onu yalnız qadın yerinə yetirə bilər və ya əksinə. Buna görə də gender sosial cinsi əsas götürsə də bioloji amillər də nəzərə alınmalıdır. Alman filosofu Hegelin»…əgər hökumət başçısı qadındırsa dövlət təhlükəyə uğrayır, çünki onun hərəkətləri ümumi tələblərə deyil,təsadüfi meyil və fikirlərə əsaslanır» fikri ilə tam razılaşmasaq da orada müəyn məna tyükü də vardır. Bu bir həqiqətdir ki, bir çox ölkələr böhranlı və gərgin anlarda Hegelin fikrinə rəğmən məhz qadınların siyasi birinciliyi ilə emansipasiyaya nail olub.

Tarixi müqayisəli təhlil apararaq görmək çətin deyildir ki, bəşərin gender durumu (sosial cinslərin cəmiyyətdəki münasibəti və mövqeyi) bu gün kəmiyyət və keyfiyyət baxımından kardinal təkamül ömrünü yaşamaqdadır. Müasir dünya nə Makedoniya kilsəsinin (585-ci ildə) qadının insan olmamasını müzakirə edib, qadına şeytanın dostu damğasını vuraraq yüzlərlə zəif məxluqu tonqalda yandıran, yaxud Napalionun (1804-ci il) qadını vətəndaşlıq hüququndan məhrum edən dünya deyildir. Qadınların siyasi və idarəetmə təmsilçiliyi sahəsində bəzi ölkələrdə, xüsusilə ərəb ölkələrində ciddi problemlər olsa da, Skandinaviya ölkələri (38,8) və Avropanın bir çox ölkələrində gender durumunda müsbət nəticələri görmək mümkündür. Əgər 1893-cü ildə ilk olaraq Yeni Zellandiyada sufrajizm (seçki hüququ uğrunda mübarizə) öz qələbəsinin təntənəsini qeyd edərək qadınları seçki hüququ ilə təmin etdisə həmin hadisədən sonra xüsusilə son onilliklər siyasətdə qadın amili dominantlıq təşkil edir.

Az qala bütün ölkələrdə elektoral bazanın əksəriyyətini qadınlar təşkil etdiyindən, qadınların intizamlı və səliqəli secici olduğundan onlarla real qüvvə kimi hesablaşmaq zəruriliyi ortaya çıxır. Təsadüfi deyil ki,xüsusilə Avropa ölkələrində və Qərbdə (o cümlədən ABŞ-da) namizədlər öz seçki platformasında qadınların tələblərini özündə ehtiva edən şüarlara geniş yer verilir.Elə bunun nəticəsi kimi 1996-cı ildə 67,9 milyon seçicisi (59,6mln.kişi) olan ABŞ-da gender partlayışı baş verdi.Qadın elektoral baza Klintonu prezident kürsüsünə qaldırdı.Seçilmiş prezident də öz elektoral bazasını hədiyyəsiz buraxmayaraq 2500 vəzifəyə qadınları təyin etdi.

Totalitar sovet metropoliyasının dağılması və açıq cəmiyyətə inteqrasiya postsovet məkanında da qadınlara münasibəti köklü dəyişdi. Düzdür,qadınların siyasi və idarəetmə təmsilçiliyi sovet dönəmində olan səviyəyə çatmır. Ancaq nəzərə alsaq ki, həmin dövrdə qadınların təmsilçiliyi rəmzi,dekorativ (sağıcı, kolxozçu və.s ) səciyə daşıyırdısa,bu gün plyuralizm və liberal dəyərlərin təntənəsi fonunda qadınlar normal siyasi sosiallaşma prosesini yaşayır və cəmiyyətin siyasi iştirakçısına çevrilir.

Demokratiya, açıq cəmiyyətə inteqrasiya dövrünü yaşayan Azərbaycanda da qadınlrı siyasətin fəal subyekti kimi cəmiyətdə öz yerlərini möhkəmləndirməkdədirlər. Azərbaycanda qadınlar parlamentin 12%-ni, yüksək vəzifələrin 36%-ni, peşəkar vəzifələrin 50%-ə qədərini təşkil edir. Əgər 19-cu əsrin axırı 20-ci əsrin əvvələllərində qadınlar kütləvi savadsızlıqdan əziyyət çəkirdilərsə bu gün orta məktəb müəllimlərinin 90%-dən çoxu (18 % rəhbər vəzifələrdə),ali məktəblərdə də az qala anoloji vəziyyət yaranmaqdadır. Ali təhsilin bakalavr pilləsini bitirən oğlan məzunların hərbi xidmətə, qızların magistraturaya ünvanlandırılması elmi kontingentdə də vəziyyətin qadınların xeyrinə olması ,yeni doğulanların cins statistikası (üstəgəl yeni doğulan qız uşaqlarının həyat qabliyyətli olması), habelə hökumət və qeyri hökumət təşkilatlarının qadınların siyasi sosiallaşmasında və iştirakçılığında qayğı göstərməsi cəmiyyətimizdə gender durumunun gələcəyinin də zərif məxluqlar üçün nikbin notlarını səsləndirməkdədir. Əsrin əvvəllərindən seçmək-seçilmək hüququ qazanan Azərbaycan qadını üçün bu mənzərə fikrimizcə,pis göstərici sayılmamalıdır. Qadınların yüksək və təminatlı təhsil imkanları, cəmiyyətimizin qadına (anaya) yüksək dəyər verən islam dininə sitayiş etməsi, qadınlarla bağlı təkmilləşməkdə olan dövlət siyasəti, transmilli qadın hərəkatına ölkə qadınlarının həssas, rasional reaksiyası, siyasi və idarəetmə təmsilçiliyi üçün heç bir hüquqi-qanuni baryerin olmaması Azərbaycanda gender durumunun normal inkişaf dinamikasını şərtləndirir. Əlbətdə, bütün cəmiyyətdə qadınlarla bağlı problemlər olduğu kimi, ölkəmizin ucqarlarında da düşüncə tərzi, dünya görüşündən irəli gələn bəzi problemlər olmamış deyil. Bunu seçki zamanı ucqarlardan namizədliyini irəli sürənlər arasında qadınların olmaması və bu arzuda olanlara yerli sakinlərin qeyri-sağlam verbal münasibəti sübut edə bilər. Fikrimizcə, bu müvəqqəti hal olub tədricən siyasi sosiallaşma dalğasının təsiri ilə aradan qalxacaqdır.

Ümumiyyətlə, qender durumunu kvotalar, etatizm, xüsusi qayğı ilə yaratmaq, mötədilləşdirmək məqsədəuyğun deyildir. Azərbaycanın qanunvericilik aktları, insan və vətəndaş haqları ölkə vətəndaşları üçün heç bir cinsi diskriminasiya yaratmır və hər bir azərbaycanlı öz qabiliyyəti müqabilində baryersiz olaraq cəmiyyətin sosial ierarxiyasında sosial mobillik nümayiş etdirə, adekvat statusa malik ola bilər.


Ədəbiyyat:


  1. Redaktorı–sostaviteli: N.M.Stepanova,d.i.n.E.V.Korkina. İnstitut qendernoy politiki. Üentr podderjki soüialğnıx i qendernıx proqramm. Qendernaə rekanstruksiə politiçeskix sistem. Sankt-Peterburq. 2004. s.991.

  2. Brayson Valeri «Politiçeskaə teoriə feminizma. M. 2001.

  3. Jenşina i soüialğnaə politika (qendernıy aspekt)-M. 1992.

  4. Azərbaycan Respublikasında insan inkişafı haqqında hesabat. Bakı.2002.


Həsənova Afaq
Demoqrafik təhlil və gender problemləri
Müasir statistik təhlili demoqrafik göstəricilərsiz təsəvvür etmək qeyri mümkündür. Bir qayda olaraq aparıcı demoqrafik göstəricilər istənilən iqtisadi və sosial-siyasi statistik təhlillər də geniş istifadə olunur. Lakin sıf statistik araşdırmalardan fərqli olaraq demoqrafik təhlil bir neçə ənənəvi istiqamətlərdə aparılır. Bunlar inzibati-ərazi bölgülərdə yerləşən əhalinin sayının və tərkibinin müəyyən edilməsi, əhalinin təkrar istehsalının ümumi göstəricilərinin təhlili, nigahların və boşanmaların qeydiyyata alınması, doğum və ölüm göstəriciləri və, nəhayət miqrasiya göstəriciləri kimi əsas tədqiqat istiqamətlərini əhatə edir.

Əhalinin sayının cari hesablanması əhalinin son siyahıya alınmasının yekunları əsasında aparılır. Hər il ərazidə doğulanların və buraya gələnlərin sayı əhalinin sayına artırılır və ölənlərin və buradan köçənlərin sayı əhalinin sayından çıxılır. Bu göstərici demoqrafik təhlilin əsasını təşkil edir, lakin bununla bərabər digər köməkçi göstəricilər də tədqiq olunur ki, onlar gender baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu köməkçi göstəricilər hansılardır?

İlk növbədə əhalinin təkrar istehsalının ümumi göstəricilərindən olan nəsilvermə əmsalını qeyd etmək zəruridir. Nəsilvermə əmsalı hər yaş intervalları üzrə doğum səviyyəsi əmsallarının hesablandığı ildəki səviyyədə qalması şərti ilə hər bir qadının bütün məhsuldar dövründə (15-49 yaş) orta hesabla neçə uşaq dünyaya gətirəcəyini göstərir. Onun kəmiyyəti əhalinin yaş tərkibindən asılı deyildir və həmin təqvim ilində doğumun orta səviyyəsini səciyyələndirir. Uzun illər Azərbaycanda nəsilvermə əmsalının tədricən azalması müşahidə olunurdu. Lakin 2003-cü ildən başlayaraq əvvəlki ilə nisbətən bu göstərici bir qədər, 2004-cü ildə isə nəzərə çarpacaq dərəcədə artmışdır.

