Kimyəvi amillər.Orqanizmlə mühitin kimyəvi tərkibi arasında maddələr və enerji mübadiləsi gedir.Bir çox kimyəvi element və birləşmələr orqanizmə plastik və enerjetik prosesləri həyata keçirmək üçün lazım olur.
İstehsal və məişət fəaliyyəti ilə əlaqədar olaraq insanın yaşadıqı mühitə zərərli və zəhərli kimyəvi maddələr düşə bilər.Mühitdə - havada,suda,qidada zərərli maddələrin olması orqanizmdə pataloji dəyişikliklərə səbəb ola bilər.
Fiziki amillər.Bura havanın fiziki xassələri – tempuraturu,rütubəti,hərəkəti,atmosfer təzyiqi,günəş radiasiyası,səs-küy,radioaktiv şüalanma və s. aiddir.Bunların bəziləri orqanizmin yaşaması üçün zəruridir,lakin intensivlik dərəcələrindən asılı olaraq,onlar orqanizmə zərərli təsir də göstərə bilər.