Adi termometrlər.Spirtli və civəli olurlar.Bu termometrlər ölçülən anda havada hərarətin neçə olduqunugöstərir və hərarət dəyişdikdə onun göstəricisi də dəyişir.
Maksimal termometrlər.Ancaq civəli olmalıdır.lçülən müddət ərzində havada olan ən yüksək hərarəti göstərir və öz göstəricisini uzun müddət saxlayır.
Minimal termometrlər.Ən aşağı hərarəti göstərir və ancaq spirtli olmalıdır.Bu termometrlərlə işlədikdə onları üfüqi vəziyyətdə saxlamaq lazımdır.
Atmosfer təzyiqinin ölçülməsi – Barometriya
Bu məqsədlə barometrlərdən istifadə edilir.Onlar iki növdür – civəli və metal.Civəli barometr daha dəqiq sayılır.Məişətdə metal barometrlərdən – aneroiddən istifadə olunur.
Beroqraf – atmosfer təzyiqini avtomatik surətdə qeyd edən cihazdır.Termoqrat və hipoqrafın eynidir.Fərq ondadır ki,burada təzyiqi ölçən yastıqlardır.
Havanın hərəkətinin təyini – Anemometriya
Gigiyena təcrübəsində havann sürətinin və istiqamətini təyin edirlər.
Havanın sürətini təyin etmək üçün anemometrdən istifadə edilir.Anemometrlər dinamik və statik olurlar.
Dinamik anemometrlər iki növdür: pərli (dəyirman tipli) və fincanlı.
Havada tozların və mikrobların təyini
Havada tozların cuzi miqdarı belə orqanizmə xoşgəlməz təsir göstərə bilər.Tozlarla bərabər orqanizmə mikroorqanizmlər də düşə bilər,çünki xəstəlik törədən mikroblar tozlarda cuzi müddət qalır və uzaq məsafələrə yayıla bilər.Tozlar dəri örtüyünə,ağız,burun və gözünü selikli qişasına da təsir göstərə bilər.İtsehsalat şəraitində orqanizmə müxtəlif növ tozlar düşərək onu zəhərləyə bilər.Metal və şüşə toz hissələri gözün selikliqişasını və ağciyər toxumasını zədələyə bilər.
Havada tozları bir çox üsulla təyin edirlər.Onlardan ən çox yayılanı aspirasion üsuludur.Bu məqsədlə 0,5 qram (0,001 dəqiqlikdə) yağsızlaşdırılmış pambıq götürülür.Alonjun içərisində qoyulur,soruyucu nasos ya aspirator vasitəsilə müəyyən miqdarda (300-500 litr) hava buraxılır.Pambıq yenidən çəkilir,çəki fərqinə görə tozların miqdarı tapılır və 1 kub m havaya hesablanır.Norma üzrı havada tozların miqdarı 0,15 mq/m3 artıq olmamalıdır.
Dostları ilə paylaş: |