Digər mühüm göstərici nigah və boşanmaların ümumi əmsallarıdır ki, bunlar təqvim ilində qeydə alınmış nigah və boşanmaların sayının əhalinin orta illik sayına olan nisbətlərinə bərabərdir. Ümumi əmsallar kimi onlar da əhalinin 1000 nəfərinə hesablanır.

Qeyd etmək lazımdır ki, boşanma hallarında şəhər və kənd yerlərində nəzərə çarpacaq qədər fərq mövcuddur. Bu əmsal müvafiq olaraq şəhərdə 72,6%, kənd yerlərində isə 27,4% təşkil edir. Ümumən, son iki ildə həm nigahların, həm də boşanmaların artması müşahidə olunur.

Demoqrafik disbalans şəraitində bu rəqəmlər kifayət qədər naratlıq doğurur. Məlum olduğu kimi Azərbaycanda əhalinin ümumi sayı 8,347,3 min nəfər təşkil edir, bunların da 4234,6 min nəfəri qadınlar, 4.103,78 min nəfəri isə kişilərdir. Sadə hesablamalar göstərir ki, 139,9 min qadın ailə qurmaq imkanından yaxın gələcəkdə məhrum olacaq, bu da öz növbəsində gender nöqteyi nəzərindən bir sıra təhlükəli problemlər yarada bilər. Hər bir gənc qızın və ya qadının normal ailə qurmaq və anna olmaq hüququ vardır. Lakin cəmiyyətdə baş verən bəzi obyektiv iqtisadi və sosial-ictimai səbəblərdən humanitar tarazlıq pozulur, bu da qadınları ağır seçim qarşısında qoyur: onlar ya tənhalıqla barışmalı və iqtisadi cəhətdən müstəqil həyat qurmalıdırlar, ya da qeydiyyatdan kənar olan nigahla yaşamaq və dünyaya nigahdan kənar övlad gətirmək qismətini yaşamalıdırlar (qeyd etmək lazımdır ki son illərdə belə hallar artmaqdadır). Hər iki alternativ Azərbaycan xalqının ənənəvi mentalitetinə tamamilə zidd olmaqla yanaşı, cəmiyyətdə qəbul olunmuş mənəvi və əxlaqi dəyərlərin alt-üst olmasına səbəb olur. Son nəticədə cəmiyyətin bütün üzvləri cinsindən asılı olmayaraq dərin mənəvi və psixoloji böhrana sürüklənmiş olurlar.

Bu baxımdan bəzi demoqrafik göstəricilər xüsusi maraq kəsb edir, o cümlədən aşağıdakı cədvəldə göstərilən rəqəmlər, müəllifin fikrincə, diqqətə layıqdir:


Rəqəmlərdən göründüyü kimi, əhalinin ümumi nəsilvermə (və ya fertillik) əmsalı nöqteyi-nəzərdən hər iki cins nümayəndələrinin ən məhsuldar yaş qruplarında (25-29 yaş qrupundan başlayaraq, 45-49 yaş qrupuna qədər) qadınlar aşkar üstünlük təşkil edirlər.

Bu cür demoqrafik qeyri-tarazlığı yalnız kişilər arasında qadınlara nisbətən ölüm səviyyəsinin yüksək olması ilə izah etmək düzgün omazdır. Nəzərdən qaçırmaq lazım deyil ki, Azərbaycanda mühüm iqtisadi hadisələr cərəyan edir, və bu güclü iqtisadi burulğanlar müsbət nəticələrlə yanaşı, cəmiyyətə mənfi təsirlər də göstərə bilər. Bu baxımdan nəsilvermə əmsalının ən yüksək səviyyəsinə malik olan 25-35 arası yaş qruplarına aid işçi qüvvəsinin güclü miqrasiya proseslərinə cəlb olunması xüsusi olaraq vurqulanmalıdır. Rusiyada və digər MDB ölkələrində kiçik və orta biznes fəaliyyəti ilə məşğul olan həmyerlilərimiz yox olur, bunların arasında kişilər üstünlük təşkil edir, belə ki, 2004-cü ildə Azərbaycandan gələnlərin sayı ölkəyə gələnlərin sayından çox olmuşdur.




Maraqlıdır ki, Azərbaycana son iki ildə gələnlər arasında kişilər, gələnlər arasında isə qadınlar üstünlük təşkil edir. Bu tendensiya MDB ölkələrində də müşahidə olunur. Ali təhsilli, yüksək professional vərdişlərə yiyələnmiş tənha qadınlar tez bir zamanda işlə təmin olunurlar. Lakin aşağı məvacibli iş yerlərində onlar kişilər tərəfindən çox sərt rəqabətə məruz qalırlar və nəzərə alınsa ki, sahibkarlar arasında kişilər üstünlük təşkil edir, qadınlar gender bərabərsizliyinin hədəfinə çevrilir. Öncə qeyd etdiyimiz seçimlərdən ikincisini yaşayan qadınlar isə ölkəni tərk etməyə meyillidirlər – bir sıra faktlar tənha qadınların missionerlər tərəfindən Çeçenistana, Türkmənistana və bəzi ərəb ölkələrinə aparılmasını təsdiq edir. Məhz bu faktla son illərdə qadınların ölkəni tərk edənlər sırasında çoxluq təşkil etməsini izah etmək mümkündür.

Gender təhlili baxımından digər maraqlı demoqrafik istiqamət doğum haqqında əldə olunan məlumatlardır. Burada bir neçə əsas əmsallardan istifadə olunur. Doğumun ümumi əmsalı – bütün əhaliyə nisbətən uşaqdoğmanın intensivliyini müəyyən edən göstəricidir. Təqvim ilində, müvafiq olaraq diri doğulanların sayının əhalinin orta illik sayına nisbətdir. Əhalinin hər 1000 nəfərinə hesablanır.

Doğum zamanı ananın orta yaşı-cari ildə uşaq doğan bütün yaşlarda qadınların orta riyazi həddinin doğumun yaşlara görə əmsalına vurulması ilə təyin edilir. Nigaha daxil olmayan qadınlarda diri doğulanlara aild edilən doğumların qeydiyyatı zamanı uşağın doğulması haqqında akt qeydlərində ata haqqında məlumatlar, ata və ananın birgə ərizəsi, yaxud da atalığın təyin olunması haqqında məhkəmənin qərarı əsasında aparılır.

Şəhər yerlərində heç vaxt nigahda olmayan qadınlar arasında az sayda doğum halları müşahidə olunur.

Lalə Bayramova

Ətraf mühitin dəyişdirilməsi və gender problemləri

haqqında müasir elmi təsəvvürlər


  • Ətraf mühit və gender

  • Ekofeminizmdə əsas konsepsiyalar və istiqamətlər

  • Azərbayjanda aparılan ekoloci tədqiqatlarda gender həssaslığı


Ətraf mühit və gender

Keçən əsrin 70-ji illərində elmi ijtimaiyyət tərəfindən qadın və kişi keyfiyyətlərinin təsvirində “gender” anlayışı lüğətlərə daxil oldu. Bu yolla bioloci jins tərifi ilə yanaşı sosial jinsin də məzmununun öyrənilməsi üçün müəyyən imkanlar əldə edildi. Gender və jins – müxtəlif anlayışlardır. Jins və gender arasındakı fərqlər ona görə müəyyən edilmişdir ki, kişilərin və qadınların jəmiyyətdə tutduğu yer, onların davranışında sosial və mədəni amillərin rolu, zaman keçdikjə, jinsi funksional dəyişikliklər istisna olunmaqla, inkişafını izləmək mümkün olsun.

Enn Oakley tərəfindən işlənib hazırlanmış jins və gender arasında konseptual (əsaslı) fərq qeyd edilən ideyaların təhlilində çox faydalı analitik vasitə olaraq öz universallığı ilə seçilir. Buna müvafiq olaraq, jins bioloci xüsusiyyətləri təsdiq edirsə, gender, istənilən jəmiyyətdə qadın və kişilərin mövqeyini sosial və fizioloci jəhətdən təsvir etməklə yanaşı, həm də tarixi və mədəni səpgidə müəyyənləşdirir.

Bioloci və fiziki quruluş (xromosomlar, daxili və xariji jinsi orqanlar, hormonal struktur, ikinji dərəjəli jinsi əlamətlər) qadın və kişi jinslərini müəyyən etmək üçün təbii əsasdır. Lakin genderi müəyyən etmək üçün, ilk növbədə, kişi və qadın keyfiyyətlərinin və rollarının mədəni və sosial jəhətdən qavranılmasını (qiymətləndirilməsini) nəzərə almaq lazımdır, ilk növbədə söhbət ailə və jəmiyyətdə gedən tərbiyə prosesindən gedir – oğlan, qız, kişi, qadın olmaq sənəti məhz bu yolla anlaşılır. Gender – dinamik, daim inkişafda olan konsepsiyadır. Gender stereotipləri mədəniyyət növündən, bir mədəniyyət daxilində sosial qrupların inkişaf səviyyələrindən asılıdır. Bizi əhatə edən təbii şəraitin qavranılması da gender baxımından mümkündür. İnsanlar bioloci jəhətdən kişi və ya qadın jinsinə mənsub olur, onların həyat fəaliyyəti təbii mühitlə təmasda keçir. Müasir ekoloci tədqiqatlarda kişi və qadınların sosial problemləri, jəmiyyətin müxtəlif fəaliyyət sahəsində onların inkişaf xüsusiyyətləri getdikjə daha çox öyrənilir. Bu problemlərin öyrənilməsi istiqamətləri, gender rollarının inkişafında qadın və kişilərin yerinin anlanması dərəjəsi ilə bağlıdır. Mövjud gender asimmetriyası şəraitində bu prosesin sabitliyini təmin etmək mümkün deyil, gender stereotipləri qadınların və kişilərin əsas hüquqlarının mahiyyətini də aşkarlayır, onları özündə inkişaf etdirir. Bu hüquqlar sırasında ən vajibi ekoloci jəhətdən sağlam təbii mühitdə yaşamaq hüququdur.

Ölkəmizdə qəbul olunmuş ekoloci qanunverijilik, ətraf mühitin mühafizəsi üzrə ijtimai münasibətləri tənzimləyən hüququ prinsiplər və normalar üzərində
qurulmuşdur. Burada təsərrüfat və digər fəaliyyət dairəsi prosesində ətraf mühitin zərərli təsirdən mühafizə edilməsi, fiziki və hüquqi şəxslərin ekoloci hüquqlarının və qanuni maraqlarının təsbit edilməsi, ekoloci təhlükəsizliyin təmin edilməsi kimi məsələlər öz əksini tapmışdır.

Ekoloci təhlükəsizlik, şəxsiyyət, jəmiyyət, dövlətin həyati maraqlarının, ətraf təbii mühitin, antropogen və təbii təsiri nətijəsində yaranan təhlükələrdən mühafizə olunması vəziyyətinə deyilir. Ekoloci təhlükəsizlik şəraitində təbii mühitə və əhalinin sağlamlığına zərər vurulma təhlükəsi olmur.

Respublikamızda ekoloci fəaliyyətin qanunveriji əsasını təmin edən bir sıra aktlar qəbul edilmişdir. Onlar sırasında ətraf mühitin qorunması, ekoloci təhlükəsizlik, atmosfer havasının qorunması haqqında qanunları, Su, Torpaq, Meşə Kodekslərini və s. qeyd etmək lazımdır. Xüsusi olaraq ətraf mühitin qorunması üzrə qərarların qəbul olunmasında əhalinin iştirakı haqqında qanunu qeyd etmək lazımdır. Bu qanun respublikada yaşayan kişiləri və qadınları eyni hüquqlarla təmin edir.

Təbiət xammal və enercisini səxavətlə bizə bəxş edir, onun sərvətlərini istifadə edən jəmiyyət, məhz bu zəmində öz maddi həyatını, iqtisadi inkişafını qurur. İnsan fəaliyyətində təbiət xammal mənbəyi kimi çıxış edir: xammal isə maddi istehsalın əsasını, ətraf mühiti təşkil edir.

İstehsalın sürətlə inkişafı insanı əhatə edən təbii mühitin bir çox xüsusiyyətlərini əsaslı şəkildə pozur. İqtisadiyyatın inkişafı əsas ekoloci problem sayılan həyat şəraitinin optimal nisbətinin saxlanılmasına çox vaxt zidd gəlir. Burada böyük bir ziddiyyətin – iqtisadiyyatın inkişafı ilə əlverişli ekoloci şəraiti bir araya gətirmək məsələsinin həlli var. Təbiətin və jəmiyyətin qarşılıqlı fəaliyyəti mürəkkəb və ziddiyyətli xarakter daşıyır. Ətraf mühitə jəmiyyətin təsiri artdıqja, təbii geosistemlərdə bu təsir nətijəsində dəyişikliklər də artır. Bu zaman əks əlaqə adlanan mövhumun əhəmiyyəti də artır – təbiət dəyişdikjə bu dəyişikliklərin insanın özünə də təsiri artır.

Belə bir təsəvvür geniş yayılmışdır ki, təbiətin mühafizəsi ekoloci mahiyyət kəsb edir, bunun da nəzəri əsaslarının işlənib hazırlanması vəzifəsi ekologiyanın üzərinə düşür. Ekoloci problemlərin obyektiv konsepsiyası iqtisadi və sosial inkişafın bir sıra ziddiyyətlərini özündə əks etdirir. Bu konsepsiyaya mürajiət edən təbii elmlər sahəsində çalışan mütəxəssislər, mühəndis – texniki ixtisasların nümayəndələri belə bir qərara gəlirlər ki, müasir insanın fəaliyyəti iki mühitdə keçir. Birinji mühit bitkilər, heyvanlar, torpaq, atmosfer, suyun təbii aləmidir. Bu aləm insandan milyard illər əvvəl yaranmışdır. İkinji mühit – insanın özü tərəfindən yaradılmış aləmdir: şəhər aqlomerasiyaları, sənaye zonaları, inkişaf etmiş infrastruktur, müxtəlif sosial institutlar və müasir sivilizasiyanın digər atributları buraya daxildir.

İnsanın təbiətə təsiri, bu təsirin məqsədləri və konkret nətijələrindən asılı olmayaraq, çox vaxt ekoloci vəzifələrlə izah olunur. İndiyə qədər insanın təbiətə təsiri ayrı - ayrı təbii komplekslərin vəziyyətinin dəyişməsinə gətirib çıxarırdı. İndi

isə insan fəaliyyəti geosistemin ən sabit və ali pilləsi olan joğrafi təbəqədə dəyişikliklərlə müşayiət olunur. Yer kürəsində elə bir guşə qalmamışdır ki, burada bu və ya digər dərəjədə insanın mənfi təsiri mövcud olmasın. Amazon


çayı sahillərində ən keçilməz meşələrdə, planetimizin digər yerlərində radioaktiv yağıntılar müşahidə olunur, iqlimin antropik dəyişilməsi baş verir. Joğrafi təbəqənin getdikjə daha böyük hissəsi təbiət və jəmiyyətin qarşılıqlı fəaliyyəti dairəsinə daxil olur, joğrafi mühitə çevrilir. İnsan jəmiyyətinin fəaliyyəti joğrafi mühitə getdikjə daha artıq təsir göstərdiyi üçün bu prosesin optimallaşdırması zərurəti meydana gəlir. Aydındır ki, təbiətin mühafizəsi dedikdə, bütün təbii ehtiyatların səmərəli istifadə olunmasını təmin edən tədbirlər sistemi, bərpa oluna biləjək ehtiyatların geniş təkrar istehsalı, insan həyatı üçün əlverişli şəraitin yaradılması kimi məsələlər nəzərdə tutulur. Başqa sözlə, müasir ekologiya elmi, insan jəmiyyəti və bizi əhatə edən təbii mühitin qarşılıqlı münasibətlərin optimallaşdırılmasına köməklik göstərməlidir.

Son illər “ətraf mühitin qorunub saxlanılması” ifadəsi tez – tez səslənir. Təbii şəraitdə tarazlıq problemlərinin öyrənilməsi zamanı həm təbii, həm də sosial şərait eyni zamanda əhəmiyyətlidir. Məsələn, amerikalı alimlər ABŞ şəhərlərində ətraf mühitin vəziyyəti xəritələrini yaratmışlar; rayonlar üzrə bölünən həmin xəritədə havanın çirklənməsi, əhalinin sağlamlıq (o jümlədən reproduktiv) göstərijilərinin xarakteristikası vardır.

XX-ji əsrin sonunda BMT dünya jəmiyyətinin inkişafına dair yeni konsensusu (ümumi razılıq) üçün əsas yaratmışdı. Mərhələ-mərhələ XXI əsrin inkişafına dair Qlobal Gündəlik yaradılır. Burada insan jəmiyyətinin gələjək strategiyası müəyyən edilir. Əsas məqsədlərə nail olunmanın ahəngdar forması – ətraf mühitin yüksək keyfiyyəti və dünyanın bütün xalqlarının sağlam iqtisadiyyatıdır. XXI əsrin Gündəliyi, müasir dövrün qlobal problemlərinin həllində ümumi proqrama, gələjək dövrdə toqquşa biləjək məsələlərin isə həllinə çevrilə bilər. O, davamlı inkişaf baxımından jəmiyyətin fəaliyyətinin bütün sahələrini – sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və s. işıqlandırır.

Gündəliyin ən aktual tezisləri aşağıdakılardır:



  • qərarların qəbul olunması prosesində ətraf mühit və inkişaf məsələlərinin nəzərə alınması zərurəti. Dünyanın bir çox ölkələrində siyasət, planlaşdırma və idarəetmə səviyyələrində qərarların qəbul edilməsi sistemlərinin ən çox yayılmış formaları sırasında sosial, iqtisadi və ekoloci amillərin fərqləndirilməsi meyli güjlənir. Bu, hökumətlərin, bütün ijtimai qrupların fəaliyyətinə çox güjlü təsir göstərir və sabitlik üçün neqativ nətijələrlə sona çata bilər. Əsas vəzifə – ətraf mühit və inkişaf sahələrində qərarların qəbul olunması prosesinin inteqrasiya edilməsidir. Bu məqsədlə hökumətlər yerli ijmaları təşkil etməli, qərarların qəbul olunması prosesini təkmilləşdirməlidir ki, iqtisadi jəhətdən səmərəli, sosial jəhətdən ədalətli və etibarlı, ekoloci baxımdan rasional inkişafa nail olsunlar;

  • indiyə qədər insan fəaliyyətinin bütün növləri və ətraf mühit arasında informasiya qıtlığı ujbatından qarşılıqlı əlaqələr axıra qədər dərk olunmamışdır. Əhali arasında ətraf mühitin və inkişafın dərk olunması səviyyəsini artırmaq, burada qərarların qəbul olunmasında onların iştirakını genişləndirmək, davamlı inkişaf prosesininin reallaşmasında maraqlı olmasına nail olmaq kimi məsələləri həll etmək lazımdır. XXI əsrin Gündəliyində kadrların hazırlanması sisteminin fasiləsiz ekoloci təhsilin formalaşdırılması, ijtimai şüurun əsaslı şəkildə yenidən qurulması yolları müəyyənləşmişdir;

  • Gündəliyin ideologiyasının reallaşması üçün hər bir ölkə mümkün qədər qısa bir müddətdə davamlı inkişafın milli strategiyasının imkanları və potensialının yaradılması sahəsində öz imkanlarını nəzərdən keçirməli, bu sahədə proqram həyata keçirməlidir;

  • inkişaf etmiş ölkələr öz üzərinə bir sıra öhdəlikləri: o jümlədən məjmu milli gəlirin 0.7 faizini rəsmi köməyə, 0,15 %-ini ən geridə qalmış ölkələrə kömək məqsədilə xərjlənməsini götürməlidirlər. Daha sonra ekoloci inkişafa mane olan inkişaf etməkdə olan ölkələrin xariji borjlarının ləğv edilməsi məsələsinə baxılmalıdır.

Təbii ki, şəraitin antropogen dəyişiklikləri jəmiyyətin təbiətdən həm iqtisadi, həm də ekoloci asıllılıq formalarını artırır. Beləliklə biz ekologiyanın əsaslı prinsiplərinə yaxınlaşırıq, yəni – bütün janlı orqanizmləri onların təbii əhatəsi ilə birgə öyrənilməlidir.

Ekoloci problemlərə münasibətin bildirilməsi heç də qadınlarla bağlı bütün proqramlara xas olmamışdır. Lakin XX-ji əsrin 60-70 illərindən başlayaraq, ilk dəfə olaraq, qadınların kənd təsərrüfatında iştirakı prosesində tədqiqatlar aparılmışdır. Qadınların kənd təsərrüfatında əmək haqqı ilə, mülkiyyətlə bağlı sahələrdə xidmətlərinin qiymətləndirilməsi getdikjə daha geniş miqyas alırdı. Qadınların ekologiyada, iqtisadiyyatda “gözəgörünməzlik” haqqındakı stereotipə yenidən baxılır. Yer üzündə təbii ehtiyatların sonsuz dərəjədə daima yeniləşməsi haqqında əfsanəyə də son qoyulur.

Əsrlər boyu qadın, özünün yaşadığı jəmiyyət və jəmiyyətin əsasını təşkil edən ətraf mühit arasında vasitəçi olmuşdur. Qadın ojağın qoruyujusu vəzifəsini bir günlük olsa belə unutmur. Qadınların planetdə həyatı qorumaq vəzifəsi də önəmlidir.

Ekofeminizmdə əsas konsepsiyalar və istiqamətlər

XX əsrin 80-jı illərdə Qərbdə feminizm nəzəriyyələri kütləvi xarakter almışdı. Nətijədə Avropa və ABŞ-ın bir çox ali məktəblərində qadın tədqiqatları meydana gəlir, burada qadınlar müxtəlif jəmiyyətdə digər qadınların həyat təjrübəsini öyrənir, yenidən onu qiymətləndirməyə çalışırdılar. İnsan fəaliyyətinin müxtəlif sahələrində aparılan bu tədqiqatlar göstərdi ki, bütün sosial institutlar, normalar, qaydalar, mövqelər, kişi üstünlüyü, androsentrizm ilə səjiyyələnir. İlk növbədə, bu, hakimiyyət və mülkiyyətə aiddir, çünki onlar kişilərin təsiri altında qalaraq onların mənafelərinə xidmət edir. Qadınlar qərarların qəbul olunması və ijtimai sərvətlərin paylanması sahələrindən uzaqlaşdırılmışlar: ümumdünya məhsulunun üçdə ikisini yaradan qadınlar ümumdünya gəlirinin yalnız 10%-ni əldə edir və xüsusi mülkiyyətinin 1%-nə sahib olurlar. Hakimiyyətin özündə bir sıra kişi xüsusiyyətləri var: qəddarlıq, zorakılıq, aqressivlik. Belə asimmetriya şəraitində yeni təfəkkür – feminizm təfəkkürü formalaşır.

Feminizm – qadınların əsarəti və onların kişilərə tabe olması ilə bağlı olan qlobal xarakterli bir nəzəriyyədir. Bu, qadınların kişi jəmiyyətinin üstünlüyündən və istismarından azad olmasına çalışan sosio-siyasi nəzəriyyə və praktikadır. Bu gender – sinif sistemi ilə strateci qarşıdurmanı özündə jəmləşdirən sosial hərəkatdır.

Feminizmin böyük inkişaf tarixi var, ehtimal olunur ki, bu tarix XV əsrdən başlayır. Müasir feminizm fikrinin əsaslarını XVIII əsrin sonundan etibarən Meri Uollstounkraftın yaradıjılığında izləmək olar. Sonralar feminizmlə bağlı çoxlu tədqiqatlar aparılmışdır. Bunu ekofeminizmə də aid etmək olar.

Ekofeminizm öz mahiyyət etibarı ilə nədir? Bu, feminist qadınlar və ətraf mühit müdafiəçiləri arasında çox özünəməxsus bir xəlitədir. Ekofeministlər təbiətin və qadının xarakteri haqqında geniş bilikləri toplayıb əldə etmişlər. Onlar qadınlar haqqındakı təsəvvürləri dəyişdirməyə çalışır, bu problemi öyrənmək üsullarına yeni yanaşmalar axtarırlar. Klassik feminizmin təsəvvürlərini rəhbər tutan ekofeministlər ətraf mühitin mühafizəçiləri mövqeyindən çıxış edirlər. Ekofeminizm söz birləşməsi, zənnimizjə, müəyyən ziddiyət təşkil edir. İlk dəfə olaraq, bu ifadəni 1974-jü ildə Fransa tədqiqatçısı Fransuaza Dyubon istifadə etmişdir: burada iki ijtimai hərəkat – feminizm və təbiətin mühafizəsi ilə bağlı olan hərəkatlar ahəngdar şəkildə birləşir. Müəllif qadınları, Yer üzündə janlıların xilas olunması naminə ekoloci inqilaba çağırırdı. O, sübut etməyə çalışmışdır ki, kişilər istehsalat və qadın seksuallığı üzərində nəzarət etməklə ikili böhran yaradır: birinjisi fövqəl gəlirli istehsal vasitəsi ilə, ikinjisi isə əhalinin artımının süni şəkildə tənzimlənməsi yolu ilə ətraf mühiti dağıdır. Dyubonun ekofeminizmin sonrakı inkişafına təsiri çox böyük olmuşdur. Ekofeministlərin fikrinjə, məhz qadınlar dünyanı dəyişdirərək, onu yaxşılığa doğru apara bilərlər.

Ekofeminizm müxtəlif ölkələrdə təxminən eyni vaxtda meydana gəlsə də ABŞ-da ekofeminizm jərəyanı ilk mərhələlərdə daha güjlü inkişaf edirdi. Katolisizm nümayəndəsi vaxtı ilə teologiya ilə məşğul olmuş Meri Deli 1974-jü ildə Boston tələbələrini Dyubonun əsərləri ilə tanış etmişdir. Həmin ildə Kaliforniya universitetində “Qadın və ətraf mühit” mövzusunda konfrans keçirilmişdi. Digər teoloq Rozmazi Redforrd Rutter Kalamazo Kollejində “Qadın və ekologiya” mövzusunda mühazirə oxumuşdu, şairə Syuzan Qriffin Kaliforniya Universitetinin kənd təsərrüfatı departamentinə mürajiət edərək ekofeminizmlə bağlı mühazirələr kursunun oxunmasını təklif etdi. Bütün qeyd edilən faktlar Yer üzündə ekoloci tarazlığının qorunub saxlanılmasına artan marağın təzahürüdür.

Təbiət injə və kövrəkdir. Janlı aləm bütövlükdə təbiətə daxildir. Ağajlar, heyvanlar, hətta insanların özü də təbiətdir. Ekofeministlər təbiəti çox jiddi şəkildə qəbul edirlər. İnsanların əksəriyyəti nə başa düşmür, nə də, inanmır ki, təbii ekosistemlərin dağıdılması insanlara və jəmiyyətə zərər vurur. Təbiətə təzyiq nə qədər çox olsa, onun nətijələri bir o qədər ağır olur. Bunu qadınlar haqqında da demək olar. İnsanların əksəriyyəti düşünmür ki, qadınlar jəmiyyətdə nisbətən aşağı mövqe tutur. Qadın hüququ əsrlərlə tapdaq altında qalırdı. Təbiətin də sərvətləri talan olunurdu. Ekofeministlər hesab edir ki, onlar Yer kürəsinin qorunub saxlanılmasına javabdehdir. Onların bəziləri qadın mövqeyinin aparıjı olmasına vurğulayır, bəziləri isə kişi və qadınların bərabərhüquqlu olmasına üstünlük verirlər. Bütün ekofeminist qadınların ümumi istinad nöqtəsi – dünyanın yaxşılığa doğru inkişafıdır. Ekofeminizm jins gender problematikasını ekoloji fənnlərə daxil edir, o, belə bir mühakiməyə əsaslanır ki, təbiətə istehlakçı münasibət və qadınların jəmiyyətdə sıxışdırılması bir-biri ilə sıx əlaqəlidir.
Ekofeminizm, feminizm və yaşıllar hərəkatı elementlərinə yeni güj və qüvvə əlavə edərək onları özündə birləşdirdi. Ekofeminizm yaşıllar hərəkatından təbii aləmdə antropogen fəaliyyətin nətijələrinə qayğını, feminizmdən isə yaşadığımız jəmiyyətdə gender asimmetriyasının tənqidi ideyalarını əxz etdi.

Qeyd etmək lazımdır ki, yaşıllar hərəkatının nümayəndələri təqribən iki qrupa bölünür. Bir qismi texnogen yaradıjılıq fəaliyyətini rəhbər tutan jəmiyyətin ekoloci problemlərini aradan qaldırmağa qadir olduğunu (ya onlara uyğunlaşa bildiyini) düşünür. Yaşılların bu qrupu “light ecology” adlanır. Elə bir yaşıllar qrupu da var ki, insan nəslinin təbii aləmə münasibətinin əsaslı, fundamental şəkildə dəyişməsi zərurətini əsaslandırmağa çalışırlar. Onları “deep ecology” adlandırırlar. Ekofeminizm ikinji mövqeyə daha çox meyllidir. Bununla belə hətta ekofeminizm nümayəndələrinin sıralarında elə üzvlər var ki, sözləri bir-birindən keçmir. Onların əksəriyyəti, təbiətdə qadın başlanğıjının üstünlüyü faktının qəbul olunmasını arzulayır. Ekofeminizm, istər təbiətə, istərsə də jəmiyyətə qadın münasibətinin zənginliyini xüsusi olaraq qeyd edir. Ekofeministlər qadınları, sabit, dinamik şəkildə inkişaf etməkdə olan dünyanın həllediji rol oynayan qüvvəsi olduğunu hesab edirlər. Ekofeminizmdə, bütövlükdə gender tədqiqatlarında olduğu kimi, başlıja nəzəri müddəa “jins” (bioloci məna kəsb edən söz) və “gender” (sosial məna daşıyan anlayış) mənalarının fərqləndirilməsidir. Sonradan bu nəzəri fərqləndirmə gender tədqiqatların metodologiyasında əsaslı şəkildə dəyişilib və transformasiyaya uğramışdır.

1974-ji ildə Şerri Ortner “Təbii ilə mədəninin nisbəti qadınlıqla kişiliyin nəsbətinə uyğundurmu?” adlı məqaləsində geniş bir ümumiləşdirmə aparmışdır. Ortnerin başlıja fikri ondan ibarətdir ki, bütün jəmiyyətlərdə qadınların kişilərə tabe olması, qadınların təbiətə bənzədilməsindən irəli gəlir. Lakin bunu bioloci determinizm kimi qiymətləndirmək olmaz. Ortnerin fikrinjə, kişilərdə qadınlar üzərində anadangəlmə hökmran olmaq, qadınlarda isə onlara tabe olmaq xüsusiyyətləri nəzərdə tutulmamışdır. Sadəjə, qadınlar hər bir mədəniyyətdə
təşkil olunmanın daha aşağı səviyyəsində olan bir məfhumla eyniləşdirilir, belə məfhum isə mədəniyyətin inkişafının hər bir mərhələsində təbiət olmuşdur. Ona görə də, qadın obrazı təbiətlə mahiyyət etibarı ilə eyniyyət təşkil edən bir hadisə yox, daha çox təbiətə bənzəyənin, onu xatırladanın simvoludur.

Ortner qadınların təbiətə münasibətini mədəni hal kimi dəyərləndirməyə çalışsa da, qadınların asılı vəziyyətinin izahı bioloci determinizm və essensializm (mahiyyətin axtarışı) ilə sıx əlaqədə olaraq qalır. Onun fikrinjə, qadınlar, kişilərə nisbətən öz qrupu daxilində daha çox əsarət, diskomfort vəziyyətindədir. Kişilər isə, əksinə, öz bioloci rolu ilə bağlı olan qul kimi asılı olmasından qaçır, insan varlığının həqiqi mahiyyəti - mədəni həyat hüdudlarında özünü jəm etməyə çalışmasıdır. Ortner sübut edir ki, maskulin mədəniyyətində qadınların təbiətlə eyniləşdirilməsi kişilərdən asılı olmayan qeyri-şüuri, düşünülməmiş yaranan bir hal olduğu üçün, onları günahlandırmaq düzgün olmazdı.

1991-ji ilin noyabr ayında Qadınlar və Ətraf mühit üzrə Qlobal Toplantıda “Marşall Qlobal Planının” müvəffəqiyyətlə həyata keçirmək üçün bütün qitələrdə yaşayan qadınları birləşdirmək jəhdi göstərilmişdir. Bu plan 1990-jı ildə 42
ölkənin hüquqşünas və siyasətçiləri tərəfindən, xüsusilə inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə onların təbii şəraitini saxlamaq üçün yardım edilməsi məqsədilə tərtib edilmişdir.

Qadın və kişilərin qazandınları tarixi təjrübə nətijəsində qadınlar dünyanın səbəbiyyət mənalarını bütöv və intuitiv şəkildə dərk edirdi. Kişilər isə daha çox öz düşünjəsinin məntiqi, birmənalı və əqli üsullarını inkişaf etdirirdi. Bəzən bunu beyində baş verən vəzifə bölgüsünün nətijəsi olduğunu izah edirlər. Kişi statusu yüksək olan insan sivilizasiyaları olduqja məhsuldar və rəngarəng olmuş, hərçənd son zamanlar insan nəslinin yaşaması üçün təhlükə yaradajaq dərəjədə son həddlərinə çatmışlar. Qadın təjrübəsi isə jəmiyyətdə yeni meyllərin əsasını təşkil dərək, onu bioloci və ümumiyyətlə, təbiətlə bağlı olan məsələlərə diqqətin olmamasında suçlayır. Ekofeminizmin mövqeyi bu təlimdə başlıjadır.

Feminizmlə bağlı keçirilən ijlas və konfranslarda Joys Stivensin sözləri yazılan plakatları tez-tez görmək olur:”…Çünki qadınların işinin nə axırı var, nə əvvəli, onlar daha az maaş alır, bu iş jansıxıjı və darıxdırıjıdır, bizi işdən birinji növbədə çıxarırlar, xariji görünüşümüz gördüyümüz işdən daha vajibdir, bizi zorlayırlar, sonra da günahı üzərimizə atırlar, bizi döyürlərsə, deməli, bunun səbəbkarı özümüz olmuşuq, seksdən həzz alırıqsa, bizə nimfoman, almırıqsa, friqid adını verirlər, jəmiyyətdən uşaqlara qayğı diləyiriksə, bizə eqoist, hüquqlarımızı müdafiə edəndə isə kobud və aqressiv deyirlər, əgər bunu etmiriksə, biz adijə zəif qadın deyirlər, ərə getmək istəyəndə söyləyirlər ki, kişi ovuna çıxmışıq, istəməyəndə bizə dəli deyirlər, indiyə qədər bizim etibarlı və təhlükəsiz kontraseptivimiz yoxdur, buna görə də indiyə qədər kişilər heç bir məsuliyyət daşımır, əgər biz məsuliyyətdən qorxur, ya hamiləlikdən qaçırıqsa, bizi abort etməkdə günahlandırırlar və … bir çox digər səbəblər üzündən biz qadın hərəkatında iştirak edirik”.

Qərbdə feminizm qadın seçki hüququ və abort etmək hüququ ətrafında formalaşmışdır. Feminist qadınları bəzən hətta fransız mənşəli sözlə “sufrajist”


adlandırırlar, tərjümədə “seçki hüququ ” kimi səslənir. Ekofeminizm, müasir bir jərəyan olaraq, öz başlıja problemini jəmiyyətlə, təbiətlə, yəni insanın yaşamasının müqəddəm şərtini təşkil edən təbii şəraitin, qarşılıqlı fəaliyyətində görür. Müasir ekofeminizm hərəkatında bir neçə başlıja istiqamət var. Məsələn, liberal ekofeminizm hesab edir ki, insanların jinsi və gender əlamətlərinə görə fərqləndirilməsini kişi və qadınların təbii, bioloci xüsusiyyətləri ilə əlaqələndirilməsi müəyyən bir təhlükə yaradır. Qadınların təbiətlə əlaqələndirib bir tutulması müəyyən mənada gerilikdir. Belə yanaşmada qadınlar təbiətlə bir götürür, onların asılı vəziyyətini bu jür əsaslandırılmasının əleyhinə apardıqları mübarizənin nətijələrini sarsıdır. Bu jür mövqe baxımından qadınlar, ijtimai həyatda kişilərlə bərabər rolların ijrasından ədalətsiz şəkildə uzaqlaşdırılmış olur. Liberal ekofeministlər təbiətə münasibətlərin yenidən qurulması ilə, jəmiyyətdə yeni qanunların qəbul olunması ilə əlaqələndirilər.

Spiritualizm üzərində qurulan ekofeminizm mədəni ekofeminizmdə aparıjı istiqamətdir. Bu jərəyanın nümayəndələri hesab edirlər ki, müdrikliyin köhnə formalardakı dəyərləri elan etməklə, qadın mənəviyyatının özünəməxsusluğunu üzə çıxara bilərlər. Bu yolla qadınları patriarxal nəzarətin altından uzaqlaşdırması və onların mövqeyinin güjləndirilməsi mümkün olajaq. 1979-ju


ildə Kerol P. Krist və Judit Plaskoy “Qadın mənəviyyatının yüksəldilməsi” antoloqiyasının nəşr etdilər, burada qeyd olunur ki, feminin mənəviyyatının dörd vajib problemi var: 1. Sırf kişilərlə bağlı olan İlahi obrazı və onun dili problemi; 2. Xristianlığın mərkəzi ideyası olan ruh və bədən problemi: burada bədən – Yer üzündə qalmağın günahı, səma səltənətinə doğru yoldakı ağır zəhmətin təzahürüdür; 3. Tarixdə qadın mənəvi təjrübəsinin təsdiqlənməsi; 4. Yeni ibadətlər və inanjların işləyib hazırlanması.

Müəlliflərin fikrinjə feminizm mənəviyyatı səmaya doğru yox, adi insani dəyərlərə istiqamətləndirilmişdir. O, qadın ilahələri şəklində mənəviyyat nümunələrinin yaradılmasını təmin edir, fiziki aləmin mənəvi tərəfini təjəssüm edir. Spirtualizmə əsaslanan ekofeminizm qadınlar ətrafında jəmlənilmiş dəyərləri (analıq, uşaqların tərbiyəsi, ailəyə qayğı) və qadın jisimlərinin alqışlanmasını özündə birləşdirir. Qadın jismaniliyi kosmologiyaya gətirilir, bu yolla qadın və kişi qüvvələri ölçülür və uzlaşdırılır. Obrazlı şəkildə desək, transendental ilahəyə qarşı immanent İlahə qoyulur. (transendental - emperik təjrübədən kənarda olan ali universal varlıqdır, immanent isə obyektin daxilində mövjud olan, ona xas olandır). Bu jərəyan öz ilhamını köhnə, konkret reallıqlarla bağlı olan dinlər, bütpərəstlik mərasimləri, jadular, inanjlardan, insan jəmiyyətinin ən erkən mərhələlərində istifadə edilən inanjlar və inamlardan Avstraliya, Okeaniyada bu günə qədər qalması tayfa dinlərdə səjdə obyekti olan ilahələrdən alırdı.

Spiritualizm sahəsində ixtisaslaşan ekofeminist qadınlar bir-birindən yalnız ilahənin real olduğunun, yaxud onun bir simvol şəklində yaşamasını qəbul etməkdə fərqlənirlər. Rayen Aysler (1990) yazır: «Qədim dövrlərdə dünya bütöv
idi. Təbilin çalğısı torpağın qəlbinin çırpıntısına bənzəyirdi, hər bir şeydə onun gözəlliyi, sirri, heyrətamizliyi, qorxusu və dəhşəti duyulur. Bizim ayaqlarımız, müqəddəs mağaralarda təbiətin ruhlarını alqışlayaraq rəqs edir. Sonradan ibadətə, musiqiyə, mərasimə, rəqsə, oyuna, işə bölünən lap əvvəldən bütöv idi».

1992-ji ildə Kerol Krist və Judit Plaskoy “İlahənin nəsihəti” adlı kilsənin ilk Milli prezidenti olan Starhokun sözlərini sitat gətirirlər: ”Baxır mən nəyi hiss edirəm. Mən özümü zəif hiss edəndə, o, məni mühafizə edir, mənə köməklik göstərəni tapır; əgər mən özümü güjlü bilsəm, onda o mənim güjümün simvoluna çevrilir. Bəzən mən onu bədənimdə dünyada bir təbii enerci kimi duyuram”. Kerol Krist qeyd edir ki, din insanların işarələrə, mərasimlərə olan ən dərin tələbatlarını ödəyir, bu işarə və rituallar həyatda yaranan müəyyən hədləri bildirən vəziyyətlərin (ölüm, şər, əzabkeşlik) öhdəsindən gəlməyə köməklik göstərir. O, mənəviyyatı qadında olan inamın vajib olduğunu qeyd edir. Bir çox feminist teoloqların ardınja Krist də 1486-jı ildə iki dominikan keşiş tərəfindən nəşr edilmiş “Əjinnələrin gürzü” əsərini təhlil edir. Keşişlər bu əsərdə belə bir fərziyyəni irəli sürür ki, əjinnələrin bütün qabiliyyətləri, onların bədənlərindəki şəhvətdən irəli gəlir.

Qeyd etmək lazımdır ki, qadınların jismiliyi və seksuallığının qabardılması spiritik ekofeminist qadınlar üçün çox vajib idi. Məsələn, təbii hadisə olan
menstruasiya, kişi inanclarında qadağa kimi qiymətləndirilsə də, burada tam başqa məna kəsb edir, əsas rituallarda onun rolu həddindən artıq ujaldılır. Belə mövqeni açıq şəkildə təbliğ edənlər sırasında Miriam Somorsu da görmək olur.

Sosialist ekofeminizmi – sosial ekofeminizmdə ən çox gözə çarpan istiqamətdir, burada iqtisadi qeyri bərabərliyin bundan irəli gələn ağalıq və tabelik münasibətləri təhlil olunur. Bu jərəyanın qadın nümayəndələri hesab edirlər ki, kişi rəvayətlərini qadın rəvayətləri ilə əvəz etsək, bu, həyatımızı sahmana sala bilməz. Jəmiyyətdə təbiət və qadının üzərində hökmranlıq meylləri yaranıbsa, jəmiyyətin özu bu halı aradan qaldırmalıdır. Sosializm və ekofeminizmi birləşdirmək jəhdinin ən davamlı nümayəndələrindən biri olan Kerolin Merçant belə bir fikri ifadə edir: ”Mədəni” feminizm qadın və təbiətin qarşılıqlı fəaliyyətinə kifayət qədər müdaxilə etməsinə baxmayaraq sosial və sosialist ekofeminizmdə sosial ədalətin bərqərar olması və inkişaf etdirilməsi, hökmranlıq etmək ideyasının əsaslı tənqidi üçün daha böyük imkanlar var. 1980- jı ildə müəllif özünə şöhrət gətirən “Təbiətin intiharı” kitabını dərj etmişdi. Burada o elmi inqilablar dövründə jəmiyyətin təbiətə münasibətini feminizm mövqeyindən tənqid atəşinə tutur. Qısa olsa da baş verən iqtisadi dəyişikliklər şəraitində sosial feminizmin məqsədlərindən də söhbət aparır. Bu məqsədləri reallaşdırmaqla faydalı əməkdə kişi və qadın potensiallarını bərabərləşdirmək və mövjud təbii ehtiyatların və məhsuldar qüvvələrin israf edilməsinə yol verən sistemə son qoymaq olar. 1992-ji ildə Kerolin Merçant “Radikal ekologiya” adlı elmi əsərini nəşr edir və burada sosialist ekofeminizmi radikal ekoloci hərəkatın tərkib hissəsi kimi təsvir edir. Bu yolla müəllif, ekofeminizm və digər feminist jərəyanları arasında oxşar və fərqli jəhətləri tədqiqi imkanlarını genişləndirir.

Kerolin Merçantın fikrinjə, məsələnin əsas istinad nöqtəsi əməyin jinsi
əlamətə görə bölünməsidir, jəmiyyət, özünü təbiətdən fərqləndirmək, ondan ayrılmaq yolunu istehsal sisteminin təşkilində görür. Kişilər əsasən əmək alətlərinin istehsalı sahəsində fərqlənir, qadınlara isə zəhməti qiymətləndirilməyən ev işi sahəsi qalır. İstehsal fəaliyyəti sahələrinin bəziləri qadınlar tərəfindən idarə olunur, əksəriyyəti isə – kişilərin üzərinə düşür. Nətijədə bərabər halda həm kişilər, həm də qadınlar özgələşməyə məruz qalır, eynilə bu, onların əməyinin nətijələrinə aiddir. Müəllif hesab edir ki, istehsal və təkrar istehsal arasındakı dialektik münasibətləri öyrənmək üçün jəmiyyət və təbiət arasındakı qarşılıqlı münasibətləri, qadın və kişi mövqeləri baxımından çox səviyyəli struktur təhlili lazımdır. O hesab edir ki, sosialist ekofeminizm, istər essensializm, istərsə də sosial kontruktivizmin ifrat dərəjəsinə çatdırılmış hədlərindən uzaqdır. Bunu istismar sistemləri olan patriarxat və kapitalizmin qiymətləndirilməsində də müşahidə etmək olur. Kerolin Merçant hesab edir ki, ekofeminizm hərəkatında ziddiyyətli istiqamət və jərəyanları aradan qaldırmaq lazımdır, axı bu jərəyanların maraqları üst-üstə düşür: onların ən başlıja vəzifəsi Yer üzündə həyatı qoruyub saxlamaq, onun təkrar istehsalını təmin etməkdir.

Sosialist ekofeminizmin daha bir tanınmış nümayəndəsi – İnestra Kinqdir. O belə bir fikirlə razılaşa bilmir ki, qadınlar, özünün təbiətə bənzədilməsinə son qoyaraq, kişilərlə bərabər əsaslarda ijtimai həyatda birləşməlidirlər. Bununla belə

o, həm də qadınların ekoloci baxımdan daha həssas olmalarını (söhbət emosional
həssaslıqdan, həyati instinktlərdən gedir) onların həyati məqsədlərinin sosial mənada daha konstruktiv (yəni praktiki, faydalı) olmalarını da qeyd edir. Bunu gündəlik həyatda da müşahidə etmək olur. Əsrlər boyu nəsillər davam etdikjə, ekoloci jəhətdən dağıdıjı, sosial jəhətdən isə nizamlanmamış həyatın mədəni formaları əmələ gəlmişdir. Məhz buna görə qadınlar və təbiətin əlaqələrinin xüsusiyyətlərini öyrənmək çox vajibdir. Qadın və kişilərin ijtimai sahədə özünəməxsus ittifaqı həqiqətdə yenə də patriarxal prinsiplərinə əsaslanan birliyə çevrilə bilər. İnestra Kinq hesab edir ki, ”qadınlar, təbiətin mədəni qurbanlarıdır”. “Feminizm və ekologiya“ əsərində o deyir: “Elə bir vaxt gəlib çatmışdır ki, qadınlar özünü tarixin fəal, bəlkə də təkrarsız, iştirakçı olduğunu qəbul edəjək, burada işin məğzinə dərindən bələd olaraq ruh və materiya, sənət və siyasət, ağıl və intuisiya arasındakı dualizmi fəth edəjəklər. Bu rasional idrakda ümidlərin boşa çıxarmağının mümkün yollarından biridir. Bu – “ekofeminizm” layihəsidir. Başqa sözlə, Kinq hesab edir ki, qadınlar şüurlu siyasi seçim edərkən, özlərinin təbiətlə əlaqələrinə zərər vurmaya da bilərlər.

Mövzunu yekunlaşdıraraq, deyə bilərik ki, tarix boyu qadınlar ijtimai həyatda özünəməxsus parlaq və maraqlı iz qoyub getmişlər, lakin bu sahədə daha böyük uğurlar isə XX əsrdə qazanılmışdır. Bu gün qadınlar real fövqəl qüvvəyə çevrilmək yolundadırlar. Klassik feminizm nümayəndələri özündə kişilərlə bərabər bajarıq və qabiliyyətlərin olmasını sübut edirlər. Müasir jəmiyyətdə qadınların lider, görkəmli xadim olmaq qabiliyyəti getdikjə daha çox gözə çarpır. Ekofeminizmin siyasi nüfuzuna mane olan bir amil də var: tez-tez onu yalnız mədəni – spiritualist mənbələrlə eyniləşdirir, essensializm, romantizm və siyasi


sadəlövlükdə suçlayırlar. Ekofeminizmi bəzən qadınlar və təbii aləm arasındakı bioloci asılılıqla bağlı olan bütövlüyünü əsaslandıran bir təlim kimi qiymətləndirirlər. Tənqidçilər hesab edirlər ki, belə yanaşma mürtəje xarakter daşıyır. Burada qadının ümumiləşdirilmiş “obrazı”nda qadınlar arasında fərqlər və qeyri bərabərlik nəzərə alınmır. Qadınlarda ümumi xüsusiyyətlərlə yanaşı (bu xüsusiyyətlər onların jəmiyyətdə asılı vəziyyətindən xəbər verir: asılılıq – tabeçilik, ev əməyi, seksual sahədə istismar) fərqli jəhətlər də var – onlar məzlumlar və zülmkarların müxtəlif strukturlarında təmsil olunmuşdur. Bu tənqidin çoxu Amerika Birləşmiş Ştatlarının ekofeminizminə ünvanlanmışdır.

Spiritualist ekofeminizmin bəzi jəhətləri tənqidə layiqdir, məsələn, qadın jisminin romantik təsviri, qadın təjrübəsi, qadın tarixi. Lakin bu jərəyanın nümayəndələri həm də qadın uyğunluğu (identikliliyi) məsələsinin izahına mürajiət etmiş, bu sahədə liberal feminizmə nisbətən daha böyük miqdarda köhnə gender stereotiplərini dağıtmağa nail olmuşdur. Spiritualist ekofeminizm radikal mədəni feminizmdən yaranaraq qərb və şərq, ağ və qara qadınlar arasında əlaqələrin əmələ gətirməsi imkanlarını əldə etmişdir. Eyni zamanda, Britaniya ekofeministi Meri Mellorun fikrinjə, ekofeminizmin müxtəlif jərəyanlarının əsası, müəyyən mənada, realist xarakterli tənqid zamanı onların (jərəyanların) irəli sürdüyü arqumentlərin kompleksli xarakterinin silinib getməməsindən ibarətdir.

Ekofeminizmin müxtəlif jərəyanları arasındakı fərqli jəhətlərdən oxşarları çoxdur. Fərqlər də çox vaxt bir o qədər əhəmiyyətli deyil. Ekofeminizm öz
qarşısına heç də şüuru dəyişdirmək, teologiyanı yenidən yaratmaq, tarixi yenidən yazmaq kimi məqsədləri qoymur. Ekofeminist qadınların təbii aləmi xalis “susan” bir aləm deyil: mövjud olan bu aləm həm də fəal şəkildə hərəkətdə olandır. Bəşər nəsli təbii fenomenləri müxtəlif şəkildə yozub, onlara münasibəti bildirsə də, onları müstəqil şəkildə özü üçün layihələşdirə bilməz. Təbii aləm – nəinki istismara mərüz qalan bir maddi ehtiyat, pozitivist və ya obyektivist mənada interpretasiya edilə biləjək bir mövhumdur. Donna Hereueyin fikrinjə, insanlar təbiətin bütün dərinliklərini kifayət qədər öyrənə bilməz, çünki bu, insan idrakının xarijindədir. Təbii aləmin təsvirində Hereuey hiyləgər – Çaqqal metaforundan (müqayisə) istifadə edir. Bu çaqqalda yumor hissi olduğu üçün insan ondan ünsiyyətdə olmağı öyrənməlidir. Təbii aləm haqqında bilik – “kəşflər yox, söhbətlərdir”. Donna Hereueyin çaqqalı nəinki şövqlə qurulan uydurmaya qarşı çıxır, o, fəal və passivin, kişililik və qadınlılığın, mənbə və istehlakçının, dərk edən və dərk olunanın dualizmini sarsıdır: məhz bu dualizmin üzərində epistemologiya (dərk etmə) və üstünlüyün təşkil edilməsi siyasəti qurulur. Donna Hereuey, iri layihənin hissəsi olan kiborq haqqında əfsanəni danışır. Burada bir-birinə müxtəlif olan təbiət – mədəniyyət, kişi – qadın anlayışlarından söhbət gedir. Kiborq tərəfindən keçirilən transqressiya (bioloci məxluqlarda əvvəlki nəsillərdə nisbətdə bəzi əlamətlərin daha qabarıq ifadə olunması), öz növbəsində, insan və maşın, insan və heyvan, insan və təbiət, kişi və qadın arasındakı fərqlərin qismən silinməsinə səbəb olur.

Azərbayjanda aparılan ekoloci tədqiqatlarda gender həssaslığı

Sağlam ətraf mühitin çox böyük iqtisadi, estetik və etik dəyəri var. Ətraf mühitin sağlamlığının qorunub saxlanılması, həm də onun tərkib hissələri olan ekosistemlərin, qrupların, növlərin və genetik müxtəlifliyinin qorunub


saxlanılması deməkdir. Qeyd edilən hər bir ünsürdə ilkin xırda pozuntular, son nətijə etibarilə, onun tam pozulmasına gətirib çıxara bilər. Bu zaman qruplar tənəzzülə uğrayır, onların məkan hədləri kiçilir, ekosistemdə öz əhəmiyyətini itirir, son nətijədə tamam dağılır.

Bu gün ekoloci böhran gender məsələlərində də özünü göstərir. Uzunmüddətli sənaye fəaliyyəti nətijəsində daha pis vəziyyətə düşmüş ekoloci şərait təbii balansa mənfi təsir göstərir. Regionlarda yanajağın, heyvanlar üçün yemin, təmiz suyun çatışmamazlığı, meşə örtüyünün azalması dünya təjrübəsində mənfi halların nümunələri kimi göstərilə bilər. Hər bir ekoloci problem əsaslı şəkildə jəmiyyətin inkişafına təsir edir, nətijədə gender tarazlığı pozulmuş olur.

Respublikada ardıjıl olaraq ekoloci siyasət həyata keçirilir ki; bu siyasətin əsasını ölkənin əhalisinə göstərilən qayğı təşkil edir. Azərbayjanda ekoloci problemlərin həllinə dair siyasətin əsasını milli maraqlar təşkil edir. Belə siyasətin vajib aləti – qlobal təhlükələrə qarşı çıxmaq məqsədi ilə aparılan beynəlxalq siyasətdir; qlobal təhlükə deyiləndə ekoloci və texnogen fəlakətlər, təbii ehtiyatlardan qeyri - rasional istifadə olunması, demoqrafik proseslərin arzu edilməyən inkişafı nəzərdə tutulur.

Davamlı inkişaf konsepsiyasının həyata keçirilməsi, Azərbayjanın bir çox


ölkələrlə ətraf mühitin mühafizəsi məsələlərində əməkdaşlığı, ekoloci - iqtisadi, elmi-texniki və ijtimai- siyasi (o jümlədən gender) sahələrində problemləri geniş şəkildə əhatə edir.

Azərbayjanın ekoloci siyasəti respublikanın davamlı inkişafının tərkib hissəsi olan sürətli iqtisadı artımın stimullaşdırılmasına yönəldilmişdir. Maddi rifahın yaxşılaşdırılması, öz növbəsində təbiətin mühafizəsi ilə əlaqəli olan bir çox məsələlərlə sıx bağlıdır. Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi Azərbayjanın təbii kompleksini təkrar olunmaz ekoloci sistem kimi, qəbul edir. Nazirlik rəhbərliyinin hesab etdiyi kimi prinsip etibarı ilə respublikada təbiətin qorunmasına mənfi təsir göstərən bir sıra problemlərin həllində ilə yeni yanaşma lazımdır.

Azərbayjanda ətraf mühitin qorunması sahəsində Milli fəaliyyət planının müxtəlif səviyyələrində həll olunmalı əsas problemlərə aşağıdakılar aiddir:


  1. sənaye müəssisələri və neft emalı ilə bağlı mühitin çirklənməsi nətijəsində yaranan ekoloci zərər;

  2. istər kənd, istərsə də şəhər yerlərində suyun, xüsusilə içməli suyun keyfiyyətinin pisləşməsi, su ilə ötürülən xəstəliklərin yayılmasına gətirib çıxara bilər;

  3. torpaqların şoranlaşması və eroziyası, ağır metallar və kimyəvi maddələrlə çirklənməsi nətijəsində kənd təsərrüfatında istifadə olunan torpaqların yararsız hala düşməsi, suvarma sistemlərinin pozulması, meşə sahəsinin əsasən qərb – Ermənistanla müharibədə zərər çəkmiş – rayonlarında

  4. azalması, qorunan ərazilərdə bioloci müxtəlifliyin itməsi ilə nətijələnə biləjək vəziyyətin yaranması;

  5. Xəzər dənizi səviyyəsində baş verən dəyişikliklər, antropogen amillə bağlı çirklənmə prosesi nətijəsində onun sahil ərazisinə vurulan zərər;

  6. nərə balığının reproduktiv qabiliyyətinin itməsi, həddindən çox tutulması və dənizin çirklənməsi nətijəsində bərpaolunmaz səviyyədə azalma təhlükəsi;

  7. təbii və mədəni irsə, turş yağışlar və təsərrüfat obyektlərin nəzarətsiz artımı kimi ətraf mühitin problemləri tərəfindən güjləndirilən bir çox texnogen xarakterli səbəblər üzündən zərərin vurulması.

Qeyd edilən hər bir istiqamət olduqja vajibdir. Lakin ən çox həyəjan doğuran – demoqrafik xarakterli problemlərdir. Hal-hazırda ölkəmizin paytaxtında 2 milyona yaxın əhali yaşayır. XIX əsrin ortalarında Bakıda jəmi 7 min adam yaşayırdı. Əhalinin belə sürətlə artması bir çox çətinliklərə gətirir ki, bu da istər demoqrafik proseslərə, istərsə də bir çox sosial problemlərə öz təsirini göstərir. İş yerlərinin çatışmamazlığı mənzil ilə təmin olunması, atmosfer havasının təmizliyi və su təjhizatı ilə bağlı olan məsələlərin kəskinləşməsi, qida məhsullarının keyfiyyətinin kifayət qədər yaxşı olmaması və bir çox başqa problemlər bilavasitə və ya dolayı yolla respublikada ekoloci situasiya ilə bağlıdır.

Azərbayjan üçün olduqja vajib məsələlərdən biri – respublikanın və xüsusi olaraq Bakının su ilə təjhiz olunmasıdır Bakı şəhəri, Abşeronun jənubi qərbində yerləşir, yarımsəhra iqliminə malikdir, burada daimi çaylar yoxdur. Yağıntıların illik miqdarının aşağı olması və suyun böyük miq-darda buxarlanması şəraitində burada su təjhizatı məsələsi həmişə diqqət mərkəzində olmuşdur. Su kəmərləri çəkmək jəhdləri hələ 1869, 1884, 1898-ji illərdə edilmişdir, bu işi quyuları istifadə


etməklə və ya dəniz suyunun saflaşdırmaq yolu ilə həyata keçirmək istəmişlər. XX əsrin əvvəllərində məşhur neft milyonçusu, xeyriyyəçi H.Z.Tağıyev tərəfindən Bakıya xariji mütəxəssislər dəvət edilmiş və yeraltı suların daha geniş istifadə olunması yolu təklif edilmişdir. 1917-ji ildə şəhərdən 187 kilometr uzaqda yerləşən Şollar düzündən çəkilən su kəməri vasitəsi ilə Bakı əhalisini su ilə təjhiz etməyə başlamışlar. Abşeronda iqtisadiyyatın sürətlə inkişafı, kimya sənayesi mərkəzi olan Sumqayıtın tikilməsi Şollar-Xaçmaz artezian hövzəsindən Jeyranbatan su anbarına ikinji su kəmərinin çəkilməsinə səbəb oldu. Bu zaman Kürdən də su kəmərini çəkdilər. İndi Bakıda bir sakininin suya tələbatı gündə 750 litrə çatır. Lakın suyun çox hissəsi istehlakçıya çatmır, çünki su kəmərləri müasir tələblərə javab vermir, təmizliyiji qurğular isə yaxşı işləmir.

Müasir şəraitdə ekoloci problemlərin ümumbəşəri xarakteri, siyasi sərhədlərin ekoloci şəffaflığı onunla nətijələnir ki, ekoloci ziyan vura biləjək mənbə dövlətdən kənardə yox, məhz öz ərazisində yerləşərək, öz subyektləri tərəfindən idarə olunur. Kür və Araz çaylarında yaranmış vəziyyət bu fikri təsdiqləyir.

Xüsusi narahatlığı bu gün əsas su təjhizatı mənbəyinə çevrilmiş Kür suyu doğurur. Kürün yuxarı axarında buraya Gürjüstanın çoxsaylı kənd və şəhərlərinin sənaye və çirkab suları axıdılır. Bu ölkənin paytaxtından da çaya külli miqdarda çirkab sular axıdılır. Respublikamızın ekoloqları müəyyən emişlər ki, Tbilisi şəhərində Kürün suyunda müxtəlif zərərli birləşmələrin faizi dəfələrlə bütün normaları aşır; bunların sırasında üzvi birləşmələr – 20 dəfə, fenol – 300, neft məhlulları – 330, xrom – 600, mis – 10, saprement bakteriyalar – 300 dəfə normadan artıqdır. Suyun çirklənməsində fəal iştirak edənlər sırasında Gürjüstanın metallurgiya mərkəzi Rustavi də qeyd edilməlidir. Azərbayjan ərazisində Kürün suları qismən Şəmkir və Mingəçevir su anbarlarında təmizlənir, buna baxmayaraq, bu su, beynəlxalq standartlara javab vermir.

Daha çox nigarançılığı Kürün sağ qolu olan Araz çayı doğurur. Onun özünə və qollarına Razdan, Çarensavan, Abovyan və Yerevan (Ermənistan) şəhərlərinin çirkab suları axıdılır. Arazın sularına atılan ağır metal tullantıları olduqja jiddi zəhərləyiji xarakter daşıyır. Qeyd edilən çayların hövzələrində yaşayan və suyu gündəlikdə müxtəlif məqsədlərlə istifadə edən əhalinin (o jümlədən qadınların) sağlamlığına çox jiddi ziyan vurulur. Arazın bir çox qolları erməni şəhərlərinin radioaktiv çirkab sularını qəbul edən kollektor rolunu oynayır. Milli Monitorinq departamenti tərəfindən aparılan tədqiqat göstərilmişdir ki, buraya sənaye və çirkab suları 210 mln. m3 həjmində axıdılır.

İnkişaf etmiş ölkələrin zəngin təjrübəsindən irəli gələrək, ölkəmizin aparıjı ekoloqları Kür və Araz sularının beşmərhələli təmizləmə proqramını işləyib hazırlamışlar. Bu sudan yalnız sənayedə istifadə olunması təklif olunur. Şəhərlər və yaşayış məntəqələri üçün respublikamızın zəngin artezian sularından istifadə etmək məqsədi ilə Şollar su borusunun üçünjü xəttinin çəkilməsi nəzərdə tutulur. Respublikamızda dağ çaylarının hidroresursları kifayət qədərdir. Böyük Qafqazın jənub yamajlarının çayları xüsusi potensiala malikdir. Bu çaylar da təmiz, içməyə yararlı su ilə əhalinin təjhizatı məsələsində perspektivli variant kimi öyrənilə bilər.

Ekoloci ijtimaiyyəti narahat edən daha bir aktual problem – Xəzər dənizi məsələsidir. Bu beş dövlətin ərazisinə aid olan təkrarolunmaz su hövzəsidir. Bütün, delimitasiya və hüquqi statusun müəyyən edilməsi məsələləri burada ekoloci tarazlığın saxlanılması baxımından həll edilməlidir. Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi tərəfindən müntəzəm olaraq keçirilən tədbirlər nətijəsində Sumqayıt akvatoriyasının (Xəzər dənizi) təbii florası bərpa edilmişdir. Lakin məsələlərin regional səviyyədə həlli heç də dənizlə bağlı olan bütün problemlərin aradan qaldıra bilməz. Xüsusi narahatlığı Türkmənistan və Qazaxıstan akvatoriyalarının vəziyyəti, yəni texnogen mənşəli çirklənmə doğurur. Xəzər hövzəsində təbii müvazinətın bərpası üzrə kompleks işlərdə qadınların da payı az deyildir.

Son zamanlar sənaye obyektlərinin çoxunda təmizləyiji qurğular işə salınmışdır, bu yolla atmosfer hövzəsi polyutantlardan (çirkləndiriji maddələr) bir qədər də olsa təmizlənir. Lakin vajib müasir problemlərdən biri də avtomobillərin işlənmiş qazdır. Nüfuzlu mənbələrə istinadən demək olar ki, ölkəmizdə 500 mindən çox avtomobil var, onların əksəriyyəti tələb olunan standartlara uyğun gəlmir. Atmosferə daxil olan zərərli birləşmələrlə yanaşı, səs-küyün yaradılması, yəni “səs çirklənməsi” heç də az əhəmiyyətli deyildir. Dünyanın böyük şəhərləri ilə yanaşı bu çirklənmə növü paytaxtımızdan da yan keçməyibdir. Əhali şəhərin küçələrində avtomobillərin çoxluğundan əziyyət çəkir. Bu, həm də istehsalat prosesində fəal iştirak edən qadınlara aiddir.

Bununla belə ekoloci fəaliyyətdə əsaslı dəyişikliklər müşahidə olunur. Məsələn, bütün respublika ərazisində o jümlədən, Bakı, Naxçıvan, Qazax, Füzuli və s. bölgələrində monitorinq laboratoriyaları yaradılmışdır. Yalnız Bakı şəhərində Milli Monitorinq Departamenti şəhərin 27 nöqtəsində gündə üç dəfə araşdırma aparır, əldə edilən məlumat geniş ijtimaiyyətin nəzərinə çatdırılır. Şəhərin havasını bu və ya digər dərəjədə çirkləndirən hər bir müəssisə rəhbərinə xüsusi bülleten vasitəsi ilə xəbərdarlıq edilir.

Respublikada müntəzəm şəkildə keçirilən meşə əkini problemi də xüsusi olaraq diqqəti jəlb edir. Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi eroziyaya məruz qalan dağ yamajlarında payızda və yazda yeni meşə zolaqlarının yaradılmasına diqqət yetirir. Respublikamızda yarımsəhra iqlimi üstünlük təşkil etdiyini nəzərə alsaq, küləyin təsiri altında əmələ gələn eroziyanın qarşısının alınmasında meşə zolaqlarının rolunun nə dərəjədə böyük olduğunu aydın təsəvvür etmək olar. Misal olaraq, əhali üçün yeni kurort zonasının yaradılması məqsədi ilə, Jəngi adlı yeni meşə zolağının salınması nəzərdə tutulmuşdur. Dünya praktikasından məlumdur ki, meşələrin məhv edilməsi, insanların sağlamlığına mənfi təsir göstərən ekoloci tənəzzülün əlaməti hesab olunur.

Sağlam ətraf mühitin çox böyük iqtisadi, estetik və əxlaqi dəyərləri var. Ətraf mühitin sağlamlığının qorunub saxlanılması həm də onun bütün tərkib hissələrinin ekosistemlər, qruplar, növlər və genetik müxtəliflik yaxşı halda olması və qorunub saxlanılmasını nəzərdə tutur. Bu komponentlərin hər birində kiçik pozuntular sonradan onların tam pozulmasına gətirib çıxara bilər. Burada qruplar tənəzzülə uğrayır, məkan baxımından kiçilir, ekosistemdə öz əhəmiyyətini itirir, axırda isə tamamilə pozulur.

Azərbayjanın davamlı inkişafa keçidin vəzifələrinin həlli yolunda optimal səviyyə – ekoloci vəziyyətin yaxşılaşdırılması işində iqtisadi tərəqqinin rasionallaşma amilindən və hər bir lokal qrup səviyyəsində vətəndaşların bu işə jəlb olunmasından istifadə edilməsidir. Yalnız qrup səviyyəsində lokal problemlərin xüsusiyyətləri və imkanları onun mədəni etnik və dini xüsusiyyətləri tam şəkildə nəzərə alına bilər.

Təbii ehtiyatların idarə olunması ilə bağlı olan məsələlər yerli əhalinin çoxəsrlik təjrübəsi, onun adət və ənənələri, qrup daxilində ekoloci riskin paylanılması xüsusi olaraq son illərin inkişaf proqramlarında özünə daha geniş yer tapır. Respublikamızda qadınlar iqtisadi inkişaf proqramlarında getdikjə daha çox iştirak edir. Bu sahədə nailiyyətlər artıq göz qabağındadır.

Elmi fəaliyyət sahəsində də qadınların rolu getdikjə artır. Müxtəlif səviyyələrdə ekoloci problemlərin nəzəri aspektlərin tədqiqində getdikjə daha çox qadın iştirak edir, müxtəlif səviyyələrdə ekoloci problemlərin həllinə çağırır. Qadınlar ekoloci jəhətdən təhlükəsiz jəmiyyətin inkişafında aparıjı rol oynamalıdırlar.


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin